Arxiv
21 Aprel 2019, 09:49 | MƏDƏNİYYƏT
Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR

Modern.az saytı tanınmış jurnalist Ramilə Qurbanlının növbəti yazısını təqdim edir...

Mətbu orqanlarda belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə keçinib”.

Quru, ürəksiz informasiyaları sevmirəm, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur. Bu dəfə də elə oldu. Buzovnada sadə bir ailədə dünyaya gəlib Möminat xanım. Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundanmı, yoxsa xarakterinə görəmi Möminat hamıdan ərköyün və çılğın uşaq idi. Ona görə də orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən olan bu qız məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verəndə hamı bunu ərköyünlük kimi qarşıladı və reaksiya vermədilər. Dedilər, yəqin tezliklə həvəsdən düşüb özünə “düz-əməlli peşə” tapar.

Amma Möminatın bu ərköyünlüyü ötəri olmadı. Hələ orta məktəb illərində  “7 oğul istərəm” filminə o qədər baxmışdı ki, filmi əzbər bilirdi. Cəlalın (Ənvər Həsənovun-red.) dedikləri dilindən düşmürdü. Cəlalın  şəklini otağının divarından asmışdı. Hərdən bu rəsmlə söhbət edirdi. Ona demişdi ki, səninlə bir filmə çəkilmək üçün aktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələr, tənqidlər, təriflər qovluqda, Möminatın kitab dolabında layiqli yerdə dururdu. İllər keçəcək Möminat Qurbanova Ənvər Həsənovun  evinə həmin qovluqla gəlin köçəcəkdi. Amma hələ ki, buna bir neçə il var. Hələ ki, Möminat  institutun aşağı kurslarında oxuyur, Ənvər Həsənov isə ardıcıl olaraq kinolara çəkilir. 1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino sınaqları keçirirdi. Tələbə Möminat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyirdi. Sınağa gələn tələbə qızlar arasında Möminat Qurbanova Kamil Rüstəmbəyovun sərraf rejissor gözündən yayınmır. Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”,-deyə yarızarafat cavab verir. Amma hər ikisi hiss etdi ki, aktrisada əsl bəy, xan qızlarına, xanımlarına xas şahanə görkəm var. Sınaq çəkilişlərindən də Möminat qalib çıxır, Şərəfnisə roluna ən layiqli namizəd kimi.

Ənvər Həsənov danışır: “Münasibətlərimiz elə bu filmlə də başladı. Filmin çəkilişləri başa çatar-çatmaz nişanlandıq”.   1978-ci ildə institutu bitirən Möminat Qurbanovaya o vaxt hamıya verilən təyinat əvəzinə azad təyinat verilir, çünki artıq çox tanınmış aktyor Ənvər Həsənovun həyat yoldaşı idi. Ənvər Həsənov onda “Azərbaycanfilm”də çalışırdı. Ənvər isə onu daha çox evdə görmək istəyirdi:   “İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Möminatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü bir az da qısqanırdım, o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim Nigarı olmasını qəbul edə bilmirdim”. İllər keçir, artıq aktrisa olmayacağı ilə sevimli Ənvərin xətrinə razılaşmış Mömünat daha bir filmə dəvət alır. Bu dəfə dəvət deyildi, tələb idi. Ailənin dostu Şeyx Əbdül Mahmudbəyov  Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər rolunda Möminatdan başqa heç bir aktrisanı təsəvvür edə bilmirdi.

Ənvər Həsənov deyir: “Möminatın igid, ağıllı qadın görkəmi vardı. Çox ağıllı və çox şən qadın idi. Onun sayəsində ailəmizin çoxlu dostları vardı. Onun iştirak etdiyi məclislərdə kollektiv şənlik olardı. Həsən Turabovla Əbdül dedilər ki, razı olmasan, onu qaçırdıb sənsiz çəkəcəyik. Əlacım kəsildi, razılaşdım. Nəbini Həsənağa Turabov oynasa da Həcərlə olan əksər mehribançılıq səhnələrində özüm oynamışam, qrimi elə ediblər ki, hiss edilməyib. Həcərin at çapmaq səhnələrini də Möminatın təhlükəsizliyi üçün özüm oynayırdım, çünki mənim təcrübəm vardı, məharətlə at çapırdım. Bir dəfə çəkiliş vaxtı həvəslənib özü mindi ata, at da onu götürüb baş alıb getdi, yaxşı ki, qabağı divara dirəndi. Onda Möminata möhkəm acığım tutdu, elə bildim itirdim onu. Ona bir şey olsa nə edəcəyimi təsəvvürümə belə gətirə bilmirdim”.

Həcər rolunu oynayanda Möminatla Ənvərin Aytən adlı bir qızları vardı. Onlar çox övlad istəyirdilər, amma tale yalnız Aytəni bəxş etdi. İkinci uşağın dünyaya gəlməsi üçün Möminat xanım həyatını riskə qoymalı idi. Ondan olsa riskə gedərdi. Ancaq Ənvər Həsənov nəyinsə xətrinə Möminatın həyatını riskə qoymağa razı olmadı. 

“Möminat cəmi üç filmə çəkilib, üçündə də mənimlə birgə. Üçüncü film kommersiya filmi idi, hələ də ekranlara çıxmayıb. İndi sevinirəm ki, heç olmasa üç filmə çəkilib, tarixdə qalacaq o filmlərlə. Daha çox çəkilsəydi, böyük uğurlar qazanardı. İncəsənət Muzeyində çalışırdı, elmi dərəcəsi də vardı, tez bir zamanda şöbə müdiri oldu, yəni yaranışdan istedadlı, şən, fəal insan idi”.

Bir gün dostlarla birgə növbəti ailə şənliyini qeyd etmək üçün şəhər kənarına çıxmaq istədilər. Möminat xanımın 50 yaşı olurdu, dekabrın 8-i idi.  Dostları onları Nabrana dəvət etmişdilər. Razılaşmışdılar, amma nədənsə yola çıxmaq vaxtı gələndə tərəddüd etdilər. Möminat xanım axşam nə isə yuxu görübmüş, əhvalı pis imiş.   

“Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Möminat, dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Möminat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim o tüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər yuxu məni basır, gəl bir az da sən sür. Oturdum sükanın arxasına, Möminat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, Möminat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi. İndiyə qədər özümə gələ bilmirəm, yaxşı ki, qızım, nəvəm var, onlara görə yaşamalıyam”.

50 yaşı qeyd edən kimi dərhal əbədiyyətə qovuşmaq yazılıbmış taleyinə. Ənvər Həsənova isə ondan sonra “bəlkələrlə”, “kaşlarla” özünə əzab vermək. Mömünatsız bir dəqiqəsi yoxdur. Hər an düşünür, xatırlayır, müşkül suallara öz özlüyündə cavab axtarır. Tale elə gətirib ki, yeznəsi də gənc köçüb həyatdan. Qızı, Murad adlı balaca nəvəsi Ənvər Həsənovla bir yerdə yaşayır. Bir-birlərinə dəstək, dayaq olurlar. Bir də çəkəcəyi filmlərdir onun təsəllisi. Hər il dekabrın 8-i bu ailədə doğum günü ilə ölüm günü bir yerdə qeyd olunur.  Həmin tarixdə mətbuat orqanlarında belə bir informasiya getmişdi:

“Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi filan nömrə nişanlı maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə keçinib”.

Bu quru, ürəksiz informasiyaları sevmirəm, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur. Bu dəfə də elə oldu.


Ramilə Qurbanlı,
“33 pərdəli dram” 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58 Zidan özünütəcrid qaydalarını pozdu 24 May 2020, 22:45 Rusiyada azərbaycanlı vəhşicəsinə qətlə yetirildi 24 May 2020, 22:29 Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı 24 May 2020, 22:15 Gəncə sakini bıçaqlandı 24 May 2020, 21:59 TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verdi - FOTO 24 May 2020, 21:51 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 24 May 2020, 21:46 Türkiyədə daha 32 nəfər koronavirusdan öldü 24 May 2020, 21:31 Şahmat üzrə dünya çempionatı təxirə salındı 24 May 2020, 21:20 Yaponiyada COVİD-19-a yeni yoluxma halları artıb 24 May 2020, 21:06 Bu ölkədə koronavirusdan ölü sayında ən aşağı göstərici 24 May 2020, 20:50 Karantin yataqxanaları tamamilə boşaldıldı 24 May 2020, 20:36 Bərdədə minik maşını yandı 24 May 2020, 20:26 Ərdoğanın şeir oxuması böyük maraq doğurdu - VİDEO 24 May 2020, 20:14 Paşinyanın bayram təbrikinə Azərbaycan XİN-dən CAVAB: Riyakarlığın ən yüksək səviyyəsidir 24 May 2020, 20:03 Bir şəklin TARİXÇƏSİ: 23 yaşlı Məhəmməd Əmin və “Nicat”... 24 May 2020, 19:20 Təbrik XƏSTƏLİYİ 24 May 2020, 18:50 İranda daha bir zəlzələ - yaralılar var 24 May 2020, 18:05 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilir 24 May 2020, 17:58 ABŞ-ın Almaniyadakı səfiri istefaya hazırlaşır 24 May 2020, 17:48 Yunanlar türk yaxtasına atəş açdı- Akardan sərt açıqlama 24 May 2020, 17:37 Dünyanın ən təhlükəsiz ölkələri bəlli oldu 24 May 2020, 17:24 Məni devirmək istəyirdilər - Netanyahu məhkəmə önündə 24 May 2020, 17:16 COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürüldü 24 May 2020, 17:08 Hollivud ulduzları sosial şəbəkədən 1 günlük imtina edəcəklər 24 May 2020, 16:58 “Nu poqodi” cizgi filmi müasir üslubda hazırlanır 24 May 2020, 16:49 “Lufthansa” beynəlxalq uçuşları bərpa edir   24 May 2020, 16:40 Azərbaycanda koronavirus STATİSTİKASI: 4122 yoluxma, 2607 sağalma 24 May 2020, 16:28