Arxiv
14 Fervral 2019, 10:01 | İQTİSADİYYAT
Səba fermerlərə müraciət etdi

“Fermerlər əllərində olan südü bizə sata bilərlər. Bunun üçün  fermerlərin Səba-nın Biləsuvarda yerləşən südçülük müəssisəsinə müraciət etmələri kifayətdir” – Səba şirkətinin ictimaiyyətlə əlaqələr bölməsi belə məlumat yayıb. 

Modern.az-ın məlumatına görə, şirkətdən bildirilib ki,  son zaman bazarda yaranmış mövsümi süd çoxluğu fermerlərin məhsullarının əllərində qalmasına səbəb olub. Yalnız təbii süddən istifadə edən və istehsal həcmini artıran şirkət fermerlərdən xam südü onlar üçün sərfəli qiymətə alır. Bunun üçün Fermerlər südü Səba-ya təhvil vermək üçün 0502458897 nömrəli telefona zəng edə bilərlər.

“Səba şirkəti bir neçə ildir ki, Rusiya bazarına quru süd ixrac edir. Bu il artıq Gürcüstan da bizim məhsulun alıcısı olub. İrandan quru süd sifarişi almışıq. Hazırda xam südə ehtiyacımızı ödəməklə yanaşı, bizim xammal mənbəyimiz olan fermerlərin öz məhsullarını reallaşdıra bilmələrinə və ayaq üstə qalmalarına çalışırıq” – Səba-dan bildirilib.

Şirkətdən məhsul almaq istəyini “Aqrar Tədarük və Təchizat” ASC də bildirib və hələ satış olmasa da, bu barədə müqavilə imzalanıb. 

Səba-nın süd zavodu günlük 200 ton süd qəbul və emal etmək gücünə malikdir. Müəssisədə yağ, qatıq, xama, qaymaq, ayran, dovğa, pendir, kəsmik, quru süd kimi məhsullar istehsal olunur.

Qeyd etmək lazımdır ki, Səba brendi Azərbaycanda süd məhsulları halallıq sertifikatı almış yeganə markadır. Müəssisənin süd məsulları GİMDES Halal Sertifikatı ilə təltif edilib.

Səba bütün süd məmulatlarını şüşə qablaşmada buraxan ilk yerli brend kimi Azərbaycanda sağlam qablaşdırma ənənəsinin əsasını qoyub. 

Səba süd məhsulları içərisində kərə yağı xüsusi tələb olunan məhsuldur. Nehrə üsulu ilə, südün qaymağından yığılan 82.5% kərə yağı tərkibli Səba yağı təbiiliyi, keyfiyyəti və istehsal standartı ilə Almaniya və Hollandiyanın premium kərə yağı brendləri ilə rəqabət qabiliyyətinə malikdir. Səba-nın fermerlərdən topladığı südün keyfiyyətinə verdiyi tələbin səbəblərindən başlıcası da həmin süddən hazırlanan yağın tərkibinin yüksək dərəcədə təmizliyidir. 



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07 “Çaylarda zərərli maddələrin miqdarı normadan artıqdı” 18 Sentyabr 2019, 17:03 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu 18 Sentyabr 2019, 16:43 Nazirlik: 250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb   18 Sentyabr 2019, 16:40 “Restoranlarda qiymətlər od tutub yanır” – Araz Əlizadə 18 Sentyabr 2019, 16:34 Xalq artisti Murad Dadaşovun NƏZƏRİNƏ 18 Sentyabr 2019, 16:24 İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar 18 Sentyabr 2019, 16:18 Deputatdan məktəbli uşaqları olan aztəminatlı ailələrlə bağlı TƏKLİF 18 Sentyabr 2019, 16:15 Azərbaycanda 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır 18 Sentyabr 2019, 16:11 Erməni fitnəsi, Stalinin əmri - Üzeyir bəyin sənədi necə saxtalaşdırıldı... 18 Sentyabr 2019, 15:58 Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə - FOTO 18 Sentyabr 2019, 15:52 Deputatların pensiyaları da artacaq 18 Sentyabr 2019, 15:43 AzTV-nin yeni loqosuna FƏRQLİ BAXIŞ - Tənqid də var, təqdir də… 18 Sentyabr 2019, 15:11 Bakı metrosunda sərnişinlər üçün canlı musiqi təqdim olunub 18 Sentyabr 2019, 15:09 Peşə məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ 18 Sentyabr 2019, 14:56 Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib 18 Sentyabr 2019, 14:52 İsa Qəmbər Müsavat başqanlığına qayıdır? - Partiyadan AÇIQLAMA 18 Sentyabr 2019, 14:51 Mərdəkan Müalicə Pansionatının təmiri ilin sonuna qədər yekunlaşacaq 18 Sentyabr 2019, 14:43 Elmar Məmmədyarov İtaliyada Ermənistanın təcavüzündən DANIŞDI 18 Sentyabr 2019, 14:41 Ermənistanda vəziyyət DƏYİŞİR – “Paşinyanın rəqibləri revanşa hazırlaşır”. 18 Sentyabr 2019, 14:29