Jurnalist Elzar Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin olunub.
Modern.az xəbər verir ki, bu barədə jurnalistin özü bildirib.
E.Ağayev bu gündən fəaliyyətə başlayıb.
"Agentliyin fəaliyyətinə dair dolğun, dəqiq və operativ məlumatların ictimaiyyətə çatdırılması, media ilə işin səmərəli təşkili əsas prioritetimiz olacaq.
Mənə göstərilən etimada görə Nazirliyin və Agentliyin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bu yüksək etimadı doğrultmaq üçün var gücümüzlə çalışacağıq", - jurnalist qeyd edib.
Qeyd edək ki, Elzar Ağayev daha əvvələr ANS televiziyasında çalışıb, daha sonra AzTV-nin Şərqi Avropa üzrə müxbiri işləyib.