Modern.az

Azərbaycanda 10-dan çox qəzetin çapı dayandırılır

Azərbaycanda 10-dan çox qəzetin çapı dayandırılır

Media

31 Yanvar 2019, 21:35

Azərbaycanda daha bir qəzetin çapı dayandırıldı. Modern.az xəbər verir ki, artıq "Bizim Yol" qəzetinin çap versiyasının fəaliyyəti dayandırılıb.

 

Qəzetin baş redaktoru Bahəddin Həzi sosial şəbəkədə yaydığı məlumata görə, "Bizim Yol" qəzeti çap olunmayacaq

 

Bahəddin Həzi bildirib ki, qəzetin çap variantını dayandırmaq barədə qərar vermək asan olmayıb: “Bəzi iş yoldaşlarımızdan ayrılmaq ən çətindir. Ancaq düşünürəm ki, bu situasiyada ən doğru qərar belə idi. Çünki çap vasitələrinin qiymətləri durmadan artsa da, bazar yoxdur. Sadəcə, qəzet xatirinə qəzet buraxmaq lazım deyil. Bu, bizə əlavə vaxt, enerji, maliyyə itkisinə başa gəlirdi. Makulatura etməyin mənası yoxdur. Real vaxt rejimində (onlayn) işləyən media daha effektiv trenddir. “Bizim Yol” bağlanmayıb, sadəcə, kağız versiyası dayanıb. İmkanımız çatsa, çap versiyasını həftədə bir dəfə olmaqla davam etməyi düşünürük”.

 

Qeyd edək ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun son qərarından sonra fəqliyyəti dayandırılan qəzetin tək “Bizim yol” olmayacağı istisna deyil. Belə ki, Fondun müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, qurumun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.

Əldə etdiyimiz məlumata görə, bu qərardan sonra “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftə içi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetlərinə ayrılan maliyyə dayandırılacaq. Maliyyə kəsildiyi halda isə həmin qəzetlərin əksəriyyətinin  çapını dayandıracağı istisna deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi