Arxiv
18 Fevral 2019, 08:10 | DİASPOR
Amerikalıların etibar etdiyi azərbaycanlı xanım…

Amerikadakı azərbaycanlıların təsis etdiyi təşkilatların həyata keçirdiyi tədbirlərin mahiyyəti ilə yaxından tanış olduqca, bir məsələnin şahidi oluram. Bu qurumların əksəriyyəti icma, bir neçəsi isə formalaşmış təşkilat kimi fəaliyyət göstərir. Sanki icmaya bənzəyənlər yalnız daxili auditoriyaya hesablanıb. Yəni azərbaycanlıları bir araya gətirmək, milli, rəsmi bayramlarımızı birlikdə qeyd etmək, müxtəlif dərnəklər açıb yeni nəsil amerikalı soydaşlarımızı dil kurslarına, rəqs qruplarına cəlb etməkdən ibarətdir.

Təşkilat kimi fəaliyyətdə olanlar isə həm birinciyə xas olan tədbirləri həyata keçirir və həm də siyasi baxımdan Azərbaycanın amerikalılar arasında təbliği ilə məşğul olurlar. Haqqında söhbət açdığım İradə xanım Axundova kifayət qədər formalaşmış bir təşkilatın rəhbəridir…

Nəcib, kübar və geniş dünyagörüşünə malik olan bu xanım Bakı şəhərində dünyaya gəlib. 1973-cü ildə 7 nömrəli orta məktəbi bitirib. 1975-1982-ci illərdə Azərbaycan Dövlət Universitetində, Filologiya fakültəsinin qiyabi şöbəsində ali təhsil alıb. Eyni zamanda 1975-1985-ci illərdə AMEA-nın Geologiya İnstitutunda çalışıb. 1986-1993-cü illərdə 20 nömrəli məktəbin rus dilli bölməsində Azərbaycan dilini tədris edib. 1993-cü ildə həyat yoldaşının işi ilə əlaqədar İspaniyanın Madrid şəhərinə köçüblər və 1995-ci ilədək orada, sonra isə iki il də Səudiyyə Ərəbistanında yaşayıblar. 1997-ci ildən ABŞ-n Texas ştatının Hyuston şəhərində məskunlaşıblar…

…Atası Azərbaycan dili və ədəbiyyatı müəllimi olmuş Seyidəli Axundovun oğlu İbrahim Axundovdur. O, uzun illər 1 nömrəli Çörək Məhsulları Kombinatının direktor müavini vəzifəsində çalışıb. Anası isə Azərbaycan Demokratik Respublikasının yüksək çinli zabitlərindən biri, Şirəli Əliyevin qızı Elmira Əliyeva olub. O, evinin xanımı idi…

İradə xanım 2000-ci ildən 1976-cı ildə təsis olunan "Hyuston - Bakı Qardaşlaşmış Şəhərlər Asossasiyası"na rəhbərlik edir. Hyuston Bakıyla yanaşı, 17 müxtəlif ölkənin şəhərləri ilə də qardaşlaşıb. Bu təşkilat xeyli ictimai-siyasi tədbirlər həyata keçirib. Bu tədbirlərin hər biri ölkəmizin tanınmasına, Qarabağ probleminin amerikalılara çatdırılmasına, mədəniyyətimizin təbliğ olunmasına xidmət edib. Texas ştatının müxtəlif universitetlərində vətənimizin tarixinə həsr olunmuş konfranslar keçirib. Yunanıstan, İtalya, Türkiyə və Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə baş tutan "Azərbaycan neftinin dünyada rolu" adlı konfransı da bu qəbildəndir. Bundan əlavə, Hyuston şəhərindəki orta məktəblərdən birində ölkəmiz haqqında bir neçə dəfə fərqli filmlər nümayiş etdirilib. Bakıdan dəvət edilən şagirdlərlə Hyuston məktəblilərinin görüşü təşkil olunub. Bu şəhərdə böyüyən azərbaycanlı uşaqlar arasında şahmat yarışları keçirilib. "Qız qalası mənim gözümlə" rəsm müsabiqəsi də bu sıradadır. Bütün bunlara futbol yarışlarında dəfələrlə iştirak edən azərbaycanlı gənclərdən ibarət komandanı da əlavə etsək, bu təşkilatın gördüyü işlərin nə qədər vacib olduğunun şahidi olarıq…

…Ömür-gün yoldaşı Eduard Məmmədov kimya elmləri doktorudur. Uzun illər AMEA-nın Neft Prosesləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Qızı Nərminə xanım Texas Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib…

Fəaliyyətinin təkcə Hyustonla məhdudlaşmaması, daha da genişlənməsi üçün 2015-ci ildə "Azərbaycan Mərkəzi" adlı ikinci bir təşkilat yaradıb. Hər il "Novruz"da ziyafət təşkil edib, bayram süfrəsi açırlar. Həmin ziyafətlərdə şəhər rəhbərliyinin nümayəndələri də iştirak edirlər…

Xocalı soyqrımı ilə əlaqədar filimlərin nümayişi təşkil olunur. Bu tədbirlərdə "Bağlı qapı", "Müharibə uşaqları" və s. filmlər amerikalılara nümayiş etdirilir… 

28 may müstəqillik günü də hər il qeyd olunan bayramların sırasındadır. ADR-in 100 illiyi ilə bağlı tədbir isə BMT-nin Hyustondakı şöbəsinin nümayəndəsinin iştirakı ilə keçirilib…

Deyir ki, - "Mən Azərbaycan aşiqiyəm. Öz xalqımı canım qədər sevirəm. Bacardığım qədər Azərbaycanı təbliğ edirəm"…

Əsilzadələrə xas olan davranışı, yüksək mədəniyyəti və eləcə də səmimiyyəti ilə amerikalılar arsında böyük nüfuz qazanıb. Necə deyərlər, sözü eşidilir. Konqresmenlər, dövlət məmurları ona etibar edir, ona inanırlar...

Arzuları böyükdür, istəyir ki, "Azərkosmos"la "Nasa" arasında münasibət yaratsın. Bunun ölkəmiz üçün nə qədər faydalı olduğunu dilə gətirir. Bu yaxınlarda Hyuston Universitetində Azərbaycanla bağlı yeni bir konfrans keçirməyi planlaşdırır…

Zəhməti hədər getməyib, Amerika vətəndaşı olsa da, Azərbaycan dövlətinin "Tərəqqi" medalına layiq görülüb…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54 Meşələrin qorunması polisə həvalə olunur? - Nazirlikdən cavab 18 Sentyabr 2020, 16:48 Azərbaycanda 21 meşəbəyi işdən çıxarılıb 18 Sentyabr 2020, 16:42 “Yüksəliş” müsabiqəsi vebinar təşkil edib  18 Sentyabr 2020, 16:37 Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib 18 Sentyabr 2020, 16:32 Naftalanda yenilik - parklarda alternativ enerjidən istifadə olunacaq 18 Sentyabr 2020, 16:27 Siyavuş Novruzov Milli Məclisdə hesabat verdi 18 Sentyabr 2020, 16:22 Tofiq Yaqublu ev dustaqlığına buraxıldı 18 Sentyabr 2020, 16:20 Lirə dollara qarşı kəskin UCUZLAŞDI 18 Sentyabr 2020, 16:14