Modern.az

Azərbaycan və Çexiya birgə müəssisə yaradacaq

Azərbaycan və Çexiya birgə müəssisə yaradacaq

Aktual

16 May 2019, 19:50

Son illər ərzində Azərbaycan fəal iqtisadi artım nümayiş etdirir və bunun nəticəsi olaraq regionun aparıcı ölkəsi hesab olunur.

 

Modern.az-ın məlumatına görə, bunu Çexiyanın Sənayeçilər İttifaqının prezidenti Yaroslav Qanak Azərbaycan-Çexiya biznes forumunda deyib.

O qeyd edib ki, Çexiya məhz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı olmasına böyük əhəmiyyət verir:

 

"Bundan başqa, Çexiya Azərbaycanla kənd təsərrüfatı və investisiyalar sahəsində əməkdaşlıqda maraqlıdır. Məsələn, biz Azərbaycanda heyvandarlıq sahəsində tətbiq olunan aqrar qurğular inşa edə bilərik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı