Arxiv
22 Aprel 2019, 13:16 | AKTUAL
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə SOCAR Forumu başladı  

 

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 4-cü SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu başlanıb.

 

Modern.az xəbər verir ki, forumun açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən Forumun keçirilməsinin artıq ənənəvi hal aldığını və bu tədbirin Xəzər regionunun neft təqvimində ən mühüm hadisə olduğunu bildirib.

 

Forumun ayrı-ayrı regionları və şirkətləri təmsil edən mütəxəssislərə Xəzər regionu və Mərkəzi Asiyada neft-qaz sənayesinin başlıca inkişaf istiqamətləri, eləcə də ticarət, logistika, neft emalı və neft-kimya sahələrində ən böyük beynəlxalq layihələr barədə informasiya mübadiləsi, habelə region ölkələrindən olan həmkarlar və tərəfdaşlarla birgə mövcud əməkdaşlığın möhkəmlənməsi və yeni işgüzar əlaqələrin qurulması üçün geniş imkanlar təqdim etdiyini söyləyən rektor tədbirin Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının işıqlandırılması üçün unikal bir platforma olduğunu vurğulayıb.  

 

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, BP AGT regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezident Bəxtiyar Aslanbəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Ukrgasvydobuvannya şirkətinin kommunikasiyalar üzrə direktoru Volodimir Gaidaş Forum barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşərək Forumun gedişatına uğurlar arzuladılar.

 

Xatırladaq ki, 2016-cı ildən etibarən hər il təşkil olunan Forumda bu il 20-dən artıq ölkədən      300-ə qədər nümayəndə, o cümlədən Xəzər və Mərkəzi Asiya regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika strukturlarının, həmçinin aparıcı yerli və beynəlxalq şirkətlərin top menecerleri, sahəsinin öndə gedən ekspertləri, analitiklər, diplomatik korpus nümayəndələri və digər çoxsaylı mütəxəssislər iştirak edirlər. İştirakçılar Azərbaycanın neft-qaz sənayesinin inkişafı, Xəzər regionu və Mərkəzi Asiyada neft və qaz bazarları, karbohidrogenlərin logistika və tranzit potensialı, başlıca ixrac marşrutları, xam neft və neft məhsullarının ticarət dövriyyəsi, neft emalı və neft-kimya müəssisələrinin modernizasiyası, neft və qaz emalı sahəsində innovativ texnologiyalar və bir çox digər sahələrdə çoxsaylı məruzələr və ekspert rəyləri ilə tanış olmaq imkanı əldə edirlər. Forum iştirakçılarının həmçinin SOCAR Karbamid, SOCAR Metanol, SOCAR Polimer zavodlarına və Səngəçal Neft Terminalına səfərləri nəzərdə tutulub.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyevin İtaliyaya səfəri başa çatdı - FOTO 23 Fevral 2020, 00:46 Sumqayıtda uşaq dəm qazından boğularaq ölüb 23 Fevral 2020, 00:36 İlham Əliyev  Mehriban Əliyeva ilə birlikdə Müqəddəs Pyotr Kilsəsi ilə tanış oldular - FOTOLAR 23 Fevral 2020, 00:17 Azərbaycana 60 min kiloqram qurban əti göndərildi   23 Fevral 2020, 00:06 Bakıda "Niva"dan düşüb bir nəfəri güllələdilər 22 Fevral 2020, 23:47 Daha  bir ölkədə koronavirus həyəcanı 22 Fevral 2020, 23:39 “Ermənistan regionda destruktiv siyasət yürüdür” - İlham Əliyev 22 Fevral 2020, 23:21 Koronavirusun dünyaya yayılma sürəti artıb 22 Fevral 2020, 23:16 Prezident Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB 22 Fevral 2020, 22:57 Sumqayıtda 36 yaşlı şəxsin meyiti tapıldı 22 Fevral 2020, 22:44 Haftarın yüzə yaxın əsgəri məhv edilib 22 Fevral 2020, 22:30 "Patriot" sistemləri yenidən Türkiyədə 22 Fevral 2020, 22:13 Polislərin etiraz aksiyaları davam edir 22 Fevral 2020, 21:56 Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldu - FOTO 22 Fevral 2020, 21:41 Messi poker etdi, “Barselona” zirvəyə qalxdı   22 Fevral 2020, 21:29 Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırıldı 22 Fevral 2020, 21:19 "Könüllülər İli" gənclərin fərdi inkişafına təkan verəcək - Umud Mirzəyev 22 Fevral 2020, 21:07 Azərbaycan Böyük Dəbilqədə ilk medalını qazandı 22 Fevral 2020, 21:02 Bakıda azyaşlılara siqaret satanlar cərimələndi 22 Fevral 2020, 20:47 Türkiyə daha bir şəhid verdi - FOTO 22 Fevral 2020, 20:34 Güney Azərbaycanda Xocalı ilə bağlı kampaniya 22 Fevral 2020, 20:16 Daha bir oyun koronavirusa görə təxirə salındı 22 Fevral 2020, 20:01 Məzahir Pənahov: “Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər” 22 Fevral 2020, 19:20 Yeni seçilən deputatların SİYAHISI 22 Fevral 2020, 19:14 MSK Naxçıvandakı bu dairədən şikayəti müzakirə etdi 22 Fevral 2020, 19:10 Elza Seyidcahanın seçkilərdən şikayətinə BAXILMADI - SƏBƏB 22 Fevral 2020, 19:04 MSK bu dairələrdən şikayətləri geri qaytardı 22 Fevral 2020, 18:56 Yasamalda namizəd 28 məntəqədə nəticələrin ləğvini tələb edib 22 Fevral 2020, 18:49 Tahir Rzayevin dairəsində də məntəqənin nəticəsi ləğv edildi 22 Fevral 2020, 18:38 İranda koronavirusa görə məktəblər bağlandı 22 Fevral 2020, 18:33 Şəhid hərbçimizin ölümündən əvvəl çəkilən son FOTOSU 22 Fevral 2020, 18:25 Məhkəmə Neftçalanın icra başçısı və digərlərilə bağlı QƏRAR VERDİ 22 Fevral 2020, 18:20 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik etdi 22 Fevral 2020, 18:15 MSK-da Elman Nəsirov MÜZAKİRƏSİ 22 Fevral 2020, 18:08 Berlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLAR 22 Fevral 2020, 18:00