Arxiv
15 Fervral 2019, 10:17 | DİASPOR
ABŞ-da xərçəng xəstəliyilə bağlı şirkətin azərbaycanlı vitse-prezidenti...

İsrail ordusunda tətbiq olunan, idmanın "Krav Maqa" döyüş növündə bir sıra uğurlara nail olan bu xanım, yaşıl kəmər uğrunda məşqlərə başlayıb. Təkcə özü deyil, demək olar ki, ailəsində hamı boş vaxtlarında idmanın bu növü ilə məşğul olur. Ömür-gün yoldaşı Rza Fazel əslən İran İslam Respublikasındandır. İki övladı var. Oğlu Ziya Süleyman 7, qızı Qarlı Naima 10 yaşındadılar…

Haqqında söhbət açdığım Nərminə Paşa Bakıda dünyaya gəlib. 1995-ci ildə 160 nömrəli məktəbi bitirib. 1997-ci ildən Amerikada yaşayır. Bir il əczaçı işləyib. 1998-2002-ci illərdə Los Ancelesdəki Kaliforniya Universitetində ali təhsil alaraq, nevrologiya sahəsində bakalavr dərəcəsinə yiyələnib. Üç il özəl məktəbdə kimya, fizika, riyaziyyat və biologiya fənnlərini tədris edib. 2005-2007-ci illərdə yenidən məzunu olduğu universitetə dönərək, bu dəfə ictimai səhiyyənin təşkili üzrə mağistr dərəcəsinə yüksəlib. 2007-2018- ci illərdə "Kayzer Permanente" şirkətində müxtəlif vəzifələrdə çalışıb. O, burada cərrahiyə xidmətinə rəhbərlik edib, sonradan kapitalın planlaşdırılması şöbəsinin böyük meneceri olub.

 2018-ci ildən xərçəng xəstəliyinin erkən aşkarlanması üçün biopsiya mayesi ərsəyə gətirən "Quantgene" şirkətində klinik marketinq və əməliyyatlar üzrə vitse-prezident işləyir. Bu şirkət ABŞ-da, eləcə də Avropada böyük səhiyyə təşkilatları ilə əməkdaşlıq edir.

…Azərbaycan mətbəxinin təamlarını sevə-sevə hazırlayan Nərminə xanım, bu bacarığı anasından öyrəndiyini söyləyir. Səyahət etməyi, mütaliəni çox xoşlayır. Dünya, o cümlədən Azərbaycan musiqisini dinləməkdən zövq alır…

Atası elmlər namizədi, dosent Səmid Paşayev uzun illər Azərbaycan Dövlət Neft-Kimya Akademiyasında avtomatlaşdırma kafedrasında müəllim işləyib. Anası Neda Paşayeva da həyat yoldaşı ilə eyni tədris ocağında, informatika kafedrasında çalışıb…

Adətən idmançı xanımlar ötkəm olurlar, amma mən onunla söhbət edərkən o qədər incə məqamların şahidi oldum ki, onlar əsl Azərbaycan xanımına xas olan dəyərlər idi... 

Deyir ki,- "Bəlkə də haqqımda yazılmasına razı olmazdım. Axı mən elə də fövqalədə işlər görməmişəm. Atam bir daha xatırlansın və ruhu şad olsun deyə, həvəslə razılıq verdim. Atamı çox sevirdim. O, mənə insanpərvərliyi, həyatda əzmkar olmağı, xeyirxahlığı öyrətdi. Mən fəxr edirəm ki, Səmid Paşayev kimi atam olub"…

Gənc yaşlarından Azərbaycanı tərk etsə də, doğma vətəni hələ də xatırlayır. Ömrünün ən qayğısız illərinin orayla bağlı olduğunu dilə gətirir. Arzulayır ki, xalqımız firəvan yaşasın, gənclərimiz mükəmməl təhsil alsınlar, idmanla məşğul olsunlar. Sağlamlığın həyatın gözəl keçməsində əhəmiyyətli rolu olduğunu vurğulayır…

Bu şən, təvazökar, qayğıkeş, idmançı iradəsi ilə vəzifə pillələrində irəliləyən azərbaycanlı xanıma gələcək həyatında uğurlar arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55