Arxiv
1 Fervral 2019, 10:22 | MEDİA
Tanınmış jurnalist İTV-də işə başladı

Xeyli vaxtdır işsiz qalan tanınmış jurnalist İlham Tumas İctimai Televiziyada fəaliyyətə başlayıb.

Modern.az-ın məlumatına görə, bu barədə İ.Tumasın özü bildirib:

İctimai Televiziya və Radio Yayımları Şirkətində ustad Orxan Fıkratoğlu ilə yeni layihəyə başladıq. 
Son 70 il ərzində hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş və dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb eləyən, ictimaiyyətə açıqlanması məqbul hesab olunan əməliyyatları, açılmış cinayət işlərini əhatə eləyən “İstintaq davam edir” adlı sənədli telelayihəsinin birinci filminin çəkilişləri gedir. Əla sürprüzlər olacaq”. 


İlham Tumasın sözlərinə görə, həm Sovet, həm də müstəqillik illərində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilimiş hər hansı əməliyyat, bu əməliyyatın iştirakçılarının qəhrəmanlığını ehtiva eləyən sənədli filmləri davam etdirməyi düşünürlər və bununla bağlı ictimaiyyətdən gələn təklifləri dəyərləndirəcəklər.

İlham Tumas 1990-1992-ci illərdə Bakı Dövlət Universitetinin fizika və 1993-1996-cı illərdə isə universitetin sosial elmlər və psixologiya fakültəsində  təhsil alıb. İxtisasca filosofdur.

1992-1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən jurnalist  N saylı hərbi hissənin tərkibində əlahiddə “Qurtuluş”  taborunda Tərtər, Ağdərədə vuruşub.
İlham Tumas 1996-2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə tağım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır.

Müxtəlif mətbu orqanlarda, o cümlədən, “Avrasiya”, “Kino”, “Ayna”, “Panorama”, “Hürriyyət”, “Vətəndaş Həmrəyliyi”, “Xural”, “Ekspress”, “24 saat”, “Nota Bene” qəzetlərində çalışıb. 2008-ci ilin martından noyabrına qədər “24 Saat” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 
Televiziyalarda sənədli filmlər müəllifidir. ANS TV-də Seyid Cəfər Pişəvərinin həyatından bəhs edən “Bir qəzanın tarixçəsi” və Birinci Cümhuriyyət dövrünə dair “Cümhuriyyət qurbanları”, AzTV-də “Heydər Əliyevə apologiya”, “Naxçıvan həqiqətləri”, “Vanqa”, “Qorxulu Rasputin”, “İvanovka nümunəsi” və digər çoxsaylı sənədli filmlərin müəllifidir. “Salnamə” Sənədli Filmlər Studiyasinda “Təxəllüsü Mixaylo”, “Sualtı səltənət” sənədli filmlərinin redaktoru olub. 
APA TV-də “İlham Tumasla 40 dəqiqə” müəllif-layihəsinin aparıcısı olub.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:27 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məölub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13