Modern.az

İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ

İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ

Hadisə

27 May 2019, 12:09

Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasında kadr dəyişikliyilə bağlı məlumat təsdiqlənib.

İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorundan Modern.az-a verilən məlumata görə, komissiyanın sədri Xalidə Bayramova vəzifəsindən azad olunub. Onun yerinə Hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyinat alıb.

Qeyd edək ki, X.Bayramova hazırda Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsini icra edir.

Onun vəzifədən uzaqlaşdırılmasının 162 saylı orta məktədə oxumuş Elina Hacıyevanın intiharı ilə bağlılığı olduğu iddia edilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı