Arxiv
2 mart 2019, 14:38 | MƏDƏNİYYƏT
Afaq Bəşirqızının prezident qarşısında çıxışı 

“Canım Prezidentim, mənim Sizə danışmamağım qeyri-mümkündür. Çünki sizi mən seçmişəm. Mən sizə səs vermişəm. Mən sizi dəstəkləyirəm. Canım Mehriban xanım, bu gün mənim burada oturmağımın səbəbkarı göydə Allah, yerdə sizsiniz. Mənim səhhətimə göstərdiyiniz o qayğıya görə sizə minnətdaram, ömrüm boyu minnətdar olacağam”.

 

Bu sözləri xalq artisti Afaq Bəşirqızı prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib:

“Burada əyləşən bütün incəsənət xadimləri sənətə öz canlarını qoyublar və bu sənətin inkişafında çox böyük rolları olubdur. Lakin biz bununla kifayətlənməməliyik. Biz sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı çox böyük bir inqilab etməliyik. İki açıq cəbhəsi olan ovuc boyda Azərbaycanı siz necə qoruyursunuz? Bu dövlətçiliyi necə qoruyursunuz? Hər birimizi necə qoruyursunuz? Siz necə əziyyətlər çəkirsiniz? Bunu biz hamımız başa düşməliyik. Sizin əməyinizi qiymətləndirmək bu balaca məclislərdə deyil, geniş meydanlarda olmalıdır, bizim müsahibələrimizdə olmalıdır. Bu hadisəni başa düşməyən və bu hadisədən sui-istifadə edən ortabab xalqı, bəlkə də deyim sizə ki, sadə bir xalqı qızışdıran, Vətənin bu vəziyyətində öz şəxsi ambisiyaları üçün istifadə edən şəxslərə bizim dilimiz çox uzun olmalıdır. Çünki hər bir xalqı mədəniyyəti ilə tanıyırlar. Hər bir tikilini təzədən bərpa etmək olar, hər bir dağıntını təzədən qurmaq olar, amma mədəniyyət çat verərsə, bu, çox böyük bir bəladır.

 

Burada oturanlar bilirlər ki, bizə, bizim mədəniyyətimizə çox böyük qayğı var. Bəlkə də biz yeganə xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq.

 

Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik, boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq.

 

Cənab Prezident, teatr başqa sahələrə nisbətən bir az çətin vəziyyətdədir. Yəni, Mehriban xanımın qayğısı ilə bizim musiqiçilərimiz, Allaha şükür olsun, muğam festivalı, hamısı maşallah təmin olunublar. Çox sevinirəm. Bizim özümüzün də sizin xüsusi mükafatınız, Allah Ulu Öndərimizə qəni-qəni rəhmət etsin, xüsusi təqaüdünüz var. Amma biz tək deyilik. Biz özümüzdən sonrakıları da fikirləşməliyik. Cənab Prezident, mənim işlədiyim Musiqili Teatr, – şəhər mərkəzində yerləşən, öz sənəti, öz tarixi, öz sənətkarları olan bir teatr, – üçüncü kateqoriyadadır. Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Aktyor səhər tezdən kirayə qaldığı Müşfiqabaddan iki övladı və yoldaşı ilə çayını, çörəyini götürüb gəlib Konservatoriyanın qabağında dayanır. Uşaqların biri dərsə gedir, ikinci uşağı ikinci növbəyə hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə gedir. Axşam yenə də həmin o ailə qayıdır Müşfiqabada. Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan xahişlər buna görədir, ümumi xalq üçündür.

 

Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08 Gürcüstanda nazir istefaya göndərildi - FOTO 26 May 2019, 15:56 Küveytdə azərbaycanlı diaspor fəalı iftar süfrəsi verib - FOTO   26 May 2019, 15:39 78 yaşlı xalq artisti AzTV-nin radiosunda veriliş aparacaq 26 May 2019, 15:20 “Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə! 26 May 2019, 15:04 Peruda 8 bal gücündə zəlzələ olub 26 May 2019, 14:49 “Arsenal” Mxitaryanı satışa çıxarır 26 May 2019, 14:35 Çaylarda suyun səviyyəsi dəyişib   26 May 2019, 14:18 Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb 26 May 2019, 14:00 Qusarda enerji verilişi bərpa olundu 26 May 2019, 13:30 Polad Bülbüloğlu Araz Əlizadəyə savadsız dedi: “Deputat olan şəxs belə fikirlər söyləməz” 26 May 2019, 13:11 Yolda 26 May 2019, 12:56 Məşhurların övladları: Aynur Sofiyevanın qızları - FOTO 26 May 2019, 12:52 Sabahın havası: Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək 26 May 2019, 12:47 İntizam Komissiyasından Araz Əlizadə açıqlaması: “Mənim əlimdə tərəzi yoxdur”  26 May 2019, 12:30 Okeanda iki gəmi toqquşub - İtkin düşənlər var 26 May 2019, 12:10 42 yaşlı Nardaran sakini itkin düşdü 26 May 2019, 11:55 Badam südünün faydaları 26 May 2019, 11:40 Mənzildən 60 yaşlı kişinin meyiti TAPILDI 26 May 2019, 11:27 Avropa Parlamentinə seçkilər keçirilir - 21 ölkədə 26 May 2019, 11:15 Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir - FOTO 26 May 2019, 11:00 Ramil Usubov polis rəisini işdən çıxardı - FOTO 26 May 2019, 10:48 İcra Hakimiyyəti hesabat verdi - Horadizdə  7200 nəfər yaşayır 26 May 2019, 10:27 ABŞ-da erməni diasporu 26 May 2019, 10:12 Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTOLAR 26 May 2019, 10:02 Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verir   26 May 2019, 09:39 Ermənilər yenidən fəallaşdı - Nazirlikdən açıqlama   26 May 2019, 09:00 Magistraturaya qəbulun ikinci mərhələsi keçirilir 26 May 2019, 08:28 Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31