Modern.az

Jurnalist Niyaz Niftiyevin ailəsində ağır itki 

Jurnalist Niyaz Niftiyevin ailəsində ağır itki 

1 Aprel 2019, 19:20

 Tanınmış jurnalist, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyevə ağır itki üz verib.

 

Modern.az xəbər verir ki, N.Niftiyevin atası Məhəmmədəli Niftiyev bu gün dünyasını dəyişib.

 

Qeyd edək ki, mərhum bu gün yaşadığı Cəlilabad rayonun Təzəkənd kəndində dəfn olunub. Mərhumun üç mərasimi aprelin 3-də, yeddisi isə aprelin 7-də doğulduğu kənddə keçiriləcək.

 

Modern.az media qrupunun rəhbərliyi mərhumun vəfatından kədərləndiklərini bildirir, həmkarımız Niyaz Niftiyevə və yaxınlarına dərin hüznlə bağsağlığı verir.

 

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər