Modern.az

Elmira Süleymanova təltif olundu  

Elmira Süleymanova təltif olundu  

11 Fevral 2019, 16:38

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və dünya elminə və mədəniyyətinə töhfələrinə, insan hüquqlarının müdafiəsində böyük xidmətlərinə görə Akademiyanın Beynəlxalq Qızıl Ulduz medalına layiq görülüb.


Modern.az xəbər verir ki, bu qurumun Azərbaycan üzrə nümayəndəsi, alim Elçin İsgəndərzadə Akademiyanın həqiqi üzv diplomunu, Beynəlxalq Qızıl Ulduz medalını və vəsiqəsini Elmira Süleymanovaya təqdim edib.


O, çıxış edərək, bütün Türk dünyasında və beynəlxalq aləmdə tanınan, dəyərli şəxsiyyət, görkəmli ziyalı olan E.Süleymanovanın zəngin tərcümeyi-halı, həyat yolu, onun alim, dövlət və ictimai xadim, İnsan Hüquqları üzrə Müvəkkil kimi çoxşaxəli fəaliyyəti haqqında danışıb.


Vurğulanıb ki, SSRİ Fəxri kimyaçısı və SSRİ ixtiraçısı, kimya elmləri doktoru elmi dərəcəsinə, professor rütbəsinə yüksələn E.Süleymanovanın alim ömrünün bəhrələri, onun tədqiqatları, yeni kimyəvi maddələr, onların alınması üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslər 260-dan çox elmi əsərində, 40-dan çox ixtiralarında, patentində, müəlliflik şəhadətnamələrində öz əksini tapmış, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirməsi ilə nəticələnib.


E.Süleymanova bu təltiflərə görə adı çəkilən Akademiyanın rəhbərliyinə dərin minnətdarlığını bildirib, həmin nüfuzlu elm ocağının üzvü olmaqdan qürur duyduğunu, birgə elmi-tədqiqatların aparılmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına böyük imkanların yaratdığını söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi