Arxiv
28 mart 2019, 20:45 | ƏDƏBİYYAT
Osman Sarıvəlli ocağının son oğul yadigarını itirdik  

Babək Qurbanov bu müvəqqəti dünyaya “əlvida” deyib gözlərini yumdu, əbədiyyətə qovuşdu. 

Böyük filosof, böyük alim, böyük vətəndaş, böyük nəzəriyyəçi, böyük şəxsiyyət.
Bilirəm, bu gün bu “böyük” sifəti və ya təyini son dövrlərdə hətta, qeyri-ciddi “sənət” aləmində yeni iməkləyən hansısa təsadüfü adamlara da şamil olunur. Amma...

Amma nə yazıqlar ki, çox ciddi alimlər bu gün bizim cəmiyyətimizə layiqincə təqdim olunmur.
Professor Babək Qurbanov ciddi alim və nəzəriyyəçi idi. O, Azərbaycanın Xalq sairi Osman Sarıvəlli ocağının son oğul yadigarı idi.

Mən Babək müəllimlə həmkar idim, uzun illər onunla EA-nın Fəlsəfə İnstitutunda birgə işləmişdik.
Babək Osmanoğlu ömrünün son illərində Türkiyə Cümhuriyyətinin müxtəlif universitatlərində çalışmışdı. Ümumiyyətlə, müxtəlif auditoriyalarda müxtəlif dillərdə- Azərbaycan, türk, rus, ingilis dillərində mühazirələr söyləyən Babək Osmanoğlu unikal bir insan idi.

Mən onu tanıyan vaxtdan özümə dost, sirdaş, qardaş bilmişəm. O, hər yerdə Azərbaycanımızın layiqli təbliğatçısı idi. 

Babək Qurbanov mənim barəmdə də bir çox məqaləlır yazıb və həmin məqalələri Türkiyə, Rusiya və Azərbaycan mətbuatında dərc etdirib. Sonralar həmin yazılar ayrıca kitab şəklində nəşr olunub. “Firuz Mustafanın yaradıcılığı (Dörd bucaq)” adlı həmin kitab mənimçün bu gün də çox əzizdir.

Mən vaxtlə onun barəsinsə bir rübai yazmışdım:

Bizim çoxumuza örnəkdi Babək,
Uşaqtək həssasdı, kövrəkdi Babək.
.Daim dostlarının ürəyindədir,
Elə özü boyda ürəkdi Babək.

Bəbək xocam, mən adətən ona bu cür müraciət edirdim, özü ilə bizim, öz dostlarının və doğmalarının ürəyinin bir parçasını da özü ilə getdiyi o əbədi dünyaya apardı.

...On gün əvvəl zəng vurmuşdu. Sonra bir ümumi tanışımızla mənə öz yeni kitabını və ruscadan türkcəyə çevirdiyi məşhur bir əsəri göndərdi. Bir xeyli söhbət etdik. Arada Babək müəllim məndən soruşurdu: “Dərdiş, ağlın nə kəsir, mənim xəstəliyim sağala bilərmi?”

Mən ona ürək-dürək verərək dedim:

- Xocam, sənin xəstəliyin, ötəridir, müvəqqətidir. Allah qoysa, tezliklə sağalacaqsan.

Telefon dəstəyində onun, ağır xəstəliyin cəngində çırpınan Babəkin, uşaq kimi təvazökar, səmimi və sadəqəlbli sirdaşımın dirçələn səsini eşidirəm:

- Xocam, bəs bu nə zaman və harada olacaq?

Mən ona təskinlik verirəm:

- Xocam, Allah qoysa lap tezliklə, elə bu yaz sağalacaqsan. Sənin dərdinin dərmanı Şınıxda və Şıxlıdadır.

O, az sonra mənə yenə zəng edib dedi:

- Sən mənə yeni ümid verdin. Mən günəşli yazı gözləyirəm.

Babək Qurbanov bu gün, bu günəşli yaz günü böyük sənətkarımız, Xalq şairi Osman Sarıvəllinin əbədi uyuduğu Qazaxdakı İkinci Şıxlı qəbristanlığında torpağa tapşırıldı...


Firuz Musatafa

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha 710 “Taliban” üzvü azad edildi 30 May 2020, 23:13 Xırdalanda yaşayış binasında yanğın oldu 30 May 2020, 23:00 Rusiyada terrorçular məhv edildi 30 May 2020, 22:42 Bu tələbələr ölkəyə buraxılmayacaq - QADAĞA 30 May 2020, 22:28 Liderlər Honkonq və Liviyadakı vəziyyəti müzakirə etdi 30 May 2020, 22:12 Türkiyədə 126 984 nəfər koronavirusdan sağalıb 30 May 2020, 22:00 Daha bir ölkədə maska taxmaq məcburi oldu 30 May 2020, 21:46 Son sutkada daha 215 nəfər koronavirusdan öldü 30 May 2020, 21:31 Xüsusi karantin rejimi daha bir ay uzadılıb 30 May 2020, 21:17 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI - FOTO 30 May 2020, 21:16 Prezident ötən il üçün gəlirlərini açıqladı 30 May 2020, 21:03 İtaliyada sutkalıq koronavirus qurbanları yenidən artdı 30 May 2020, 20:54 Azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib 30 May 2020, 20:43 Ermənistanda koronavirusa yoluxanların sayı 10 minə çatır 30 May 2020, 20:29 Türkiyədə daha bir şəhid verdi 30 May 2020, 20:16 Ağ Evin qarşısında etirazlar başlayıb 30 May 2020, 20:01 Aydınlarımız Türk millətinə edilən haqsızlığa qarşı birlikdə mübarizə aparmalıdır - Qənirə Paşayeva 30 May 2020, 19:58 Koronavirusun peyvəndi nə zaman hazır olacaq? 30 May 2020, 19:30 Bu saytda işləyən jurnalistləri robotlarla əvəzləyəcək 30 May 2020, 19:20 "Facebook"da daha bir yenilik 30 May 2020, 19:13 Avropa İttifaqı ÜST-lə bağlı ABŞ-a çağırış etdi 30 May 2020, 19:00 Filippində 6 baladək zəlzələ oldu 30 May 2020, 18:50 Yaşayış binasında təhlükənin qarşısı alındı 30 May 2020, 18:42 Şirvanda ağır qəza - Ölən var   30 May 2020, 18:30 Baş Prokurorluq polis və qadının bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI 30 May 2020, 18:20 Daşkəsənə güclü dolu yağıb - VİDEO 30 May 2020, 18:10 Goranboyda beş nəfər koronavirusa yoluxdu - VİDEO 30 May 2020, 18:01 Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı AÇIQLANDI 30 May 2020, 17:55 “Hücum!” əmrinizə müntəzirik, cənab Ali Baş Komandan! - Tarixçi alim İrəvandan YAZDI - II  HİSSƏ 30 May 2020, 17:47 Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər öldü 30 May 2020, 17:40 Jurnalist koronavirusdan vəfat edən anasının dəfninə qatıla bilmədi 30 May 2020, 17:34 Mirzə Ələkbər Sabirə doğum günü hədiyyəsi: Şamaxıdakı evi təmir edildi - VİDEO   30 May 2020, 17:25 Nazirliyin səyyar mikroavtobusları Masallıda 30 May 2020, 17:17 Paşinyana qarşı yeni müxalif partiya yaradıldı 30 May 2020, 17:10 İranda daha 2 282 nəfər koronavirusa yoluxdu 30 May 2020, 17:02