Arxiv
19 May 2019, 13:28 | DİASPOR
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib  

Mayın 18-də Romada İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədrin müavini Faiq Quliyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, hazırda bu ölkədə yaşayan 40 soydaşımız iştirak ediblər.

 

Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayıb.

 

Giriş sözü ilə  çıxış edən Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, azərbaycanlı icmalardakı mövcud durum barədə ətraflı məlumat verib. O, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərindən, son dövrdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərdən, təhsil səhəsində həyata keçirilən mübadilələrdən, İtaliyanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayının artmasından danışıb.

 

Komitə sədri vurğulayıb ki, hər iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu və töhfəsi misilsizdir.

 

Bu quruma rəhbər təyin edilərkən Prezident İlham Əliyevin onun qarşısında xüsusi tapşırıqlar qoyduğunu xatırladan F.Muradov bildirib ki, bunlardan ən əsası dünyadakı azərbaycanlı icmalarla görüşmək, onların problemləri ilə yaxından tanış olmaq və dövlətin hər zaman soydaşlarımızın yanında olduğu ismarıcını çatdıqmaqdır.

 

Komitə sədri deyib ki, 50-dən çox ölkədə diaspor təşkilatları fəaliyyət göstərir və artıq bir çox ölkələrdə icmalarımız daha səmərəli fəaliyyət göstərmək məqsədilə Koordinasiya Şuraları yaradıblar. İtaliyada yaşayan azərbaycanlılara Diaspor Komitəsinin hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayan F.Muradov soydaşlarımızın, o çümlədən toplantı iştirakçılarının bu ölkədə hansı çətinliklərlə üzləşdikləri ilə maraqlanıb.

 

Azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib və Romada bu cür tədbirin keçirilməsinə görə komitə rəhbərliyinə təşəkkürünü bildirib. O, soydaşlarımızı ictimai-siyasi və mədəni həyatda fəal olmağa, səfirliklə sıx əməkdaşlıq etməyə çağırıb.

 

Konsul Sərxan Ağakişiyev isə sənədləşmə problemləri yaranarkən və hər hansı çətinliklə qarşılaşarkən soydaşlarımıza dərhal səfirliyə müraciət etməyi təklif edib.  

 

Daha sonra Komitənin fəaliyyətinə həsr olunmuş promo, infoqrafik və "Vətən uzaqda deyil" video-carxları təqdim olunub.

 

Toplantı iştirakçıları çıxış edərək fikirlərini bölüşüblər, dövlətin diqqət və qayğısına görə minnətdarlıqlarını bildiriblər. Onlar İtaliyada da azərbaycanlıların Koordinasiya Şurasının yaradılması fikrinə tərəfdar olduqlarını bildiriblər.

 

Sonra səsvermə yolu ilə Koordinasiya Şurası təsis olunub. Koordinasiya Şurasının Milan üzrə əlaqələndiricisi Bahar Yusifzadə, Roma üzrə əlaqələndiricisi Fərid Abbasov, Malta üzrə əlaqələndiricisi Leyla Cavadova seçiliblər.  

 

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək 18 Noyabr 2019, 17:32 “İmkanı olan da, olmayan da vergiləri ödəmir” - səlahiyyəti olub, pulu olmayan bələdiyyələr 18 Noyabr 2019, 17:30 Vüqar Kərəmovdan möhtəşəm qələbə - Video 18 Noyabr 2019, 17:28 Mirzə Cəlilin heykəli Bakının harasında qoyulacaq? 18 Noyabr 2019, 17:26 Manatın sabaha olan MƏZƏNNƏSİ 18 Noyabr 2019, 17:21 Rektor jurnalistə yüksək vəzifə verdi 18 Noyabr 2019, 17:15 İcra başçısı bacısı oğlunu köməkçi götürüb? - Rəsmi AÇIQLAMA 18 Noyabr 2019, 17:08 Paytaxtda küçədən qadın meyiti tapıdlı 18 Noyabr 2019, 16:59 ATƏT Belarusdakı parlament seçkilərini tanımadı 18 Noyabr 2019, 16:48 Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi 18 Noyabr 2019, 16:45 Alman polisinin saxladığı Əlövsət Əliyevdən xəbər var 18 Noyabr 2019, 16:40 Gürcüstanda etirazçılara yarım saat vaxt verildi 18 Noyabr 2019, 16:34 Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb 18 Noyabr 2019, 16:25 Prezident Vasif Talıbovu qəbula çağırdı: “Hansı işlər görülüb? Məruzə edin 18 Noyabr 2019, 16:23 Jurnalist Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” kitabı ÇAP OLUNDU 18 Noyabr 2019, 16:18 Gəncə Serbiyanın Novi Sad şəhəri ilə qardaşlaşdı - FOTO 18 Noyabr 2019, 16:02 Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT 18 Noyabr 2019, 15:55  Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib - Sahibə Qafarova  18 Noyabr 2019, 15:48 Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR 18 Noyabr 2019, 15:41 Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ 18 Noyabr 2019, 15:35 “ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub   18 Noyabr 2019, 15:30 Azərbaycan tolerantlıq məkanıdır 18 Noyabr 2019, 15:23 Xəzər dənizində bir neftçi batıb - HADİSƏ 18 Noyabr 2019, 15:18 İcra başçısı Qırıxlı kəndinin sakinləri ilə görüşüb - FOTO 18 Noyabr 2019, 15:15 DOST 50 mininci vətəndaşa xidmət etdi 18 Noyabr 2019, 15:07 Zahid Orucun təşkilatı ali məktəblərə qəbulla bağlı araşdırma aparıb 18 Noyabr 2019, 15:00 Ukrayna münaqişəsi ilə bağlı 4 ölkə lideri görüşəcək 18 Noyabr 2019, 14:52 Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı AÇIQLAMA 18 Noyabr 2019, 14:45 Son iki günün dəhşətli yol qəzaları: 12 nəfər ölüb, 5 nəfər yaralanıb 18 Noyabr 2019, 14:38 Qida Təhlükəsizliyi Agentliyindən “Şahənşah” restoranındakı zəhərlənməyə REAKSİYA 18 Noyabr 2019, 14:31 Cəlilabadlı müəllimin ölüm səbəbi AÇIQLANDI 18 Noyabr 2019, 14:26 “DSMF-yə 5 milyard vəsait ayrılır, amma icrası müzakirə edilmir” - Vahid Əhmədov 18 Noyabr 2019, 14:25 Paşinyandan “Qarabağ klanı”na daha bir ZƏRBƏ 18 Noyabr 2019, 14:20 Tofiq Yaqublu azadlığa buraxılıb 18 Noyabr 2019, 14:17 Fuad Qəhrəmanlının məhkəməsi təxirə salındı  18 Noyabr 2019, 14:05