Modern.az

General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi

General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi

21 Aprel 2019, 18:03

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 1-ci rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının, hərbi nizam-intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cari ilin 3 ayı ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü