Modern.az

Prorektor Elton Məmmədov kollektivə təqdim olundu - TƏYİNAT

Prorektor Elton Məmmədov kollektivə təqdim olundu - TƏYİNAT

Təhsil

13 May 2019, 17:30

Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib.

 

Bu barədə Modern.az-a AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat verib.


Elton Arzuman oğlu Məmmədov 1954-cü ildə Ucar rayonununda anadan olub. 2007-ci ildə “Maye yanacaqların istilik-fiziki xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

Hazırda AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri və “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının professor olan Elton Məmmədov 56 elmi əsərin, 3 monoqrafiyanın, 1 ixtiranın, eləcə də ali məktəblər üçün 2 dərsliyin müəllifidir.


AzTU-dan verilən məlumata görə, E.Məmmədov rus, ingilis dilərini də mükəmməl bilir.

Professor Elton Məmmədov 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

Ailəlidir, iki övladı var.


Qeyd edək ki, E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır