Modern.az

Avtomobil bazarında «Mercedes-Benz» liderlik edir

Avtomobil bazarında «Mercedes-Benz» liderlik edir

Ölkə

14 Dekabr 2009, 18:24

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi («ƏBİ» İB) monitorinq qrupunun noyabr ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə bazarda mövsümlə əlaqədar nisbi aktivlik davam edib. Bu barədə Modern.az-a adıçəkiliən birlikdən məlumat verilib. Ayın ilk ongünlüyündə avtomobillərin qiymətinə təsir göstərməyən dinamiklik müşahidə olunub.

Noyabrda oktyabr ayı ilə müqayisədə təklif stabil qalıb. Təklifin stabil qalmasına baxmayaraq tələb də dəyişməz qalıb. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə cüzi artım qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının artmasına az da olsa (0.8%), təsir göstərib. 

Ay ərzində bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməyib və ötən ay olduğu kimi orta qiymət 16100 ABŞ dollarına bərabər olub. 

Bazarda müşahidə olunan nisbi aktivlik avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını alıb. Ekspozisiya müddətinin aşağı düşməsinə baxmayaraq əmlakın bu növü üzrə risk dərəcəsi hələ də yüksək olaraq qalır ki, bu da öz növbəsində avtomobillərin likvidlik əmsalına mənfi təsir göstərib.

Noyabr ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 7100-dən artıq avtomobilin 38.1%-i bazara məhz sentyabr ayı ərzində təklif olunub. Qalan 61,9%-i isə əvvəlki aylardan qalan avtomobillərdir.

 

İki ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payı ümumi portfeldə yenidən 38,7%-ə qalxıb (artım 0.7%). Buna baxmayaraq «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.

Ümumilikdə 9 markanın təklif üzrə payı 82,6% təşkil edib. Yerdə qalan 17,4% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür. 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir