Arxiv
5 Aprel 2019, 10:55 | DİASPOR
Gürcüstan azərbaycanlıları üçün tarixi ŞANS

Xəbər verdiyimiz kimi, Gürcüstanın Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzi (GAİM) açılıb.

Açılış mərasimində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilivə digər rəsmi şəxslər iştirak ediblər.

Sirr deyil ki, Gürcüstan azərbaycanlıları uzun illərdir gürcü cəmiyyətinə inteqrasiya oluna bilmir. Bu da müəyyən problemlərin yaranmasına səbəb olur.

Maraqlıdır, azərbaycanlıların kompakt yaşadığı bölgədə İnteqrasiya Mərkəzinin açılması Gürcüstan azərbaycanlılarına nə verəcək?

Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb.

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov  belə bir mərkəzin açılmasını müsbət qiymətləndirib:

“Gürcüstanda azərbaycanlılarla bağlı belə bir mərkəzin açılmasına çoxdan ehtiyac vardı. Ancaq illər ərzində bu. həyata keçirilmirdi.  Marneuli rayonu azərbaycanlıların sıx yaşadığı yerdir. Azərbaycanlı əhalinin sıxlığı 85%-dən yuxarıdır. Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adıçəkilən bölgəyə səfər etməsi və belə bir mərkəz açması müsbət haldır. Təbii ki, bunun faydası çox yaxşı olacaq. İllərdir soydaşlarımız məskunlaşdıqları dövlətin cəmiyyətinə inteqrasiya oluna bilmirdilər. Düşünürəm ki, bundan sonra bu məsələ də öz həllini tapacaq”.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü  Rasim Musabəyov bildirib ki, inteqrasiya mərkəzinin açılması mühüm hadisədir:

“Hər bir halda Gürcüstanda inteqrasiya mərkəzinin yaradılması müsbət addımdır. Ancaq mərkəzin yaradılması ilə bütün məsələlərin öz həllini tapmasını düşünmək  sadəlövhlük olardı. Sadəcə, mərkəzin yaradılması ilə konkret iş görülür. Gürcüstan universitetlərində 2000-ə yaxın azərbaycanlı tələbə hazırlıqdan keçərək, oxumaq imkanı qazanıb.  Mənə elə gəlir ki, bu da çox önəmli layihədir. Azərbaycanlılar Gürcüstan universitetlərində gürcü dilində təhsil alaraq gürcü cəmiyyətinə inteqrasiya olunmaq, mövqe tutmaq şansı qazanır. Hər halda, inteqrasiya mərkəzinin yaradılması müsbət haldır. İnsanlar bu mərkəzə getməlidir. Əsas odur ki, ordakı azərbaycanlılar gürcü dilini bilməli, ölkənin maraqları çərçivəsində öz yerlərini tutmalıdır. Eyni zamanda, Azərbaycan dilini, mədəniyyətini unutmamaq şərtilə gürcü cəmiyyətinə inteqrasiya oluna bilsinlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət büdcəsinin icrası barədə məlumat AÇIQLANDI 3 Aprel 2020, 12:30 Koronavirus TƏHLÜKƏSİ: Qarabağda erməni əsgəri xəstəlikdən öldü 3 Aprel 2020, 12:29 Hacıqabulun icra başçısı sakinlərlə maarifləndirici söhbətlər aparıb - FOTO 3 Aprel 2020, 12:25 Ermənilər Qazax istiqamətində təxribat törətdi 3 Aprel 2020, 12:20 Karantinə alınan 4321 nəfər müayinə edilir - Operativ qərargah 3 Aprel 2020, 12:18 Rusiyada viruslu xəstələrin sayı 601 nəfər artdı 3 Aprel 2020, 12:14 Təhsil Nazirliyi yeni yaradıcılıq müsabiqəsinə start verir 3 Aprel 2020, 12:10 Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ 3 Aprel 2020, 12:05 Naxçıvanda koronavirusa yoluxma aşkarlanmayıb? 3 Aprel 2020, 11:58 Evdən 8 650 manatlq oğurluq edildi 3 Aprel 2020, 11:52 Prezidentdən 15373 nəfəri sevindirəcək SƏRƏNCAM 3 Aprel 2020, 11:46 Əli Əhmədovdan müraciət: “Gəlin, günaha batmayaq” 3 Aprel 2020, 11:40 Masallı polisi daha 10 ailəyə ərzaq yardımı etdi - FOTO 3 Aprel 2020, 11:35 Vilayət Eyvazov rəisi işdən ÇIXARDI 3 Aprel 2020, 11:30 Ermənistanda virusa yoluxanların sayı 736-ya çatdı 3 Aprel 2020, 11:25 OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 6-da keçiriləcək 3 Aprel 2020, 11:19 Astarada karantin qaydalarını pozan şəxs həbs edildi - FOTO 3 Aprel 2020, 11:12 Avtobus dayanacaq pavilyonları dezinfeksiya olunur - VİDEO 3 Aprel 2020, 11:06 Şura "QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nı keçirdi - FOTO 3 Aprel 2020, 11:01 17576 nəqliyyat vasitəsi postlardan GERİ QAYTARILDI 3 Aprel 2020, 11:00 İran-Türkiyә sәrhәdindә güclü zәlzәlә olub 3 Aprel 2020, 10:55 Xaçmazda 10 obyekt sahibi və 20 vətəndaş məsuliyyətə cəlb olunub - FOTO 3 Aprel 2020, 10:50 Subsidiya alan fermerlerə şad xəbər!   3 Aprel 2020, 10:45 Ermənistanda koronavirusdan 1 gündə 3 nəfər öldü 3 Aprel 2020, 10:40 Karantin rejimini pozan 10 nəfər həbs edilib, 3581 nəfər cərimələnib 3 Aprel 2020, 10:35 Çətinlikdən çıxa bilənlər“Yüksəliş”in bir hədəfi də böhran dövrünün idarəçisini seçməkdir 3 Aprel 2020, 10:29 Karantin rejimini pozan daha 3 nəfər həbs olundu 3 Aprel 2020, 10:23 Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır” 3 Aprel 2020, 10:16 Bakı polisindən əhaliyə MÜRACİƏT 3 Aprel 2020, 10:10 Evdən çıxmaq üçün məlumatların sistemə yerləşdirilməsinə BAŞLANILDI 3 Aprel 2020, 10:06 Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyir 3 Aprel 2020, 10:00 Koronavirus peyvəndi siçanlarda uğurla nəticələndi 3 Aprel 2020, 09:55 Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı 3 Aprel 2020, 09:50 ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi 3 Aprel 2020, 09:45 Şimal bölgəsində KORONAVİRUSla bağlı son durum: DEPUTATLAR DANIŞDI 3 Aprel 2020, 09:40