Arxiv
7 Fervral 2019, 14:11 | MEDİA
Aynur Camalqızı jurnalistikaya gəlişinin səbəbini ad günündə açıqladı - MÜSAHİBƏ  

7 fevral “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının doğum günüdür. Tanınmış jurnalist doğum günü təəssüratlarını Modern.az-la bölüşüb. 

- Aynur xanım, sizin üçün xüsusi olan bu gündə əhval-ruhiyyəniz necədir?

- Səhər tezdən Facebook mənə ad günüm münasibətilə qısa video göndərib. Videoda son illərin yadda qalan məqamları, şəkillər, dostlarla birlikdə yaşadığımız xoş günlər əks olunub. Baxdıqca xatirələr gözümün qarşısına gəldi, həddindən artıq təsirləndim. Sosial şəbəkələrin bu cür müsbət məqamlarını yüksək qiymətləndirirəm. İnsanın unutduğu maraqlı məqamları, uğurlarını, ötən illərdəki xoş əhval-ruhiyyələrini, çəkilən rəsmləri yadına salır. Bu, həddindən artıq gözəl hislərdir.

Bu gün, hər il ad günümdə olduğu kimi, çoxsaylı təbriklər alıram. İnsanların sevgisini, sayğısını hiss etmək məni çox təsirləndirir. Demək ki, hədər yaşamırsan, nələrsə edə bilmisən və edə bilirsən.

Hər il qeyd etdiyimiz ad günləri həm də yaşadıqlarımızıdüşünməyimiz, öz-özümüzə hesabat verməyimiz üçün məqamdır. Bütün həyatını hesablamasan da, ən yaxın keçmişi götür-qoy edirsən. Təbii ki, xatırladıqda səhvlərin, yanlışlarınla bərabər, uğurlu, düzgün addımların da hafizəndə canlanır. Səhvsiz insan yoxdur və əlbəttə, səhvlər edirik. Ancaq öz-özünə hesabat verəndə düzgün saydığın, uğurlu addımların üstünlük təşkil edirsə, bu, ad günündə ən böyük hədiyyəndir. Bax, bu gün doğum günümdə belə əhval-ruhiyyədəyəm.

- Necə keçirəcəksiniz ad gününüzü?

- Bilirsiniz, övladlarım azyaşlıdır. Artıq neçə gündür mənim ad günümə hazırlaşırlar. Düzdür, ad günlərini xüsusi qeyd etməyi xoşlamıram. Amma çox güman ki, onların xətrinə evdə süfrə açacaq, ailəmlə, dostlarımla bir yerdə bu günü qeyd edəcəyik. Qızlarım mənim üçün maraqla şəkillər çəkiblər, hədiyyələr, sürprizlər hazırlayıblar. Sözün düzü, özüm də onların sürprizlərini görmək üçün səbirsizlənirəm.

- Yəqin ki, indiyə qədər keçirdiyiniz ən maraqlı ad gününüz də yaddaşınızdadır?

- Facebook-un göndərdiyi xatirələri izlədikcə gördüm ki, mənim ən maraqlı ad günlərim elə öz kollektivimin əhatəsində keçirdiklərimdir. 2012-ci ildən bu günə qədər, demək olar, hər il “Gündəlik Teleqraf”ın ofisində kollektivin diqqətini görürəm. Bir yerdə tort kəsirik, deyib-gülür, şəkillər çəkdiririk. Onlarla olan xatirələrim, ad günü təbrikləri elə ən xoş xatirələrimdir.

- Uzun illərdir, jurnalistikada öz sözünüzü demisiniz, imzanızı təsdiq etmisiniz. Jurnalistikanın həyatınızdakı önəmini düşündükdə, hansı hissə qapılırsınız?

- Əslində jurnalistikanın həyatımdakı yerini hər gün xatırlayıram. Jurnalistika ən yaxşı bacardığım, ən sevdiyim işdir. Özümü mediadan kənarda təsəvvür edə bilmirəm. Jurnalistika mənim həyat tərzimdir. Təbii ki, bu sahədə uğurlarım var. Buna görə Allaha, müəllimlərimə, bu yolda mənə dəstək olan dostlarıma çox minnətdaram.

Düşünürəm ki, jurnalistika adi həyat tərzi deyil, təsəvvür ediləndən daha maraqlıdır. Yalnız özün üçün yaşamırsan. Cansıxıcı, adi, monoton həyat keçirmirsən. Tamam fərqli şəkildə, günlərin informasiyaların bolluğunda keçir. Hər zaman oyaq olmalısan, sanki səngərdəsən kimi xidmət etməlisən. Məhz buna görə, jurnalist həyatı həddindən artıq çətin, amma uğurları çox olan, cazibədar bir həyatdır.


- Biz sizə başda can sağlığı olmaqla, ən gözəl arzuları, ən xoş diləkləri çatdırırıq. Bəs doğum gününüzdə özünüz özünüzə nə arzu edirsiniz?

- Özümə Qarabağı arzulayıram. Allah qismət etsin ki, torpaqlarımız işğaldan azad olunsun. Ən başlıca istəyimin bu olmasının da xüsusi səbəbi var. Mənim jurnalistikaya, ümumiyyətlə, ictimai-siyasi sferaya gəlməyimin başlıca səbəbi Qarabağ məsələdir. Bəlkə də bu problem olmasaydı, mən fərqli həyat yolu seçərdim. Özüm bu ağrıdan yaranmışam. Ona görə ən böyük arzum elə Qarabağın azadolunması, insanların öz-yurd yuvalarına qayıtmasıdır. Qaçqınlar, məcburi köçkünlər uçub, dağılmış evlərini bərpa etsinlər, çoxdandır getmədikləri doğmalarının məzarlarını ziyarət etsinlər. Şuşanı görsünlər, Cıdır düzünə qalxsınlar. Bundan gözəl xoşbəxtlik ola bilməz. İnanıram ki, Tanrı bizi bununla mükafatlandıracaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məölub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30