Arxiv
7 Yanvar 2019, 14:45 | ƏDƏBİYYAT
Türkiyə Rəsulzadənin vəziyyətini yaxşılaşdırmaq üçün heç nə etmədi   

​​​​​​​Rəsulzadəni isə Atatürkün müəllimi də hesab etmək olar 


2019-cu ilin yanvarında yalnız çağdaş Azərbaycanın deyil, bütün türk dünyasının çoxəsrlik tarixinin ən böyük simalarından biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 ili tamam olur. Heç şübhəsiz ki, milli tariximizin zirvə nöqtəsi olan 1918-ci ilin 28 May – Azərbaycan milli dövlətçiliyinin doğum günü birbaşa bu dahi şəxsiyyətin adı ilə bağlıdır. 

M.Ə. Rəsulzadə və digər Cümhuriyyət liderlərinin tarixi xidməti ondan ibarətdir ki, onlar bütün müsəlman Şərqində ilk dəfə olaraq milli dövlətçiliyin Avropa modelini gerçəkləşdirməyə cəhd göstərdilər. Məlumdur ki, Avropanın əksər xalqları tarixi inkişafın həmin mərhələsini hələ XIX əsrdə keçmişdilər, Şərqdə isə bu yolla ilk dəfə addımlamaq şərəfi M.Ə.Rəsulzadə və onun silahdaşlarına nəsib oldu.

Bu anlamda Azərbaycan Xalq Cümhuriyyətinin banisi - M.Ə. Rəsulzadə müasir Türkiyənin qurucusu olan Atatürkü bir neçə il qabaqlamış oldu. Belə ki, Atatürkün XX əsrin 20-ci illərinin ortalarında Türkiyə Cümhuriyyətini yaradarkən əldə rəhbər tutduğu milli dövlətçilik ideyaları M.Ə. Rəsulzadə və silahdaşları tərəfindən Azərbaycanda hələ 1918-1920-ci illərdə həyata keçirilmişdi. Həm də, Türkiyədə milli dövlət quruculuğu gedişində əsasən avtoritar metodlara üstünlük verən Atatürkdən fərqli olaraq, Azərbaycan liderləri demokratik dəyərlərə arxalanırdılar. Bu baxımdan, M.Ə. Rəsulzadə və onun silahdaşlarını müəyyən mənada hətta Atatürkün müəllimi də hesab etmək olar. 

Doğrudur, Atatürkdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin liderləri regiondakı əlverişsiz geosiyasi vəziyyət ucbatından həmin planlarını və niyyətlərini tam şəkildə gerçəkləşdirə bilmədilər. Və ilk Azərbaycan Cümhuriyyəti 1920-ci ilin aprelində rus-bolşevik işğalı nəticəsində süqut etdi.

Bundan sonra M.Ə. Rəsulzadə ölkənin hüdudlarını tərk etmək məcburiyyətində qalsa da, mühacirət həyatının bütün çətinlik və məhrumiyyətlərinə rəğmən, qürbətdə də Vətənin itirilmiş müstəqilliyinin bərpası uğrunda aramsız və fədakar mücadiləsini davam etdirdi. Abdulla Taymasın söylədiyi kimi, M.Ə. Rəsulzadə həmin mücadiləyə “hər şeyini, ailəsini, rahatlığını, sağlamlığını və nəhayət, həyatını fəda etdi”.

Həyatı boyu verdiyi saysız-hesabsız qurbanların “mükafat”ı isə doğma xalqının laqeydliyi və biganəliyi oldu. Bu baxımdan, kiçicik “təsəllimiz” yalnız bu ola bilər ki, həyatlarını Vətənin xoşbəxtlik və rifahı uğrunda mübarizəyə həsr etmiş Azərbaycan türklərinin onsuz da azsaylı nümayəndələrinin - Mizə Cəlildən tutmuş Məhəmməd Hadiyə və Əli bəy Hüseynzadədən Əhməd bəy Ağaoğlunadək istisnasız olaraq hamısı oxşar taleyi yaşamışlar. Əks halda, Mirzə Cəlil ömrünün sonunda evini isitmək üçün sobada əlyazmalarını yandırmalı olmazdı, yaxud Mirzə Ələkbər Sabirin "Hophopnamə"si ilk dəfə şairin ölümündən sonra, həm də xeyli dərəcədə erməni ianələri hesabına işıq üzü görməzdi. 

Belə olmasaydı, 1947-ci ildə yenidən Türkiyəyə dönən M.Ə. Rəsulzadə ömrünün sonuna kimi təmirsiz, siçovulların qaçışdığı yarımzirzəmidə yaşamazdı. Türkiyədə yaşayan çoxsaylı imkanlı azərbaycanlılardan və bu ölkənin hökumətindən heç kəs təkcə Azərbaycan deyil, bütün türk dünyası qarşısında əvəzsiz xidmətləri olan M.Ə. Rəsulzadənin məişət şəraitini azca da olsa yaxşılaşdırmaq üçün demək olar ki, heç nə etmədilər. 

Çoxlarına xoş gəlməsə də, bu tarixi faktları nə gizlətmək, nə inkar etmək, nə də zamanın ayağına yazmaq olmaz. Ən əsası isə bütün bunlara görə məsuliyyəti Azərbaycan ərazisində son yüz ildə mövcud olmuş ayrı-ayrı siyasi rejimlər və onların rəhbərləri deyil, millət olaraq biz hamımız daşıyırıq. Hərçənd, biz millətikmi? Millət zirvəsinə ucala bilmişikmi? Cavabı olmayan bu sualların sayını sonsuzluğa qədər uzatmaq olar...

Sonucda məşhur rus tarixçisi V. Klyuçevskinin bir kəlamını xatırlamaq istərdik. V. Klyuçevski Rusiyanı nəzərdə tutaraq yazırdı: “Bu ölkə tək-tük dahilərdən və milyonlarla heç nəyə yaramayan insanlardan ibarətdir”.

Düşünürük ki, bu sözləri tam əsasla Azərbaycan və azərbaycanlılara da aid etmək olar. Hər halda, yalnız M.Ə. Rəsulzadə və beş-altı nəfər onun kimi dahi şəxsiyyətin sayəsində Azərbaycan türkləri bu gün müstəqil dövlət sahibidirlər.


Aydın Balayev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məşhur futbolçu həbsxanadan çıxdı 8 Aprel 2020, 00:51 Koronavirusun ilk yayıldığı şəhərdə həyat adi axarına düşdü 8 Aprel 2020, 00:32 Dünyada kororonavirusa yoluxanların sayı 1.5 milyona çatır 8 Aprel 2020, 00:14 ABŞ-da 12 mindən artıq insan koronavirusdan öldü 7 Aprel 2020, 23:57  Kürdəmirdə karantin rejimini pozanlar həbs olundu 7 Aprel 2020, 23:39 3 yaşadək uşağı olan ailələrə yardım ediləcək 7 Aprel 2020, 23:24 Heydər Əliyev Mərkəzindən İrana dəstək 7 Aprel 2020, 23:09 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 7 Aprel 2020, 22:52 Qəbələyə 15 sm qar yağdı 7 Aprel 2020, 22:36 Fransada rekord sayda yoluxma və ölüm baş verdi 7 Aprel 2020, 22:29 “İşsiz övladların birdəfəlik ödəniş üçün müraciət hüququ var” - Nazir 7 Aprel 2020, 22:18 Videokonfrans xidmətinin istifadəçiləri rekord həddə artdı 7 Aprel 2020, 22:05 Baş Nazir işsizlərə veriləcək birdəfəlik ödəmənin ŞƏRTLƏRİNİ TƏSDiQLƏDİ 7 Aprel 2020, 21:31 İşsizlikdən sığorta ödənişi xüsusi karantin rejimi bitənədək ödəniləcək - RƏSMİ 7 Aprel 2020, 21:27 Əli Əsədovdan əlilliyi olan şəxslərlə bağlı VACİB QƏRAR 7 Aprel 2020, 21:17 İtaliyada 17 127 nəfər koronavirusdan öldü 7 Aprel 2020, 21:03 Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatdı 7 Aprel 2020, 20:52 Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır 7 Aprel 2020, 20:33 Şəxsiyyət vəsiqəsinin vaxtı keçən işsizlərə XƏBƏRDARLIQ 7 Aprel 2020, 20:16 Prezident koronavirusa yoluxanları şəxsən müalicə edəcək 7 Aprel 2020, 20:03 Bu ölkədə koronavirusdan bir gündə 403 nəfər öldü 7 Aprel 2020, 19:59 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər 7 Aprel 2020, 19:52 Nazirlik “Virtual məktəb”ə qoşulan şagirdlərin sayını açıqladı 7 Aprel 2020, 19:35 Dövlət Komitəsi Gəncədə yandırılan qadını nəzarətə götürdü 7 Aprel 2020, 19:28 Komitə müəllimindən hamilə qalan şagird barədə açıqlama YAYDI 7 Aprel 2020, 19:23 Dünyanın ən varlı adamının adı AÇIQLANDI 7 Aprel 2020, 19:18 Siyavuş Novruzov: “Əfv sərəncamı Prezidentin vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir” 7 Aprel 2020, 19:00 Güclü külək Goranboyda fəlakət yaratdı - FOTO 7 Aprel 2020, 18:56 Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk! 7 Aprel 2020, 18:55 İqtisadiyyat Nazirliyindən maska istehsalı ilə bağlı AÇIQLAMA 7 Aprel 2020, 18:42 Nazirlik fərdi sahibkarlar üçün DSMF-yə ödəmələri yüngülləşdirə bilər 7 Aprel 2020, 18:41 Əfv olunan şəxslər istirahət mərkəzinə yerləşdirildi- RƏSMİ 7 Aprel 2020, 18:34 Azərenerjidən “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!” videoçarxı 7 Aprel 2020, 18:29 “Nar” şəbəkəsi ölkəni fasiləsiz internetlə təmin edir 7 Aprel 2020, 18:19 Nazir: Birdəfəlik ödəmə üçün müraciət edənlərin 60 faizi haqqı olmayanlardı 7 Aprel 2020, 18:13