Arxiv
9 May 2019, 16:50 | MƏDƏNİYYƏT
Metro haqda bilmədiklərimiz - MARAQLI

Günümüzdə ən çox istifadə olunan nəqliyyat vasitələrindən biri təbii ki, metrodur.

 

Modern.az həm Azərbaycan, həm də dünyadakı metrolar haqqında maraqlı faktları nəzərinizə çatdıracaq.

 

Metro - şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən əhalisinin sayı 1 milyondan çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür.

 

Dünyada ilk metro stansiya 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi böyük təntənə ilə qeyd edilib.

Dünyanın ən uzun metro xətləri Şanxaya məxsusdur - 538 km.

 

Paytaxtımızda metropolitenin tikilməsi ideyası onun açılışından 30 il əvvəl yaranmışdı. Tam həcmli tikinti işləri 1951-ci ildə başlayır və bir neçə ildən sonra ilk xəttin istifadəyə verilməsi planlaşdırılırdı. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası – Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanır.

Bakı Metropoliteni 1967-ci ildə "Ginnesin Rekordlar Kitabı"na Şərqdə ilk metro kimi düşmüşdür.

28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. Ölkəmizdə həmin vaxt 3 gün matəm elan edilib.

Qeyd edək ki, gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsidir.

Dünyadakı 5 metro haqında maraqlı məlumatları sizə təqdim edirik:

1.London metrosu 1863-cü ildən işləyir. Onun yollarının uzunluğu 405 kilometrdir və 270 stansiyadan ibarətdir.O, hər il 976 milyon sərnişin daşıyır. Metro şəhərətrafı dəmiryolu şəbəkəsinə birləşdirilib. London metrosunun xidmətləri arasında "Docklands Light Railway"ın də adı çəkilir - maşinistsiz, avtomatik idarə olunan qatar bu populyar yerüstü yolla hərəkət edərək turistlərə Temza çayının ətrafını nümayiş etdirir. 

 

  • Nyu-Yorkdakı metro ekspertlərin fikrincə, o, nə təmizliyi, nə də qatarların hərəkət tezliyi ilə fərqlənir. Bununla belə, yalnız dünyada yeganə Nyu-Yorkdakı metro istifadə verildiyi gündən fasiləsiz bütün sutkanı işləyir.1904-cü ilin oktyabrında metropolitenin cəmi 28 stansiyası olub. Ən çox stansiyası olan metrodur. Sayı 472-dir və həmçinin ən sürətli 7-ci metrodur. Nyu-Yorkun yeraltı dəmiryolunun maşinistləri hər gün 6 milyon çox adam daşıyırlar. Stansiyalar nadir mozaik kompozisiyalarla təchiz olunub.
  •  

  • Moskva metrosu dünyanın ən böyük və ən sürətli metrosudur. Metro 1931-ci ildə istifadəyə verilib və dizyınına görə ən gözəl metro sayılır. Qatarların sürəti saatda 120 kilometrə çatır. Hər il Moskva metrosu 3,2 milyard sərnişin daşıyır. O, 12 xətt, 172 stansiyadan ibarətdir, rels yollarının ümumi uzunluğu isə 340 kilometrdir. Metro 19 saat yarım fasilsiz işləyir.
  •  

  • Fransanın paytaxtındakı Paris metrosu “Metropoliten” adıyla məhşurdur. Avropada ən içlək metrolardandır. İlk xətti 1900-ci ildə inşa edilib. Uzunluğu 214 kilometrdir. Bu özəllikləri ilə dünyanın ən qədim və ən böyük metrolarından biridir. Metro hər gün təxminən 4.16 milyon insan tərəfindən istfadə edilir.
  •  

  • Resmi olaraq 28 may 1993 tarixində fəaliyyətə başlayan Şanxay metrosu 368 stansiya və təxmini 588 km-lik uzunluğu ilə dünyanın ən uzun metrosu adına sahibdir. Bu adı qazanmağı 2010-cu ildəki təmir işlərindən sonra oldu və bu göstəricidə 1-ci oldu. Təbii ki, ən uzun olmağına səbəb Çinin əhalinin sayında da dünyada 1-ci olmağını səbəb kimi göstərmək olar. Metro təxminən gün ərzində 12 milyon insana xidmət edir.
  •  

    Novruz NOVRUZLU

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    DİM məktəb rəhbərlərinə müraciət edib 20 May 2019, 10:40 Ermənistan ordusu hərbçisini itirdi 20 May 2019, 10:37 Yerevanda bütün məhkəmələrə giriş-çıxış bağlanıb 20 May 2019, 10:32 Problemli kreditlər – şikayətlər var... 20 May 2019, 10:24 Sənədsiz evlərə görə “əmlak amnistiyası” verilə bilər 20 May 2019, 10:19 “Rayonumuzu təmiz saxlayaq” 20 May 2019, 10:08 Yolların kənarında dayanmış yük avtomobilləri qəza şəraiti yaradır - Yol polisi hara baxır? 20 May 2019, 09:51 Nardaranda dəhşət! Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı 20 May 2019, 09:49 Ermənilər kəndlərimizi atəşə tutdu 20 May 2019, 09:48 3 ayda boşanmalar: “Bəzi kişilər qadın, bəzi qadınlarsa kişi kimidir” 20 May 2019, 09:41 Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ 20 May 2019, 09:30 Ordumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank... 20 May 2019, 09:12 İnsan alveri qurbanına çevrilmənin vasitələri hansılardır? - Təcili ZƏNG EDİN! 20 May 2019, 09:01 Zaur Darğallı Marneulinin yeni meri seçilib 20 May 2019, 08:48 Rafiq Hüseynlinin xanımına axırıncı sözü qızı ilə bağlı olub - Məşhurların son günü 20 May 2019, 08:36 Los Ancelesin azərbaycanlı şerifi 20 May 2019, 08:11 Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 AvroLiqanın finalına görə rayon maşınları üç gün Bakıya buraxılmayacaq - XƏBƏRDARLIQ 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40