Arxiv
29 mart 2019, 16:05 | MƏDƏNİYYƏT
Boşanmış müğənnilərin ekspertlik etməyi - TV-lərdəki BİABIRÇILIQ

Şou-biznes nümayəndələrinin yalnız həyata keçirdikləri işlər deyil, həmçinin şəxsi həyatları da cəmiyyətin maraq dairəsindədir. Araşdırsaq, demək olar müğənnilərin əksəriyyətinin ailələrin dağıldığının, onlar arasında boşanma hallarının yüksək olduğunu görərik. Ümumiyyətlə, ən maraqlısı budur ki,  belə müğənnilərin əksəriyyəti ailə-məişət problemlərinə həsr olunmuş televiziya verlişlərində qonaq qismində çıxış edərək, problem yaşayan ailələrə məsləhət verib, yol göstərirlər. Belə olan halda tamaşaçını bir sual düşündürür:  “Düzgün ailə modelini təsvir edən bu müğənnilər özləri niyə erkən boşanır?”.

Ümumiyyətlə müğənnilər arasında erkən boşanmaya səbəb nədir?

Bu barədə Modern.az-a sosioloq Cavid İmamoğlu danışıb:  

“Hazırda Azərbaycanda mədəniyyət aləmi dedikdə, ilk olaraq ağıla müğənnilər gəlir və ya əksinə, müğənnilər mədəniyyətin göstəricisidir.  Şou-biznes aləminin əksəriyyət üzvünün hazırki həyat tərzi  mental dəyərlərimizə, ailə modelinə ziddir.  Belə ki, hansısa gecə klubunda tərəflərdən birinin səhərədək ifa etməsi, vaxt keçirməsi heç şübhəsiz ki, qarşı tərəfdə narazılıq yaradır.  Buna görə ailə qurmazdan əvvəl yaxşı olardı ki, cütlüklər bu kimi məsələr ətrafında danışıb razılığa gəlsinlər ki, sonradan problem yaranmasın. Karyera ya da ailə həyatını seçmək məcburiyyətində qalmasınlar”.


Boşanmış müğənnilərin ekspert qismində  ailə-məişət mövzulu verlişlərdə çıxış etməsi əksər hallarda tamaşaçılarda narazılıq yaradır.  Bu barədə psixoloq  Gülər Məmmədova bildirib ki, hər bir ailə seçdiyi fərdi üsluba uyğun yaşayır.

“Ola bilsin ki, bu tip verlişlərdə qonaq qismində nəinki boşanmış müğənilər, hətta ailə qurmamış şəxslər belə ekspert qismində çıxış etsin. Əsas məsələ həmin ekspertin yaşadıqlarını bir kənara qoyub, düzgün məsləhət verməsidir. Tamaşaçılar arasında ajiotaj yaratmamaq üçün isə yaxşı olardı ki, dəvət olunan ekspertlər üçün xüsusi kriteriyalar qoyulsun. Belə ki, ekspertlər cəmiyyətdə nümunəvi, xalqın örnək götürə biləcəyi insanlar olmalıdır”.


Şou-biznesdən yazan jurnalist Cəvahir Nehru isə vurğulayıb ki, ölkəmizdə son dövrlər statistikasına əsasən, boşanmalar çox artıb. “Sadəcə müğənnilər üzdə olduqları üçün daha çox gözə çarpır”.

Əzizə Zeynal

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13 Oyuncağa dönən mitinq məsələsi... 17 Sentyabr 2019, 14:56 Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI - 66 faizi kişilərdir 17 Sentyabr 2019, 14:56 Ceyhun Bayramov  Basqalda orta məktəbinin AÇILIŞINDA 17 Sentyabr 2019, 14:36 Niyazi Bayramov Edvard Karvardini qəbul edib 17 Sentyabr 2019, 14:20 Ordumuzun təlimləri davam edir - VİDEO 17 Sentyabr 2019, 14:17 Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq 17 Sentyabr 2019, 14:13 ŞAH MAT Teatrı “Qodonun intizarında”... 17 Sentyabr 2019, 14:11 Bakı Uşaq Teatrı yeni mövsümə başlayır 17 Sentyabr 2019, 13:47 Mədəniyyət komitəsi 11 qanun layihəsini müzakirəyə çıxardı 17 Sentyabr 2019, 13:33 İlham Əliyev gürcü naziri qəbul edib 17 Sentyabr 2019, 13:25 Bakıdakı açılış dünyanın gözünü Azərbaycana YÖNƏLDİB 17 Sentyabr 2019, 13:18 Kulis.az-dan şeir MÜSABİQƏSİ - 1000 manat mükafat 17 Sentyabr 2019, 13:11 UNEC-in ikili diplom proqramlarının sərgisi keçiriləcək 17 Sentyabr 2019, 13:07 Sabahın HAVASI: 32 dərəcə isti olacaq 17 Sentyabr 2019, 13:05 9 yaşlı uşağı vurub öldürən sürücü tutuldu 17 Sentyabr 2019, 12:56 Komitə sədri büdcədən mədəniyyət sahəsinə ayırmaların artırılmasını istədi 17 Sentyabr 2019, 12:56 Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT 17 Sentyabr 2019, 12:49 Sərnişinlə dolu yük maşını uçuruma yuvarlandı: 20 ölü 17 Sentyabr 2019, 12:47 “Başımın üstündə qurğuşun əritdi, bədənimə dağ basdı” - Çildağdan REPORTAJ 17 Sentyabr 2019, 12:36 Onlar nə əxlaqsızdılar, nə dəli, nə bisavad... 17 Sentyabr 2019, 12:26 Kirayə evlər ucuzlaşacaq 17 Sentyabr 2019, 12:21 Ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək! 17 Sentyabr 2019, 12:13 Azərbaycan güləşçisi Tokio Olimpiadasına lisenziya qazandı 17 Sentyabr 2019, 12:09 Nazirlərin görüşü ərəfəsində Yerevan provakativ addımlar atır 17 Sentyabr 2019, 11:58 Azərbaycan Radiosunda Bədii Şura yaradıldı - SİYAHI 17 Sentyabr 2019, 11:50