Arxiv
24 May 2019, 11:29 | AKTUAL
“Ermənistanda peşəkar siyasətçilər yoxdur” – Siyavuş Novruzov

“Ermənistan özünü müstəqil dövlət elan etsə də elə deyil. Onlar hansısa dövlətin yedəyində gedirlər”.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.

 

Deputatın sözlərinə görə, bu gün Cənubi Qafqazda, eləcə də postsovet məkanında və Avropada az-az müstəqil dövlət var, onlardan biri də məhz Azərbaycandır: “Ermənistan nə xarici, nə də daxili siyasətində, nə iqtisadi-sosial siyasətində müstəqil hər hansı addım ata bilmir. Ona görə də orada keçirilən seçkilər zamanı və ondan əvvəlki dövrlərdə Ermənistanın vəziyyətinin günü-gündən ağırlaşdığı dəfələrlə proqnozlarda qeyd olunurdu. Aparılan tədqiqatlar göstərir ki, ildə 100 mindən çox insan Ermənistanı tərk edir, heç bir müəssisə və təşkilat orada fəaliyyətini davam etdirmir”.

 

S.Novruzov qeyd edib ki, orada sosial vəziyyət acınacaqlıdır: “Orduda qarşıdurma var və bu daha da dərinləşib. Eyni zamanda siyasi rəhbərlikdə də qarşıdurma var. Regionlararası münasibətlər də bir-birinə qarışıb. Bu baxımdan Ermənistanda seçki öncəsi verilən vədlərin heç 1%-i də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək. Çünki orada peşəkar siyasətçilər və işi bilənlər yoxdur. Təxminən, Azərbaycanın ötən əsrin 90-cı illərindəki vəziyyəti xatırlanır ki, kimi gəldi müxtəlif vəzifələrə təyin edirdilər. Populyarlıq da cəmi bir-iki ay çəkir. Ona görə də popilizmlə heç bir məsələni idarə etmək olmaz. Çünki ortada real iş olmalıdır. Bu da yoxdur. İlkin dövrdə bir az imkanlı şəxslərin vəsaitlərini müsadirə etməklə bir neçə ay bunu tənzimləməyə çalışdılar. Ancaq indi bu da yoxdur”.

 

O vurğulayıb ki, hazırda Ermənistanın xarici siyasəti də bərbad vəziyyətdədir:

 

“Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə də Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir. Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideynlər öz uşaqlarını Azərbaycan ərazisində xidmət etməyə göndərmirlər. Sual qoyurlar ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə uşaqlarımızın nə işi var?! Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb". 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? 20 Sentyabr 2019, 18:30 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55 Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL 20 Sentyabr 2019, 17:54 Ceyhun Bayramov Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşdü 20 Sentyabr 2019, 17:51 Deputat əsasnamə imzaladı 20 Sentyabr 2019, 17:47 İntizam Komissiyasının katibi deputat vəsiqəsinin girov qoyulmağını QINADI 20 Sentyabr 2019, 17:44 Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM 20 Sentyabr 2019, 17:41 Tacikistan nümayəndə heyəti “AzerGold”da olub 20 Sentyabr 2019, 17:35 Pompeo İlham Əliyevə məktub yazdı 20 Sentyabr 2019, 17:29 İlham Əliyev neftçiləri təbrik etdi 20 Sentyabr 2019, 17:25 Firudin Qurbanov Şamaxıda müraciətləri dinlədi 20 Sentyabr 2019, 17:20 “Azərişıq”Cənub regionunda yenidənqurma işlərini davam etdirir 20 Sentyabr 2019, 17:16 Özü şəhid oldu, 3 qardaşı veteran - Abdal-Gülablı dağlarında dolaşan ruh 20 Sentyabr 2019, 17:13 Kamal Abdulla Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb 20 Sentyabr 2019, 17:02 Zəhərli maddələri yandıran şəxs cərimələndi 20 Sentyabr 2019, 16:58 Müdafiə NazirliyinKollegiya iclası - Zakir Həsənov Prezidentin tapşırılarını diqqətə çatdırdı 20 Sentyabr 2019, 16:39 BƏƏ-də keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb 20 Sentyabr 2019, 16:23 Azərbaycana qar yağacaq - İstirahət günlərinin HAVASI 20 Sentyabr 2019, 16:18 Beynəlxalq Bankın nümayədələri Bakı Mühəndislər Universitetində 20 Sentyabr 2019, 16:11 Gəncədə həlak olan ikinci polisin də ailəsi Prezidentə ünvanlanmış müraciətə QOŞULDU 20 Sentyabr 2019, 16:08 Naqif Həmzəyev seçiciləri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 16:02 Şairlik Yaradandan payıdı Musa Yaqubun 20 Sentyabr 2019, 15:58 Bakının ərəb turistləri - FOTOSESSİYA 20 Sentyabr 2019, 15:55 Deputat vəsiqəsini girov qoymaq hansı məsuliyyəti yaradır? - AÇIQLAMA 20 Sentyabr 2019, 15:47 Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib 20 Sentyabr 2019, 15:30 “Nar”ın baş sponsorluğu ilə intellektual yarış start götürür 20 Sentyabr 2019, 15:24 Nərimanovda narkotacir tutuldu - FOTOLAR 20 Sentyabr 2019, 15:22 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 15:08 Yol polisi Bakıda qayda pozan piyadaları SAXLAYIB 20 Sentyabr 2019, 14:55 Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib 20 Sentyabr 2019, 14:46 YAP Binəqədi Neft Daşlarına ekskursiya təşkil etdi 20 Sentyabr 2019, 14:44