Arxiv
26 Aprel 2019, 17:18 | İQTİSADİYYAT
Fazil Mustafadan Fəzail Ağamalıya CAVAB: “Populizmdən yararlanmaq fikrindədir”

Fazil Mustafa, Millət vəkili

Deputat, hörmətli Fəzail Ağamalı qaz və elektrik məsələsi ilə bağlı ünvanımıza aşağıdakı iradları səsləndirib. ”Etiraf edim ki, müzakirələrdə iştirak edən peşəkar iqtisadçılarımızın və millət vəkillərinin mütləq əksəriyyəti haqlı olaraq limitin ləğv olunmasının tərafdarıdı. Deputat Fazil Mustafa və Vahid Əhmədov istisna olunmaqla. Onların Milli Məclisin plenar yığıncağında və mətbuatda doğal qaz və elektrik enerjisinin qiymətilə bağlı söylədiyi dozalı fikirlər əsassız və ölkə prezidentinin həyata keçirdiyi islahatların mahiyyətilə zidiyyət təşkil edən konyuktur mövqedi. Yetərincə savadlı və məlumatı olan hörmətli həmkarlarım ən azı “Kombi” sistemini işlədən şəhərlərimizdən, Abşeron, Quba və ölkəmizin digər rayon və kəndlərində “Ceyran peçi”lə qızdırılan evlərin 6-7 ayda qaz və elektrik enerjisinə sərf olunan maliyyə tutumunu deputat seçildikləri rayonun əhalisindən öyrənə, daha ədalətli və obyektiv mövqeyini ortaya qoya bilərdilər”. Görünür son vaxtlar ölkədə geniş yayılmış populizmdən qazanc götürmək kursundan Fəzail müəllim də yararlanmaq fikrindədir. Mən əlbəttə, onun hər hansı fikrinə hörmətlə yanaşıram və burada hansısa neqativ məna axtarmaq niyyətindən uzağam. Hətta Fəzail müəllim öz populist izahında daha da irəli gedərək qazın və işığın bütün vətəndaşları üçün ödənişsiz olmasını təklif etsəydi belə, yenə də buna bir təklif kimi normal yanaşardım. Çünki təklif irəli sürmək bir hüquqdur və bizlər də bir millət vəkili olaraq öz hüquqlarımızdan istifadə edirik. Həm də öz təklifimdə daha realist və həlli mümkün olan varianta üstünlük vermişəm ki, müvafiq qurumlar öz qərarlarında düzəliş edərkən bir neçə alternativi gözdən keçirmək imkanı əldə etsinlər. Allah etsin ki, qaz və işığı ümumiyyətlə pulsuz etsinlər, yaxud da Fəzail müəllimin arzuladığı kimi ümumiyyətlə, limiti tamamilə ləğv etsinlər, burada hay-küy qoparmaq üçün hansısa bir əsas yoxdur axı... İşdir birdən bizim söylədiyimiz realist varianta üstünlük verilərsə, (sözsüz ki, limitin tətbiq olunması barədə qərarda olduğu kimi, bu qərar da ənənəvi olaraq ölkə prezidenti ilə razılaşdırılaraq verilə bilər) o halda hörmətli Fəzail müəllim qeyd edəcəkmi ki, ölkə prezidenti öz keçirdiyi islahatların mahiyyətinə zidd qərar qəbul edilməsinə göz yumub? Əslində ölkə prezidenti bütün məsələlərə praqmatik yanaşması ilə tanınan siyasətçi olduğundan cəmiyyətdən gələn mesajları bizsiz də, Fəzail müəllimsiz də dəqiq oxuya bilir və ümid edirəm ki, vətəndaşların marağına uyğun ən doğru qərarı da verəcəkdir. Sonda vurğulamaq istərdim ki, qeyri- peşəkar iradlara rağmən bundan sonra da səsləndirəcəyim təkliflərin populizmdən uzaq, reallığa uyğun və vətəndaşların maraqlarına cavab verən formada olmasına səy göstərəcəyəm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Rövşənin öldürdüyü" deyilən qətllərin arxasından bu ad çıxdı 25 Fevral 2020, 00:08 Daha bir ölkədə koronavirus aşkarlandı 24 Fevral 2020, 23:50 Şəkidə biri azyaşlı olmaqla 4 nəfəri it dişləyib 24 Fevral 2020, 23:33 Azərbaycan nefti ucuzlaşıb 24 Fevral 2020, 23:19 Xırdalanda 18 yaşlı gənc bıçaqlandı 24 Fevral 2020, 23:03 Ağ Ev Konqresdən koronavirusa görə 1 milyard dollar istəyəcək 24 Fevral 2020, 22:39 Şəhid İbrahim Vəliyevin cənazəsi  Zərdaba gətirildi -  VİDEO 24 Fevral 2020, 22:16 Madər Musayevin dairəsi ilə bağlı şikayət təmin edilmədi 24 Fevral 2020, 21:57 İranda koronavirusdan ölənlərin sayı artdı 24 Fevral 2020, 21:53 Ləman Ələşrəfqızının şikayəti əsasında 3 məntəqədə nəticə ləğv edildi 24 Fevral 2020, 21:36 Abşeronda 64 yaşlı qadın dənizdə batdı 24 Fevral 2020, 21:24 Ucar Seçki Dairəsində iki məntəqənin nəticələri ləğv edildi 24 Fevral 2020, 21:11 İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi 24 Fevral 2020, 21:01 Sumqayıtda marşrut avtobuslarında pulsuz Wi-Fi quraşdırıldı 24 Fevral 2020, 20:46 Daha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildi 24 Fevral 2020, 20:29 MSK Azər Qasımlının şikayətini təmin etmədi 24 Fevral 2020, 20:24 AzTV-nin gənc aparıcısı sədr müavini TƏYİN OLUNDU 24 Fevral 2020, 20:06 Yeni baş direktor Əkbər Hacıyevin kadırını işdən çıxardı 24 Fevral 2020, 20:00 Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar VERİLDİ 24 Fevral 2020, 19:41 Ceyhun Məmmədovun dairəsində bir məntəqənin nəticələri ləğv olundu 24 Fevral 2020, 19:32 MSK sədri: “Məzahir Pənahovun yanında Stalin toya getməlidir” 24 Fevral 2020, 19:23 Nigar Arpadarainin dairəsində ləğv edilən məntəqələrinin sayı 7-yə ÇATDI 24 Fevral 2020, 19:14 Bəzi şagirdləri məktəbə buraxmadılar 24 Fevral 2020, 19:05 Məzahir Pənahov: “Əsgərlərin hamısının eyni namizədə səs verməsinin səbəbini deyə bilmərik” 24 Fevral 2020, 18:56 Daha bir ərəb ölkəsində koronavirus aşkarlandı   24 Fevral 2020, 18:47 MSK Naqif Həmzəyevin dairəsini ARAŞDIRACAQ  24 Fevral 2020, 18:39 Heydər Əliyev Fondu aktyorun müalicəsini üzərinə götürdü 24 Fevral 2020, 18:36 MSK Rauf Əliyevin dairəsi ilə bağlı şikayəti RƏDD ETDİ   24 Fevral 2020, 18:28 Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydı 24 Fevral 2020, 18:25 Bakıda sevgililər dəm qazından boğularaq öldü 24 Fevral 2020, 18:21 MSK-dan Nizami Cəfərovun dairəsi ilə bağlı QƏRAR - məntəqə ləğv edildi 24 Fevral 2020, 18:20 Yaranışın yeni formuluŞərq hikməti və ya “Mühəndislik fəlsəfəsi” 24 Fevral 2020, 18:14 Dünya şəhərlərində Xocalı harayı - Varşava, Haaqa, Paris, Təbriz, London… 24 Fevral 2020, 18:12 İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik etdi 24 Fevral 2020, 18:08 Maliyyə Monitorinq Xidmətinin nizamnaməsində dəyişiklik edilib 24 Fevral 2020, 18:00