Arxiv
4 İyun 2019, 15:53 | İQTİSADİYYAT
Oqtay Əsədovun şikayəti ilə bağlı araşdırma aparılıb

Milli Məclisin mayın 31-də keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib. O.Əsədov bununla bağlı vergilər naziri Mikayıl Cabbarova müraciət edib.


Spiker deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: “Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq?”.


Məsələyə münasibət bildirən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayı azalaraq, 80 mindən 67  minə düşüb. Nazir müavini deyib ki, ölkəmizə gələn turistlərin sayı artır. Amma onlar POS-terminalları görməyəndə pul xərcləyə bilmir. Biz artıq beynəlxalq tədbirlər keçirən ölkəyik. Nə üçün bu problemlər olmalıdır? Bu çatışmazlığı qısa müddətdə həll etməliyik”.

 

Məsələyə dair araşdırma aparan “İstehlakçilarin maarifləndirilməsi və hüquqlarının müdafiəsi” ictimai birliyinin sədri, iqtisadiçı ekspert Azər Sərdarov Modern.az-a bildirib ki, bu, qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafı, həm də kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi baxımdan vacibdir:

“Hələ də bir sıra satış və xidmət obyektlərində plastik kartların istifadə edilməsində problemlər qalır. Problem ondadır ki, plastik kart sahibləri bəzi xidmət məntəqələrində, xüsusən də bir sıra kafe  və restoranlarda plastik kart vasitəsi ilə ödəniş etmək istəsələr də, onların kartı “POS-terminalın işləməməsi”, “bankla distant əlaqənin olmaması” kimi fərqli bahələrlə qəbul edilmir”.

 

Rəhbərlik etdiyi birlik tərəfindən aparılan monitorinqin nəticələrinə toxunan A. Sərdarov deyib ki, market və ictimai iaşə obyektlərində, eləcə də tikinti mallarının satış yerlərində POS-terminalların olmasına baxmayaraq, ödənişlər əksər hallarda nağd olaraq tələb edilir:

“Monitorinq nəticəsində bəlli olub ki, həmin obyektərin sahibləri POS-terminallardan istifadə edilməməsi səbəblərini ödəniş kartları ilə işləməyin əlavə çətinliklər yaratması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, işçi əmək haqqını gündəlik və nağd istəyir, obyektin sahibi icarə pulunu nağd istəyir, gündəlik bazarlığa, kommunal və izafi xərclərə  nağd pul tələb olunur, banklar "nağdlaşdırma" əməliyyatına məhdudiyyət tətbiq edir və əlavə olaraq 1% komissiya tutur”.

İqtisadçının sözlərinə görə, bu arqumentlər heç bir halda qəbul edilən deyil:

“Əksinə, belə hallar “Nağdsız hesablaşmalar haqqında”  və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikasının qanunlarını pozmaq deməkdir. Sizdən bank kartını qəbul etməyib nağd pulla ödəmək tələb edilirsə,  dərhal Vergilər Nazirliyinin 195 Çağırı Mərkəzinə məlumat  verməlisiniz. Bu baxımdan öz yaxınlarınıza həmin obyektlərə getməməyi tövsiyə etməyinizə və bununla belə hər hansı obyektin xidmətlərindən istifadə etmək istədiyinizdə ilk növbədə nağdsız ödəniş yolu ilə hesablaşacağınızı əvvəlcədən bildirməyinizə ehtiyac var”.

Ekspert həmçinin, qanunvericiliyə dəyişikliklər edilməsi və POS-terminallardan istifadə olunmamasına görə məsuliyyətin ağırlaşdırılmasını da təklif edib. Onun təklifinə görə, plastik kartlar qəbul etməkdən imtina edən sahibkarlıq subyektləri üçün xüsusi cərimlərin də müəyyənləşdirilməsinə ehtiyac var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda magistralda avtomobil yanır, tıxac var 17 Avqust 2019, 14:42 Xocəsən poçt şöbəsində hücum – yaralanan var 17 Avqust 2019, 14:16 Polisdən AÇIQLAMA: Nəzarətsiz uşaqların oğurlanması halları var 17 Avqust 2019, 13:54 Sentyabrda kirayə evlər bahaşacaq 17 Avqust 2019, 13:31 Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi 17 Avqust 2019, 13:28 Oğuzda mübahisə qətllə nəticələnib 17 Avqust 2019, 13:16 "28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb 17 Avqust 2019, 12:55 Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR 17 Avqust 2019, 12:44 Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir 17 Avqust 2019, 12:24 MTN eyni silahlarla həm sabiq naziri, həm də jurnalisti şərləyib - Vəkil yeni sirlər açdı - II YAZI 17 Avqust 2019, 12:14 Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 17 Avqust 2019, 12:01 Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD 17 Avqust 2019, 11:55 Kamerun, Nigeriya və Konqonun qadın siyasətçiləri Qarabağ haqda məlumatlandı 17 Avqust 2019, 11:53 Sabah 40 dərəcə isti olacaq 17 Avqust 2019, 11:42 Mehmanxana yandı, 8 nəfər can verdi 17 Avqust 2019, 11:39 Tramp bank rəhbərlərini təcili iclasa çağırdı 17 Avqust 2019, 11:21 “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” – Arıçı təbii balın sirlərini AÇDI 17 Avqust 2019, 11:02 Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA 17 Avqust 2019, 10:52 Avtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb 17 Avqust 2019, 10:35 Polis dövlətin ən etibarlı dayağıdır 17 Avqust 2019, 10:31 İstanbulda partlayışda ölən var 17 Avqust 2019, 10:11 Göyçay, Ucar və Zərdabda qaz olmayacaq 17 Avqust 2019, 09:52 Ermənilər cəbhədə snayperləri işə saldı 17 Avqust 2019, 09:33 İstirahət günlərinin havası AÇIQLANDI 17 Avqust 2019, 09:15 İldırım 5 nəfərin həyatına son qoydu 17 Avqust 2019, 09:06 Qarabağın azərbaycanlı icmasının səsi necə eşidilir? - Üç deputatın MÖVQEYİ 17 Avqust 2019, 08:58 Almaniyada hərbi tərcüməçi İrana işləyirmiş 17 Avqust 2019, 00:48 Sabiq prezidentin xanımına cinayət işi açıldı 17 Avqust 2019, 00:26 Peterburq bazarında azərbaycanlılarla atışma olub 17 Avqust 2019, 00:07 Taliban liderinin qardaşı öldürüldü 16 Avqust 2019, 23:47 Azərbaycan nefti ucuzlaşıb 16 Avqust 2019, 23:31 70-ci illərin məşhur maşınları - FOTOLAR 16 Avqust 2019, 23:16 Keçmiş həyat yoldaşı və qayınanasını bıçaqlayan şəxs yaxalandı 16 Avqust 2019, 22:59 Qəzzadakı toqquşmalarda 33 fələstinli yaralandı 16 Avqust 2019, 22:43 Cəlilabadda sərxoş sürücü körpünü, mağazaları dağıtdı 16 Avqust 2019, 22:29