Modern.az

AvroLiqanın Bakı finalının baş hakimi - DOSYE

AvroLiqanın Bakı finalının baş hakimi - DOSYE

29 May 2019, 12:54

Bu gecə Bakı Olimpiya stadionunda Avropa Liqasının final görüşü - “Arsenal- Çelsi” matçı keçiriləcək. Oyunda baş hakim - FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli və Lorenzo Manqanelli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.  Görüşdə əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq. Ona bu işdə həmyerlisi Marko Quida və Polşadan olan Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundan kənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq. 

Təbii olaraq oyunu idarə edəcək baş hakimin karyerası hər bir futbol azerkeşinə digər hakimlərdən daha çox maraqlıdır.

 

Qeyd edək ki, Rokki ilk dəfə Avropa Liqasının finalında əsas hakim olacaq.

Modern.az saytı italiyan baş hakimin karyerasına nəzər salıb.

 

Canluka Rokki 1973-cü il avqustun 25-də İtaliyanın Florensiya şəhərində həyata göz açıb. Hazırda 45 yaşı var və 2008-ci ildən FİFA hakimidir. Hakimliyə 1990-cı ildə başlayıb. 2000-ci ildə İtaliyanın sayca 3-cü liqası olan Seriya C-də 38 oyuna təyinat alıb. 2010-cu ildə Seriya A və Seriya B oyunlarını idarə edib. 2008-2009 mövsümündə UEFA Avropa Liqası, 2010-2011-cil ildən etibarən Çempionlar Liqası oyunlarına təyinat alır. 
Avro 2012-nin seçmə mərhələsində 3 oyun idarə etdikdən sonra 2012-ci ildə Yay Olimpiya Oyunlarına dəvət alıb. O, 2018-ci ildə Dünya Çempionatının final mərhələsində bəzi oyunları idarə edib.

 

Rokkinin idarə etdiyi vacib görüşlər:

2013-ci il 18 avqust: İtaliya Superkuboku - “Yuventus” - “Latsio” 4-0.

2016-cı il 21 may: İtaliya Kuboku - “Milan” - “Yuventus” 0-1

2017-ci ilin iyulu: UEFA Super Kuboku - “Real Madrid” - “Manchester Yunayted” 2-1

 

Bu mövsümdə idarə etdiyi Çempionlar Liqasının matçları:

 “Qalatasaray” - “Lokomotiv Moskva” - 3-0

 “Benfika” - “Ayaks” - 1-1

“Lion” - “Mançester Siti” - 2-2

“Liverpul” - “Bavariya” - 0-0

“Mançester Yunayted” - “Barselona” - 0-1

 

 “Çelsi”-“Arsenal” görüşü saat 23:00-da başlayacaq.

 


Novruz NOVRUZLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır