Arxiv
5 Dekabr 2018, 08:23 | AKTUAL
Hansı Dövlət Komitəsinin saytı operativ işləyir?

Son 10 ildə texnologiyanın inkişafı, internetin insanların həyatında önəmli mövqeyə keçməsi sayəsində elektron saytların sayında sürətli artım baş verib. Vətəndaşlara göstərilən xidmətin  keyfiyyətinin yaxşılaşdırılması, operativliyin təmin olunması məqsədilə dövlət qurumlarının hər birinin elektron informasiya resursu yaradılıb. Elektron idarəçiliyə keçidin sürətlənməsi nəticəsində insanlar müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq, istədiyi informasiyanı rahatca əldə edə bilər.

Bəs maraqlıdır, dövlət orqanlarının veb-saytlarının hazırkı fəaliyyəti necədir? Onlar vətəndaşlara operativ xidmət göstərə bilirmi?  

Modern.az-ın əməkdaşı bu dəfə Dövlət komitələrinin və agentliklərin saytlarına göz gəzdirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) saytı ən aktiv rəsmi saytlardan biridir. Diaspor.gov.az domeni üzərində 3 dildə - Azərbaycan, ingilis, rus dillərində xidmət göstərən elektron resursun xəbər lenti mütəmadi olaraq yenilənir. Dövlət Komitəsinin və xaricdəki diaspor təşkilatlarının fəaliyyəti kifayət qədər aktiv olduğuna görə, gündəlik olaraq bir neçə xəbər yayımlanır. Saytda vətəndaşların, diaspor təşkilatlarının, xaricdə yaşayan soydaşlarmızın suallarının operativ şəkildə cavablandırılması da təmin olunub.

Dövlət Komitəsinin internet resursunda “Diaspor xəritəsi” bölməsi fəaliyyət göstərir ki, bu da hər bir kəsə istənilən ölkədəki Azərbaycan diasporu, soydaşlarımız haqqında informasiyalar əldə etməyə imkan yaradır. Xəritədə xüsusi işarələnmiş nöqtələrin üzərinə sıxdıqda həmin ərazidə fəaliyyət göstərən diaspor təşkilatlarını və onlar haqqında informasiyaları görmək mümkündür.

DİDK-nın rəsmi internet saytındakı bölmələrdən biri də Diaspor TV-dir. Bu bölmədə Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” verilişi, eyni zamanda, DİDK-nın digər layihələri - “Dünyada yaşayan azırbaycanlıları tanıyaq-tanıdaq”, “Sabahın xeyir, Azərbaycan”, onlayn Azərbaycan dili dərsləri, “Azərbaycan dilində danışan xaricilər”, Qarabağla bağlı videoçarxlar yerləşdirilir.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
rəsmi saytının xəbər lenti 2-3 gündən bir komitənin profilinə uyğun xəbərlərlə yenilənir. Bəzən isə gün ərzində bir neçə xəbər saytda yerləşdilir. Scfwca.gov.az domenində olan komitənin saytı Azərbaycan, ingilis və rus dillərində xidmət göstərir.

Təqdirəlayiq haldır ki, komitənin saytında elə “Ana səhifə”də vətəndaşlar üçün müraciət bölməsi diqqəti çəkəcək şəkildə aydın yerləşdirilib. Komitə həmçinin ailə, qadın, uşaq problemləri üzrə vətəndaşların rəyini öyrənmək üçün əsas səhifədə “Online sorğu” bölməsi də yerləşdirib. Bununla ayrı-ayrı şəxslər sorğuda iştirak edərək, öz fikirlərini bildirə bilərlər.


Scwra.gov.az  isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
rəsmi internet resursudur. Komitənin saytı 3 dildə - Azərbaycan, ingilis və rusca fəaliyyət göstərir. Sözügedən elektron resursu digər komitələrin veb-saytından fərqləndirən cəhət “Jivochat” mesajlaşma proqramı vasitəsilə birbaşa, asan müraciət imkanı yaradılmasıdır. Komitənin xəbər lenti mütəmadi yenilənir.

Dövlət Gömrük Komitəsinin rəsmi elektron resursu customs.gov.az domeni üzərindədir. Sayt ingilis və Azərbaycan dillərindədir. Başlıq sətri “Komitə”, “Faydalı”, “E-xidmətlər”, “Qanunvericilik”, “Müraciətlər”, “Sahibkarlar üçün”, “Fərdlər üçün” olmaqla 7 bölməyə ayrılıb. Komitənin fəaliyyətinə aid istənilən məlumatı saytdan əldə etmək mümkündür. Saytın xəbər lenti gündəlik yenilənir və elektron poçt vasitəsilə abunə olub, xəbərləri izləmək mümkündür.
 

Stat.gov.az domeni isə adından məlum olduğu kimi Dövlət Statistika Komitəsinin rəsmi elektron resursudur. Azərbaycan, rus və ingilis dillərində xidmət göstərən saytın idarəetməsi Dövlət Statistika Komitəsinin İnformasiya Texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir. Saytın xəbər lenti müxtəlif vaxtlarda yenilənir. Bundan əlavə “Ana shifə”də “Mətbu məlumatlar” bölməsi də yerləşdirilib və media orqanları, jurnalistlər bu məlumatları istifadə edə bilərlər. Saytın alt hissəsində komitənin telefon, faks və elektorn poçtu, vətəndaşlar üçün də, mətbuat nümayəndələri üçün də ayrıca əlaqə vasitələri yazılıb.


arxkom.gov.az domenində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytı yerləşir. Komitənin saytı yalnız Azərbaycan dilində xidmət göstərir. Xəbər lenti “Xəbərlər” və “Elanlar” olmaqla iki hissəyə bölünüb. Saytda komitənin fəaliyyətinə aid bütün məlumatlar yerləşdirilsə də,  operativlik baxımından qənaətbəxş hesab edə bilmərik. Belə ki, komitənin rəsmi elektron resursunda sonuncu dəfə oktyabr ayının 16-sı xəbər yerləşdirilib. Hətta sözügedən rəsmi saytda vətəndaşlar üçün yerləşdirilən maraqlı video və prezintasiyaların tarixinə baxdıqda sonuncu dəfə  2014-cü ildə yeniləndiyi məlum olur.

emdk.gov.az domeni Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytıdır. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. “Dialoqa başla” hissəsini klikləməklə həftənin I-V günləri saat 09.00 - 18.00-dək, fasilə (13.00-14.00 arası) istisna olmaqla, elektron müraciət ünvanlamaq mümkündür. Bu vətəndaşlar və komitə arasındakı ünsiyyəti bir qədər də asanlaşdırır. Xəbərlər gündəlik yenilənir. Saytın fəaliyyətini qənaətbəxş hesab etmək olar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin rəsmi elektron resursu refugee.gov.az saytıdır. Sayt Azərbaycan və ingilis dillərindədir. Dizayn cəhətdən bir qədər əski olsa da, veb-saytın xəbər lenti komitənin fəaliyyətinin aktivliyindən asılı olaraq, mütəmadi yenilənir.  


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi saytı olan socar.az da dizayn və operativliyi baxımından seçilən saytlardandır. Sayt Azərbaycan və ingilis dillərində tərtib edilib. Saytın xəbər lenti mütəmadi yenilənir.

 

Dövlət agentliklərinin elektron resurslarına da nəzər salaq. Dövlət Turizm Agentliyinin rəsmi saytı hələlik istifadəyə verilməyib. Yaxın zamanda agentliyin hazırlanmaqda olan rəsmi elektron resursunun təqdimatının keçiriləcək. Buna baxmayaraq, agentliyin informasiya yayımının bir hissəsi tourismboard.az saytı vasitəsilə həyata keçirilir. Bu sayt yalnız ingilis dilindədir. Bütün məlumatlar ingilis dilində yerləşdirilib, Azərbaycanın təbiəti, səyahət məlumatları haqqında geniş informasiyalar daxil edilib. Elektron resursda, əlaqə vasitələri ilə bağlı isə qıtlıq müşahidə olunur. Elektron poçt ünvanı göstəriləsə də, heç bir əlaqə nömrəsi qeyd edilməyib.

 

Son zamanlar aktiv fəaliyyəti ilə seçilən Qida Təhlükəsizliyi Agentliyinin də rəsmi saytı da istifadəyə verilib. Vətəndaşlar afsa.gov.az domeni ilə agentliyin elektron resursuna daxil ola bilərlər. Bu sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Saytın başlıq hissəsində “Ana səhifə”, “Agentlik”, “Qanunvericilik”, “Xidmətlər”, “Qəbul günləri”, “Media” “Beynəlxalq əlaqələr”, “Məlumat”, “Əlaqə”  bölmələri yerləşdirilib. Agentliklə sayt vasitəsilə əlaqə saxlamaq kifayət qədər asandır.

Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti operativ olduğuna görə, xəbər lenti də daim yenilənir. AQTA-nın gündəlik tədbirlərini, gördüyü işləri xarakterizə edən xəbərlər və press-relizlər hər gün yayımlanır.

Copat.gov.az domeni ilə fəaliyyət göstərən elektron resurs isə Əqli Mülkiyyət Agentliyinə məxsusdur. Agentliyin saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Copat.gov.az-da qurumun fəaliyyətinə uyğun bütün informasiyalar yer alıb. Agentliklə əlaqə vasitələri veb-səhifədə yerləşdirilib. Üstəlik vətəndaşlar birbaşa sayt vasitəsilə dövlət qurumuna onlayn suallarını da ünvanlaya bilərlər.

Copat.gov.az saytının xəbər lenti də mütəmadi yenilənir. Elektron resursun başlıq hissəsində “Ana səhifə”, “Agentlik”, “Qanunvericilik”, “Beynəlxalq əməkdaşlıq”, “Media”, “Əlaqə” bölmələri yerləşdirilib. Xüsusilə, “Media” bölməsinə jurnalistlər, mətbuat orqanları üçün mütəmadi press-relizlər, məlumatlar daxil edilir. Xüsusilə, qeyd etmək istərdik ki, agentliyin bütün sosial şəbəkələrdə aktiv olması, xəbərlərin vətəndaşlara operativ çatdırılması təqdirəlayiq haldır.



2017-ci ildə yaradılan Dövlət Reklam Agentliyinin elektron resursu da nəhayət vətəndaşların istifadəsinə verilib. Adra.gov.az domeni ilə fəaliyyət göstərən rəsmi sayt yalnız Azərbaycan dilində qurulub. Saytda agentliklə əlaqə, reklam daşıyıcılarını maraqlandıran məlumatlar, qurumun fəaliyyəti, strukturu haqqında informasiyalar yerləşdirilib. Agentliyin saytının xəbər lenti yoxdur.

Bu il prezident seçkilərindən sonra ölkənin icra aparatında aparılan islahatlar nəticəsində yeni yaradılan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin isə hələlik rəsmi saytı vətəndaşların istifadəsinə verilməyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı Ali Neft Məktəbinin startapı 2-ci oldu 20 İyun 2019, 11:07 Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır 20 İyun 2019, 11:05 Ağcabədidə ölmüş heyvan cəmdəyini satmaq istədilər... 20 İyun 2019, 10:59 Məmur olmaq istəyənlər imtahana çəkilir 20 İyun 2019, 10:51 Qubanın ucqar kəndində  dərs deyən müəllim - VİDEO 20 İyun 2019, 10:47 İyunda 11 nəfəri ilan sancıb 20 İyun 2019, 10:37 Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı 20 İyun 2019, 10:30 Deputat Rüstəm Xəlilov seçicilərin problemlərini dinlədi 20 İyun 2019, 10:26 Bakıda mövsümi meyvələrin qiyməti “od tutub yanır” - Rusiyaya aparılır... 20 İyun 2019, 10:20 Novruz Məmmədov xidməti heyətin maaşlarını artırdı 20 İyun 2019, 10:01 Sabahdan II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 82 idmançı kimlərdir? - SİYAHI 20 İyun 2019, 10:00 Partiyaların bağlanması haqda məlumatlar dövlət reyestrinə daxil ediləcək - QƏRAR 20 İyun 2019, 09:58 UNEC-də dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olundu 20 İyun 2019, 09:50 Polisin axtardığı qız tapıldı - “70 yaşlı kişiyə ərə verirdilər, evdən qaçdım” - VİDEO 20 İyun 2019, 09:49 “Münaqişədən daha çox ziyan görən erməni icmasıdır” – Gəncəliyevdən BƏYANAT 20 İyun 2019, 09:48 Uşaqlarda nitq PROBLEMİ – daha çox oğlanlarda olur… 20 İyun 2019, 09:44 Baş nazir qurumların siyahısında dəyişiklik etdi 20 İyun 2019, 09:36 Ermənilər iriçaplı silahlarla mövqelərimizi atəşə tutdu 20 İyun 2019, 09:34 İran ABŞ-ın pilotsuz aparatını vurdu 20 İyun 2019, 09:04 ABŞ Dövlət katibinin müavini Qarabağ münaqişəsi barədə məlumatlandırıldı 20 İyun 2019, 08:19 Məmmədyarov həmsədrlərlə görüşdü 20 İyun 2019, 08:13 Adını “Forbes” jurnalında görmək istəyən sumqayıtlı məktəbli 20 İyun 2019, 08:09 Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı 20 İyun 2019, 00:54 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 20 İyun 2019, 00:42 Mingəçevir su anbarı yaxınlığındakı yanğın söndürüldü - Yenilənib 20 İyun 2019, 00:17 “Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov 20 İyun 2019, 00:01 Azərbaycan nefti bahalaşdı 19 İyun 2019, 23:45 Bakıda yeniyetmə bədbəxt hadisənin qurbanı oldu 19 İyun 2019, 23:31 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi -  FOTO 19 İyun 2019, 23:17 Bolqarıstan parlamentinin sədri Bakıda 19 İyun 2019, 23:00 FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı 19 İyun 2019, 22:46 Fuad Abbasov aclığı dayandırdı 19 İyun 2019, 22:29 Belqradda Nəsiminin 650 illiyinə həsr olunan elmi simpozium 19 İyun 2019, 22:13 İstidən 92 nəfər öldü 19 İyun 2019, 21:56 Hərbi təlim düşərgəsində 14 yeniyetməni şimşək vurdu 19 İyun 2019, 21:40