Modern.az

Filarmoniyada müasir musiqi axşamı keçiriləcək - “Şnitke.Qarayev.Şostakoviç”

Filarmoniyada müasir musiqi axşamı keçiriləcək - “Şnitke.Qarayev.Şostakoviç”

Aktual

12 Fevral 2019, 17:19

20 fevral 2019-cu il tarixində saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şnitke.Qarayev.Şostakoviç” adlı müasir musiqi axşamı keçiriləcəkdir.

 

Modern.az xəbər verir ki, gecədə Əməkdar artist, dirijor Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakı Kamera Orkestri və solistlər - Nəzrin Aslanlı və Rövşən Əmrahov çıxış edəcəklər.

Konsertin proqramına Qara Qarayev / Fərəc Qarayevin “Quasi Uno Concerto Grosso”, Alfred Şnitkenin 1 saylı Concerto Grosso və Dmitri Şostakoviçin Kamera simfoniyası (c-moll, op.110a) daxildir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir