Arxiv
20 Fervral 2019, 09:42 | DİASPOR
ABŞ-da xərçəngə qarşı mübarizə aparan azərbaycanlı cərrah - FOTOLAR  

Ciddi, dərin zəkalı, iradəli və nikbin olan bu xanımı dinlədikcə sevinirdim. Sevinirdim ki, uzaq Amerikada belə bir soydaşımız var. Qarşısına qoyduğu məqsədlərə doğru addım-addım irəliləyib, elmdə yüksələ bilib...

Yenicə ana olub, başı əkiz övladlarına qarışıb…

Haqqında söhbət açdığım İradə xanım İbrahimzadə cərrahdır, öz sahəsini mükəmməl bilir…

…Atası Tofiq İbrahimzadə informatika üzrə alimdir. Azərbaycan Neft və Sənaye Universitetinin professorudur. Anası Leyla Əliyeva uzun illər həmin elm ocağında müəllim işləyib. 

Ömür-gün yoldaşı Mübariz Priyev Kolorado ştatında bizneslə məşğuldur, özəl şirkəti var. Ailədə yeni dünyaya gəlmiş əkiz oğlan böyüyür - Ömər və Əmir…

İradə xanım Bakıda dünyaya gəlib. 1995-ci ildə 6 nömrəli mətəbdə orta təhsilini başa vuraraq Azərbaycan Tibb Universitetinə qəbul olunub. 2001-ci ildə oranı bitirərək bir il onkoloji dispanserdə ankoloq-cərrah kimi internatura keçib. 2003-2006-cı illərdə Mərkəzi Klinik Xəstəxanasında ümumi cərrah işləyib. Arada bir il Türkiyənin Qazi Universitetinin cərrahiyə şöbəsində təcrübədə olub. 

2006-cı ildə Kanadanın Toronto Universitetinin doktoranturasına qəbul olunub. 2010-cu ilədək orada tam təqaüdlə təhsil alaraq, "xərçəng farmoko genetikası" üzrə elmi iş müdafiə edib və PhD alimlik dərəcəsinə yiyələnib. Həmin il "post doc." təqaüdü ilə ABŞ-ın Minesota ştatının məşhur Mayo Klinikasına dəvət alıb və Kanadadan ABŞ-a köçüb. İki il burada elmi tədqiqatla məşğul olub. 2012-ci ildə Arizona Universitetinin cərrahiyə fakültəsinin dəvəti ilə üç il bu elm ocağında professor kimi çalışıb.

2015-ci ildən indiyədək Kolorado Universitetinin Cərrahiyə şöbəsində onkoloq-cərrah işləyir. Bacarıqlı, necə deyərlər, əli yüngül cərrah kimi tanınır…

…Arzulayır ki, gələcəkdə böyük bir tibb mərkəzi açıb, orada elmi tədqiqatlarını davam etdirsin. Bəşəriyyətin bəlası olan xərcəngin müalicə üsullarını tapmaq istəyir…

Bütün bunlarla yanaşı, 2007-ci ildən idmanın avarçəkmə növü ilə peşəkar səviyyədə məşğul olur. İndiyədək 9 qızıl medal qazanıb. Hətta ictimai iş kimi, Minisota ştatında yaşayarkən, bir müddət məşqçı də olub…

Deyir ki, Azərbaycana hər il valideynlərini ziyarət etməyə gedir: “Ölkəmizin inkişafı məni də sevindirir...".

Klassik musiqimizdən zövq alır. Xüsusən də Rəşid Behbudovu dinləməkdən yorulmur. Koloradoda azərbaycanlılar çox azdır. Bayramlarda bir araya gəlib ünsiyyətdə olurlar, tez-tez bir-birinə qonaq gedirlər. Bu mehribanlıq adamda qürur hissi doğurur…

Bu alicənab, uzaqgörən, ixtisasını dərindən bilən, yeni ana olmuş xanım haqqında bildiklərimi sizinlə bölüşməkdən məmnunam. 

Onun həm ana kimi və həm də cərrah kimi bütün arzularına çatmasını diləyirəm…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55