Arxiv
21 Aprel 2019, 00:08 | HADİSƏ
Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI

162 saylı məktəbin şagirdi olmuş 14 yaşlı Elina Hacıyevanın intiharından sonra ictimaiyyət tərəfindən ittiham olunanlardan biri də Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədri Xalidə Bayramovadır.

Aprelin 4-də Elina Hacıyeva özünü oxuduğu məktəbin üçüncü mərtəbəsindən atıb. Rəsmi açıqlamalara görə, məktəbli hadisə baş verəndən 2 saat sonra təcili yardımla xəstəxanaya çatdırılıb və orada da həyatını itirib.

Hadisədən sonra yayılmış videogörüntülərdən belə məlum olur ki, Elina Hacıyeva məktəbin direktoru Sevinc Abbasovanın otağına gətirilib və divana uzadılıb. Uzanmış halda ağrı çəkən yeniyetmə isə sorğu-suala tutulur və çəkiliş aparılır.

İlk paylaşımlarda Elinanı sorğu-suala tutan qadının kimliyi bəlli olmasa da, sonradan araşdırma apararaq, həmin şəxsin Xalidə Bayramova olduğunu  bildirilib.

Lakin ötən müddət ərzində Xalidə Bayramovadan məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Modern.az xəbər verir ki, aprelin 20-də icra başçısının müavini Meydan TV-yə yazılı açıqlama göndərərək, baş verənlərə münasibətini bildirib. Onun açıqlamasını olduğu kimi dərc edirik:


“Bir sıra səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir ki, uşağı qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına səmimi qəlbdən başsağlığı verirəm. Bugünə kimi dövlət məmuru və məsul şəxs olaraq hər hansı bir açıqlamadan və şərhdən yayınmışam. Və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam. Bütün hallarda, istintaq gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər. Lakin bəzi məsələlər vardır ki, mətbuatda və sosial mediada spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir və hansındakı mənim adım hallandırılır. Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən, Səbail rayon İcra hakimiyyətinin başçısının birinci müavini olmaqla yanaşı, yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam. Uşaqlarla iş mənim vəzifələrimə daxildir. Buna görə də belə bir zəng başadüşülən idi. Zəngdən dərhal sonra birbaşa rəhbərim olan rayon içra hakimiyyəti başçısına hadısə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim. Yolüstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən təcili yardıma zəng etdim. Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdə yayılan uşaqla birinci danışığın videoyazılışı mənim tərəfimdən təcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib. Belə çətin vəziyyətlərdə video çəklişin aparılması praktikasına uzun illərdir malikəm. Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub. Xəstəxanada sadəcə müşahidə etmirdim, Elinan həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil.

Sözügeden video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi. Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə idi.

Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətəuyğun deyildir. Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürəkyanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın”.

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, məktəbin direktoru, direktor müavini və psixoloq işdən çıxarılıb. Direktor Sevinc Abbasova aprelin 15-də Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu hakimlər barədə ən sərt tədbirlər görüləcək 3 İyun 2020, 18:09 Azərbaycan hərbçiləri Moskvada hərbi paradda iştirak edəcəklər 3 İyun 2020, 18:07 Prezident taxıl zavodunun açılışını etdi 3 İyun 2020, 18:00 Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verildi 3 İyun 2020, 17:55 İlham Əliyev “ASAN xidmət” mərkəzinin AÇILIŞINDA 3 İyun 2020, 17:50 DİN və Baş Prokurorluqdan Sabunçudakı qətllə bağlı AÇIQLAMA 3 İyun 2020, 17:44 İlham Əliyev taxıl biçininə başlanması mərasimində iştirak etdi 3 İyun 2020, 17:44 Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralananlar var 3 İyun 2020, 17:42 26 Qazaxıstan vətəndaşı öz ölkəsinə yola salındı 3 İyun 2020, 17:39 Prezident Ağcabədiyə gedib 3 İyun 2020, 17:36 Sabahın teledərs CƏDVƏLİ 3 İyun 2020, 17:33 Ermənistanda “Kalaşnikov” avtomatları istehsal olunacaq 3 İyun 2020, 17:26 Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…” - MÜSAHİBƏ 3 İyun 2020, 17:20 Yer kürəsinin ən təmiz ərazisi açıqlandı 3 İyun 2020, 17:16 Ramiz Mehdiyev yeni təyinat etdi 3 İyun 2020, 17:10 Maşını yolun ortasında saxlayıb getdi - FOTO 3 İyun 2020, 17:04 ABŞ-da etirazlar nəzarətdən çıxdı: polis rəisi öldürüldü 3 İyun 2020, 16:58 Bu ölkədə 20 jurnalist koronavirusdan öldü 3 İyun 2020, 16:57 ABŞ-da öldürülən Corc Floydun arvadı ilk dəfə DANIŞDI   3 İyun 2020, 16:52 Nazirlikdən müharibə veteranları ilə bağlı yeni TƏKLİF 3 İyun 2020, 16:46 SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanıldı 3 İyun 2020, 16:40 Hindistanda ölkənin adının dəyişdirilməsi üçün iddia qaldırılıb 3 İyun 2020, 16:34 Prezident ön xəttdəki hərbi hissəyə getdi 3 İyun 2020, 16:30 İsveçin baş epidemioloqundan ETİRAF: “Karantindən tam imtina səhv idi” 3 İyun 2020, 16:29 Xose Bernardonu bıçaqlayan şəxsin məhkəməsi başladı 3 İyun 2020, 16:25 Qənirə Paşayeva Xalq artisti ilə bağlı Baş Nazirə müraciət etdi 3 İyun 2020, 16:20 İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırdı 3 İyun 2020, 16:15 Prezident Tərtərə pul ayırdı 3 İyun 2020, 16:10 Qarabağ döyüşçüsü niyə separatçı oldu? - Axtarışa verilən Eldar Orucov... 3 İyun 2020, 15:59 Bir gündə 24 cinayətin üstü “isti izlər”lə açıldı 3 İyun 2020, 15:50 Baş Prokuror kürəkənini İŞDƏN ÇIXARDI 3 İyun 2020, 15:45 Bakıda ana qızının sevgilisini bıçaqladı - Evlənmək istəmədiyi üçün 3 İyun 2020, 15:39 Toy mərasiminə qatılan 52 nəfər koronavirusa tutuldu 3 İyun 2020, 15:33 Ramil Səfərov məsələsində Azərbaycan niyə haqlıdır? 3 İyun 2020, 15:27 Rusiya prezidenti Britaniya baş nazirini  dəvətini qəbul etmədi 3 İyun 2020, 15:23