Modern.az

 I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub

 I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub”

24 May 2019, 13:06

Bu günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV qruplar üzrə keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Nəticələrə görə ölkədə I qrup üzrə qəbul imtahanında maksimal bal (400) toplamış, ümumi balı 665 olan, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin məzunu Tofiq Müxtəsərovla müsahibəni sizə təqdim edirik.


Qəbul imtahanı haqqında təəssüratlarınız necədir?

- Əvvəlki illərin qəbul imtahanı sualları ilə müqayisədə builki qəbul sualları daha çətin idi. Xüsusilə fizikadan düşən suallarda çətinlik vardı, riyaziyyat və kimyadan düşən suallar daha rahat idi. Tanıdığım abituriyentlərin çoxu fizikadakı suallarda çətinlik çəkib və balları aşağı düşüb. Ümumiyyətlə, bu ilki suallar abituriyentlərdən daha çox diqqət tələb edirdi.

Abituriyentlər qəbul imtahanında yaxşı nəticə göstərmək üçün nələrə fikir verməlidir?

- Əsas məsələ sistemli, ardıcıl olmaq və vaxtı düzgün bölməkdir. Bir də abituriyentlər gərək oxu materiallarını davamlı və rejimlə oxuyub həzm eləsin. Burda ən vacib məsələ odur ki, oxu materiallarını qavrayanda beyin yüklənməməlidir. Beyin rahat olanda fənlərdəki bilikləri daha asanlıqla anlayırsan.

Bakı Ali Neft Məktəbi (BANM) haqqında hansı mənbədən məlumat almısız?

- Əsasən şəxsi əlaqələrim rol oynayıb. BANM-da oxuyan, şəxsən tanıdığım tələbələrdən orada yaxşı təhsil haqqında eşitmişdim. Bundan həvəslənib qərara gəlmişdim ki, yüksək bal yığıb sənədlərimi Ali Məktəbə təqdim edim.

Bakı Ali Neft Məktəbini niyə seçmək istəyirsiz?

- Mən əsasən ingilis dilində təhsil almaq istəyirəm. BANM-da ingilis dilli təhsil keyfiyyətlidir, üstəlik Ali Məktəbin ikili diplomlu proqramları haqında eşitmişəm, həmçinin BANM BP, SOCAR kimi böyük şirkətlərlə əməkdaşlıq edir. Yəni Ali Məktəb gələcək təhsilim və inkişafım üçün perspektivli təhsil ocağı təsiri bağışlayır. Neft-qaz, kimya mühəndisliyi və informasiya təhlükəsizliyi sahələri diqqətimdədir. Hələlik konkret ixtisas seçimi edə bilməmişəm, amma BANM-da oxumaqda qərarlıyam.

Gələcək hədəfləriniz nədir?

- Hələlik gələcək üçün əsas hədəfim BANM-da ingiliscə bakalavr təhsili almaqdır, daha sonra xaricdə magistratura təhsili haqqında planlarım var.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi