Modern.az

Birinci vitse-prezidentin göstərişi icraata götürüldü

Birinci vitse-prezidentin göstərişi icraata götürüldü

26 Yanvar 2019, 13:46

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

 

Bu barədə Modern.az-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, bununla bağlı “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı