Arxiv
17 Aprel 2019, 21:16 | İQTİSADİYYAT
Azərbaycanda mobil telefonla hesablaşmalar mümkün olacaq

"VISA beynəlxalq ödəmə texnologiyaları şirkəti Azərbaycan banklarına bu ilin aprel ayından etibarən yalnız təmassız, yəni NFC texnologiyasına əsaslanan və bircə təmasla hesablaşmaq imkanı yaradan kartlar buraxmaq barədə göstəriş verib". 

Modern.az xəbər verir ki, bunu “Report”a  müsahibəsində şirkətin Baş vitse-prezidenti, MDB və Cənub-Şərq Avropa ölkələri (CİSSEE) üzrə direktoru Vera Platonova bildirib.

“Təmassız texnologiyaların tətbiqi ödəmələr bazarının inkişafını şərtləndirən ümumdünya prosesdir. Azərbaycan əhalisinin hesablaşmaları mobil telefon, Apple Pay, Google Pay, online bank partmanatları vasitəsilə rahat yerinə yetirəcəkləri vaxtının gəlməsini necə səbirsizliklə gözlədiklərinin fərqindəyik. Belə ki, NFC üsullu bütün ödəmələrın əsaslandığı Visa Token Service texnologiyası rəqəmsal ödəmə xidmətləri təchizatçıları və banklar üçün müştərilərinə alış-verişlərini online və ya mobil telefon vasitəsilə təhlükəsiz üsulunu təklif etmək imkanını yaradır. Bunun daha tez bir zamanda baş verməsi üçün də infrastrukturun hazırlanması, əhalinin maliyyə savadının artırılması, ölkə qanunlarının elektron ödəmələr tətbiqinə uyğunlaşdırılması kimi məsələlər həll olunmalıdır. Ona görə də cari ilin aprel ayından etibarən bankların buraxdığı ödəmə kartlarının yalnız təmassız texnologiyaya əsaslanacağını nəzərdə tutan mandatımız qüvvəyə minib”, - “Visa” şirkətinin nümayəndəsi bildirib.

 

Qeyd edək ki, təmassız texnologiyanın tətbiqi istifadəçilərdə tezliklə vərdiş yaradır.

 

“Müşahidələrimizə görə, təmassız kartla hesablaşmağa başlayan insanın şüuru da dəyişir, yəni tez və asanlıqla ödəmə etməkdən ləzzət almağa başlayır ki, nəticədə bu üsulla ödəmələrin sayı xeyli artır. Bundan əlavə, təmassız kartlar bir neçə mühafizə dərəcəsilə təchiz olunub ki, bunlar arasında daxili təmassız çip, PİN kodu ilə təsdiqlənməyən təmassız köçürmələrə 50 manatlıq həddi, 4 santimetrlik məsafədə işləmək qabiliyyəti, nadir şifr sistemi sayəsində kartı saxtalaşdırmaq əslində qeyri-mümkün olur. Yəni təmassız kartın surətini çıxartmaq cəhdləri hələ ki qeydə alınmayıb”, – deyən VISA şirkətinin Baş vitse-prezidenti təhlükəsiz və rahat istifadə olunan təmassız kartların yeni tərəqqi mərhələsi olan mobil telefonla hesablaşmaların tətbiqinə yol açdığını diqqətə çatdırıb.

 

Azərbaycan və regionun başqa ölkələrinin bazarlarının yeni informasiya texnologiyalarına, o cümlədən smartfonların tətbiqinə açıq olduğunu dilə gətirən VISA nümayəndəsi bunun sayəsində hesablaşmaların plastik kartlardan mobil telefona keçməsinin tez bir zamanda başa gələcəyini qeyd edib: “Məncə, təqribən, 5 ildən sonra mobil telefonla ödəmələrin sayı plastik kartdakılarını xeyli üstələyəcək”, – deyən Vera Platonova Azərbaycanda təmassız kartlara keçid məsələsinə toxunaraq bəzi bankların kartları bir illik, bəziləri də beş illik müddətə buraxdıqlarını göstərib: “Yəni bu il beşillik kart buraxan banklar həmin müddətdə keçid dövrünə başladıqları halda, birillik kart buraxanlarda isə həmin proses xeyli tez başa gələcək”.

 

Mövcud bank infrastrukturunun yeniliyə hazırlığını, yəni terminalların təmassız kartları qəbul edib-etməmələrini də başqa bir mühüm məqam kimi dəyərləndirən müsahibimiz "hazırda Azərbaycandakı terminalların yarısına yaxını təmassız kartlarla ödəmələr aparmağa uyğundur" deyərək ölkədə 2022-ci ilədək bank kartlarının 80 faizə qədəri yeni nəsil kartlardan ibarət olacağını vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda zorlamalar ABŞ-dan 95, Ermənistandan 2 dəfə azdır – STATİSTİKA 17 Fevral 2020, 12:20 Hərbi alpinistlərimiz “Xocalıya ədalət!” ekspedisiyasında iştirak ediblər - FOTO+VİDEO 17 Fevral 2020, 12:14 Ölkədə biznes mühiti: “Kölgə iqtisadiyyatı”na YOX, xarici investorlara “YAŞIL İŞIQ 17 Fevral 2020, 12:08 Almaniyada azərbaycanlıların futbol klubu fəaliyyətə başladı 17 Fevral 2020, 12:03 Zaqatalada evdən oğurluq edən dəstə üzvləri saxlanıldı 17 Fevral 2020, 12:00 Fevralda dəm qazı zəhərlənməsindən 248 müraciət - XƏSTƏXANADA ÖLƏN DƏ OLUB 17 Fevral 2020, 11:57 “Ekologiya postu” söküləcək - Rəsmi 17 Fevral 2020, 11:51 Narkomaniyanı təbliğ edən meyxanaçı saxlanıldı 17 Fevral 2020, 11:45 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - On səkkizinci və on doqquzuncu söz 17 Fevral 2020, 11:40 İsrail iş adamları Azərbaycana investisiya yatırmaq istəyir 17 Fevral 2020, 11:35 Badamdarda torpaq uçqununun səbəbi AÇIQLANDI 17 Fevral 2020, 11:29 Sivil qaydalarla balıq ovlayın - İdarə rəisindən ÇAĞIRIŞ 17 Fevral 2020, 11:23 46 uşaq sığınacaqlara yerləşdirildi 17 Fevral 2020, 11:16 Ukraynadan Azərbaycana göndərilən pulun məbləği AÇIQLANDI 17 Fevral 2020, 11:10 Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfransın Bəyannaməsi qəbul olunub 17 Fevral 2020, 11:04 BDU-ya yeni mətbuat katibi təyin edildi - FOTO 17 Fevral 2020, 10:58 Bakı Ali Neft Məktəbi Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başladı 17 Fevral 2020, 10:52  “Azərsu” rəhbərliyi rayonlarda qəbul keçirəcək 17 Fevral 2020, 10:46 Narkoloji Mərkəzdə dəhşət: Xəstə özünü asdı 17 Fevral 2020, 10:40 111 nömrəli marşrut xəttinə yeni avtobuslar VERİLDİ - FOTO 17 Fevral 2020, 10:34 Ayaz Mütəllibov Paşinyanın ittihamlarına belə cavab verdi - VİDEO 17 Fevral 2020, 10:28 Türkiyədən Azərbaycana avtomobil ixracı artıb 17 Fevral 2020, 10:22 Bir gündə 4 nəfəri it dişlədi 17 Fevral 2020, 10:15 Azərbaycan millisinə 22 futbolçu çağırıldı - SİYAHI 17 Fevral 2020, 10:08 İslahatlara kimlər mane olmağa çalışır: Prosesdə özlərini görə bilməyənlər, düşmənlə həmrəy olanlar... 17 Fevral 2020, 10:02 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 17 Fevral 2020, 09:56 Cəbhədə pulemyotlar susmur 17 Fevral 2020, 09:50 Paytaxt polisi 28 cinayətin üstünü açdı 17 Fevral 2020, 09:44 “Əynimdəki formaya Qarabağ yazılırsa, deməli, mən Qara deyiləm” - Qara Qarayevlə “QARABAĞ SÖHBƏTİ” 17 Fevral 2020, 09:39 Messi La Liqada yenə liderdir - qol və asist sayı 17 Fevral 2020, 09:34 Çindən təxliyə edilən tələbələr Kliniki Tibbi Mərkəzə yerləşdirildi 17 Fevral 2020, 09:15 Xalqın arasına çıxa bilməyənlər indi gəlib MSK-nın qabağına çıxır - Siyavuş Novruzov 17 Fevral 2020, 09:08 Bakıda çarpayıdan yıxılan vətəndaşla bağlı ƏMƏLİYYAT 17 Fevral 2020, 09:06 Çində koronavirusdan ölənlərin sayı artır 17 Fevral 2020, 09:01 Türkiyə yenidən silkələndi 17 Fevral 2020, 00:56