Modern.az

“Gənc musiqiçilərin Respublika festivalı”nın yekunu

“Gənc musiqiçilərin Respublika festivalı”nın yekunu

22 May 2019, 12:12

2019-cu il 20 may tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Hacıbəyovlar sülaləsinin iki görkəmli nümayəndəsi Soltan Hacıbəyovun 100 və onun oğlu İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş Respublika festivalına yekun vuruldu.

Azərbaycanın 16 şəhər və rayonlarından 160-a qədər gənc musiqişi iştirak etmişdir. Onlar üç yaş qrupu və iki nominasiya – fortepiano və vokal üzrə çıxış ettmişlər.

Hazırki tədbirin həyata keçirilməsində direktor və festivalın bədii rəhbəri professor Tərlan Seyidov başda olmaqla BMA-nın məktəb-studiyasının kollektivi böyük iş aparmışdır. Öncədən BMA-nın və Mədəniyyət Nazirliyinin saytlarına Soltan və İsmayıl Hacıbəyovların notları yerləşdirilmişdir. Festivalda iştirak edən musiqiçilər BMA-nın və məktəb-studiyanın aparıcı müəllimlərindən məsləhətlər almışlar. Dəqiq təşkilatçılıq və lazımi professional kömək sayəsində festival iştirakçıları Soltan və İsmayıl Hacıbəyovların nadir və çoxdan ifa olunmayan əsərlərini ifa etmişlər.

BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilən 13 iştirakçı müsabiqənin laureatı adına layiq görülmüşdür.

 

Birinci yaş qrupunda:

 

fortepiano

Abasova Fatimə (Ceyranbatan, Uşaq İncəsənət Məktəbi),

Hüseyinzadə Fatimə (Bakı, R.Behbudov adına 2 №-li Musiqi Məktəbi),

Ağalar Davud (Bakı, BMA-nın məktəb-studiyası),

Haşımzadə Seyran (Sumqayıt, S.Rüstəmov adına 3 №-li Uşaq İncəsənət Məktəbi),

Parxomenko Polina (Bakı, R.Behbudov adına 2 №-li Musiqi Məktəbi),

Əsgərli Leyla (Göyçay, A.Məmmədov adına Uşaq Musiqi Məktəbi),

Əliyeva Solmaz (Bakı, 3 №-li Uşaq İncəsənət Məktəbi)

və vokal

Carçılı Aslan (Bakı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi).

 

İkinci yaş qrupunda:

 

fortepiano

Hüseynli Nərmin (Sumqayıt, Musiqi Kolleci),

Muradov İskəndər (Sumqayıt, Musiqi Kolleci),

Bədəlli İlqar (Gəncə, Musiqi Kolleci).

 

Üçüncü yaş qrupunda:

 

fortepiano

Məsimov Nəriman (Sumqayıt, Musiqi Kolleci)

və vokal

Aslanova Safura (Bakı Musiqi Akademiyası).

 

İştirakçılardan 39 nəfəri diplomant adını qazandı.

 

Festivalın yekununda təbrik nitqi ilə BMA-nın Birinci prorektoru, professor Nərminə Quliyeva və Azərbaycanın xalq artisti professor Xuraman Qasımova çıxış etmişlər. Daha sonra məktəb-studiyanın Uşaq Musiqi Teatrının hazırladığı Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operasının yeni versiyasının tamaşası təqdim olundmuşdur (rejissor Elvin Mirzəyev, xormeyster Ofeliya Axundova, konsertmeyster Firuzə Nəcəfli, solo fleyta Rəşad Abdullayev, nağara Fikrət Rəhimov). Bir neçə il əvvəl bu operanın klaviri BMA-nın məktəb-studiyası tərəfindən bərpa olunub nəşr edilmişdir. Parlaq və rəngarəng tamaşa, solisltlər və xorun uca səsləri, maraqlı rəqslər, gənc artislərin əlvan geyimləri tamaşaçılar tərəfindən coşqulu alqışlarla qarşılandı.

Festivalı tamamlayan uşaq operası, görkəmli musiqiçilər – Nərminə Quliyeva, Xuraman Qasımova, Nəzakət Rimazi, Tərlan Seyidov, Elnarə Məmmədova, Nərgiz Mansurova, Ayşə Əliyeva, Ülviyyə Hacıbəyova – tərəfindən mükafatlandıran laureat və diplomantlar və 13 gənc laureatın çıxışları maraqlı festivalın layiqli yekunu olmuşdur.

 

Elmira MUSTAFAYEVA

Üzeyir Hacıbəyli adına BMA-nın

Orta ixtisas musiqi məktəb-studiyasının

böyük elmi işçisi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir