Modern.az

İcra başçısı yeni yola baxış keçirdi

İcra başçısı yeni yola baxış keçirdi

12 Fevral 2019, 18:57

Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev hüquq-mühafizə orqanları və idarə müəssisə rəhbərləri ilə birgə Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm yollarının yenidən qurulması işlərinə baxış keçirdilər.

İcra başçısı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara yol-nəqliyyat infrastrukturuna maniə törədən   xətləri və elektrik dirəkləri  yeniləri ilə əvəzlənməsi üçün müvafiq  tapşıqlarını verdi.

Bildirildi ki, bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə görülür.

Asfaltın belə sürətlə keyfiyyətli  vurulması onu deməyə əsas verir ki, yaxın müddətdə yolun çəkilişi sona çatacaqdır. Müasir standartlara cavab verən yola görə sakinlər  ölkə başçısına dərin minnətdərlıqlarını bildirdilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi