Arxiv
7 mart 2019, 10:00 | MƏDƏNİYYƏT
Xuraman Hacıyevanın 74 yaşına  

Bu fani dünyadan, yalan dünyadan,
Gedənlər qurtarır canın, nə dərdi.
Ölüm gedənlərə bir sakit ada,
Ölüm qalanlara ən ağır dərddir…

Biri vardı, biri yox. Bu dünyada Xuraman adlı bir xanım vardı, soyadı Hacıyeva idi. Yaratdığı obrazlar - "Asya", "Gülçöhrə", "Ceyran", "Qızılgül", "Rəna", "Eyzəngül", "Gülsüm", "Gülzar", "Cemma", "Humay", "Firəngiz", "Yetər" və sair xanımlar onu hamıya sevdirmişdi...

Bəli, hər bir insan kimi onun da tərcümeyi-halı var. Bir ömrün sığdığı həmin yazıda əksini tapan olaylar bunlardır:

1945-ci ildə Bakıda dünyaya gəlib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı Dövlət Dram Teatrında aktrisa işləməyə başlayıb. Təhsilini davam etdirərək Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Bir müddət Gəncə teatrında işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Arada Naxçıvan teatrında aktrisalıq edib və yenidən əvvəlki kollektivə qayıdıb. 

Teatrdakı fəaliyyətinə görə 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 15 fevral 2005-ci ildə 59 yaşında qəflətən vəfat edib.

Martın 7-də 74 yaşı tamam olur. Cismən aramızda olmasa da biz onu hələ də unutmamışıq. Axı adam onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndə ölür…

Bəli, hər insan sonda bir nağıldır və bu nağılların hamısı belə başlayır- biri vardı, biri yox…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə 27 Yanvar 2020, 01:04 Əfsanəvi basketbolçu helikopter qəzasında ölüb 27 Yanvar 2020, 00:23 Bu gündən seçki bülletenlərinin çapına başlanılır 27 Yanvar 2020, 00:03 "İsmayıllıdakı qəzada bir ailənin 3 üzvü ölüb" - DYP  26 Yanvar 2020, 23:49 Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 23:28 Yüksək narkotik qəbul edən şəxs hamamda öldü 26 Yanvar 2020, 23:12 Gəncədə yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirib 26 Yanvar 2020, 22:44 ABŞ səfirliyinə raket atıldı 26 Yanvar 2020, 22:29 Zaur Məmmədov Cəbrayıl qəsəbəsində seçicilərlə görüşdü - FOTOLAR 26 Yanvar 2020, 22:11 Bir sutkada Suriyaya 981 qaçqın qayıdıb 26 Yanvar 2020, 21:56 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 21:46 Qənirə Paşayeva seçicilərin problemlərini dinlədi - FOTOLAR 26 Yanvar 2020, 21:41 Tovuzda qardaş qardaşı bıçaqlayıb 26 Yanvar 2020, 21:22 Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək 26 Yanvar 2020, 21:06 Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO 26 Yanvar 2020, 20:53 İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb 26 Yanvar 2020, 20:45 ABŞ-da təhlükəli virusa yoluxanların sayı artıb 26 Yanvar 2020, 20:35 Bakıda ağır qəza - FOTO 26 Yanvar 2020, 20:17 Elmar Musayev Gədəbəy seçicilərinin aşkar favoriti oldu - FOTOLAR 26 Yanvar 2020, 20:06 İranda uçuş zamanı təyyarədə yanğın olub 26 Yanvar 2020, 19:56 Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb 26 Yanvar 2020, 19:21 Oğuz rayonunda baş vermiş yanğın söndürülüb 26 Yanvar 2020, 18:57 Əhliman Əmiraslanov seçiciləri ilə görüş keçirib 26 Yanvar 2020, 18:48 Yanğın baş verən binada yaşayan köçkünlər kirayə mənzilə yerləşdirilib - RƏSMİ 26 Yanvar 2020, 18:33 Gəncədə "Musa Quliyev - O, Sizin səsinizdir" filminin təqdimatı keçirilib 26 Yanvar 2020, 18:17 Rəşad Camalov Şirvanda şəhid ailələri ilə birgə - FOTOLAR 26 Yanvar 2020, 17:57 “Müsavat bəzi dairələrdə YAP-la birləşib, müxalifətə alternativlik edir” – İTTİHAM  26 Yanvar 2020, 17:48 Musa Qasımlının izdihamlı görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 17:33 Türkiyədə zəlzələ qurbanlarının sayı 36-ya çatdı 26 Yanvar 2020, 17:18 Zəlzələ bölgəsindən çıxarılan tələbələr Bakıda - FOTOLAR 26 Yanvar 2020, 17:01 Daha bir aviaşirkət Çinə reysləri təxirə saldı 26 Yanvar 2020, 16:51 Əfqanıstanda toyda partlayış törədildi 26 Yanvar 2020, 16:38 MSK deputatlığa namizədlərin siyahısını YENİLƏDİ 26 Yanvar 2020, 16:17 Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR 26 Yanvar 2020, 16:08 Təxliyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salındı 26 Yanvar 2020, 16:01
SORĞU Yeni parlamentdə kimlər olsun?