Modern.az

Paşinyan hakimiyyətinin yeni TAKTİKASI - Ordudakı itkilər gizlədilir

Paşinyan hakimiyyətinin yeni TAKTİKASI - Ordudakı itkilər gizlədilir

Qarabağ

12 Fevral 2019, 13:18

2018-ci ilin 31 dekabrında Dağlıq Qarabağdakı hərbi hisssələrdən birində baş verən silahlı insident zamanı 3 hərbi qulluqçu yaralanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi rəsmi açıqlamanı yalnız indi verib.

 

Məlum olub ki, 31 dekabr saat 3:50 radələrində S.Torosyan, M.Manukyan və A.Marabyan bədən xəsarətləri alaraq hərbi hospitala yerləşdiriliblər.

Yaralı hərbçilərdən biri hələ də xəstəxanadadır.

 

Maraqlıdır ki, bundan öncə, Yeni il gecəsi 34 yaşlı hərbçi Edqar Qriqoryanın ölüm xəbəri də yerli jurnalistlərin səyi ilə ötən gün üzə çıxmışdı. Bu hadisə ölkə ictimaiyyətinin qəzəbinə səbəb olmuşdu.

Baş verənlər Nikol Paşinyan hakimiyyətinin ordudakı itkiləri gizlətməyə üz tutduğunu göstərir.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir