Arxiv
22 Aprel 2019, 15:24 | AKTUAL
ABŞ səfiri Dillər Universitetində olub  

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb. Səfiri yeni təyinatı münasibəti ilə təbrik edən rektor Azərbaycan və ABŞ arasında olan yüksək səviyyəli ikitərəfli münasibətlər haqqında danışıb. Kamal Abdulla ümidvar olduğunu bildirib ki, Örl Litzenberqerin səyləri nəticəsində ikitərəfli əlaqələr bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən rektor xüsusi vurğulayıb ki, multikulturalizm siyasəti ölkəmizdə uğurla həyata keçirilir.

 

Modern.az xəbər verir ki, ADU-nun rektoru ABŞ səfirinə universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi haqqında məlumat verib. Ölkəmizdə fəaliyyət göstərən diplomatların “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşünü uğurlu təcrübə kimi dəyərləndirən Kamal Abdulla diplomatı mühazirə deməyə dəvət edib.

 

Örl Litzenberqer səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycanın mədəniyyəti, azərbaycanlıların qonaqpərvərliyi haqqında yüksək fikirlər səsləndirən səfir eyni zamanda Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzinin uğurlu fəaliyyətinə də toxunub: “Azərbaycan məndə olduqca xoş təəssürat yaradıb. Azərbaycanlıların qonaqpərvərliyinə heyran olmuşam. Dillər Universiteti tanınmış ali məktəbdir və bu təhsil ocağında olmaqdan çox məmnunam. Bilirəm ki, universitetdə ingilis dilinin sirlərini yaxından öyrənən, onun tədrisi ilə məşğul olan istedadlı elmi mütəxəssislər var. Sizinlə – tanınmış elm xadimi və yazıçı ilə şəxsən tanış olmaq fürsətindən şərəf duyuram. Bu görüşümüz Azərbaycan dilini öyrənmək həvəsimi bir qədər də gücləndirdi. Sizə və kollektivinizə minnətdaram ki, Bakı Amerika Mərkəzinə qucaq açmısınız. Bu, mənim və mənim ölkəm üçün çox dəyərlidir”.

 

Səfir əlavə edib ki, diplomatik fəaliyyətində tələbə mübadiləsini gücləndirməyə, mübadilə proqramlarını inkişaf etdirməyə xüsusi diqqət göstərəcək: “Bu, mənim əsas məqsədlərimdən biridir. Azərbaycanın hər yerində tələbələrin ingilis dilini öyrənməsi imkanlarını artırmaq da əsas hədəflərdən biridir. İlkin müşahidəm odur ki, azərbaycanlı gənclər ingilis dilini öyrənməyə böyük maraq göstərirlər. “Səfir saatı” layihəsində mühazirə oxumağı isə böyük məmnuniyyətlə qəbul edirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47