Arxiv
9 İyun 2019, 11:30 | DİASPOR
Kanadanın məşhur universitetinin azərbaycanlı professoru

Elə insanlar var ki, bir ömür yaşasalar da özlərindən, ailələrindən başqa bir kimsənin işinə yaramırlar. Amma elə insanlar da var ki, bütün ömrü boyu şam kimi əriyib ətrafa nur saçırlar. Onlarla ünsiyyətdə olmaq, onları dinləmək adama qürur hissi yaşadır. Sevinirsən ki, uğurları, davranışları, əməlləri ilə vətəndən uzaqda hörmət qazanıb, nüfuz sahibi olublar.


Statistikaya görə Kanadada iki yüz yetmiş beş min azərbaycanlı yaşayır. Onların yüz mini cənubi azərbaycanlılar, əlli mini Kanadada anadan olmuş soydaşlarımız, təqribən yüz iyirmi beş mini isə başqa ölkələrdən gəlmiş azərbaycanlılardır. Bu gün sizə vətən naminə xidmətləri ilə iki yüz yetmiş beş min insanın arasından sayılıb seçilən bir soydaşımızdan söhbət açmaq istəyirəm. Onun haqqında çox yazılıb, çox deyilib, hətta müxtəlif televiziya verilişlərinin qonağı da olub. Mən isə onu sizə gördüyüm, tanıdığım kimi təqdim etməyə çalışacağam…

 

Atası Sənan Axundov Lənkəranın ən görkəmli müəllimlərindən biri olub. Bir müddət tarix fənnini tədris etsə də sonradan məktəb direktoru, rayon maarif şöbəsinin baş müfəttişi vəzifələrində çalışıb. Məzarı ata-baba yurdu Boladı kəndindərir…

 

1959-cu ilin qızmar yay günlərindən birində Sənan müəllimin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Üç bacı, üç qardaşdan sonra evin son beşiyi olan bu körpəyə İlham adı verirlər. İllər ötür, o, orta təhsilini başa vurduqdan sonra ali təhsil almaq məqsədi ilə Bakıya gəlir. Qəbul imtahanlarını uğurla verərək Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsinə qəbul olunur. Üç il burada oxuduqdan sonra Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakultəsinə göndərilir. 1981-ci ildə universiteti bitirərək yenidən Bakıya dönür. İki il indiki AMEA-nın Riyaziyyat İnsitutunda çalışdıqdan sonra bir daha Leninqrada üz tutur. İki il məzunu olduğu universitetdə elmi işçi işləyir. 1984-cü ildə aspiranturaya qəbul olunub, 1987-ci ildə oranı fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi ilə başa vurur. 1988-1997-ci illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. 1997-1999-cu illərdə isə Odlar Yurdu Universitetinin xarici əlaqələr üzrə prorektoru olur. 1999-cu ildə ABŞ Dövlət Departamentinin keçirdiyi “Fulbright” müsabiqəsinin qalibi kimi Amerikaya gəlmək şansı əldə edir…

 

Deyir ki,- “Mənim həyatım dekadalardan ibarətdir. On il Lənkəranda orta təhsil almışam, On il Sankt-Peterburqda olmuşam. Amerikada on ilim tamam olanda gözləyirdim ki, nəsə baş verəcək. Elə də oldu. Məni işlədiyim Vaterlu Universitetindən Dubaydakı filialımızın riyaziyyat fakultəsinə rəhbərlik etməyə göndərdilər. Doğrudur dörd il orada çalışandan sonra Kanadaya qayıtdım. Və on ildir ki, buradayam. İndi də vətənə dönməyə hazırlaşıram. Gedib bir il orada yaşayacam. Əgər alınsa yəqin ki, qalıb Azərbaycanda işləyəcəm”…

 

İlham Axundov ABŞ-ın Texas ştatına gələndə qırx yaşı var idi. İki il Texas Universitetində elmi araşdırmalarla məşğul olduqdan sonra Kanadanın Hamilton şəhərindəki MakMaster Universitetində çalışıb. 2007-ci ildən Kanadanın məşhur Vaterlu Universitetinin professorudur. Arada 2009-2013-cü illərdə Vaterlu universitetin riyaziyyat fakültəsinin Dubaydakı filialının direktoru olub. Hazırda Vaterlu Universitetinin riyaziyyat fakültəsinin Riyaziyyat və Biznes proqramları direktorudur. Üç dərslik və otuz beşdən çox elmi məqalənin müəllifidir. Sıralar nəzəriyyəsi və ekstrimal hadisələrin modelləşdirilməsinə böyük töhfələr verib. 2018-ci ildə çalışdığı universitetdə “Ən yaxşı fəaliyyətə görə” mükafatına layiq görülüb…

 

…Ömür-gün yoldaşı Şölə xanım riyaziyyatçı olsa da Kanadaya gələndən sonra uzun müddət ərsəyə gətirdiyi uşaq bağçasına rəhbərlik edib. Hazırda “Azərbaycan və dünya mətbəxindən 101 resept” kitabınının üzərində çalışır. Kitabın ilk nüsxələri artıq Kanadada işıq üzü görüb. Üç övladı vardır. Böyük qızı Ülkər xanım Vaterlu Universitetində kampyuter elmləri ixtisasına yiyələnib. İkinci övladı Sənan həmin universitetin mexanika mühəndisliyi fakultəsinin sonuncu kursunda təhsil alır. Hazırda ABŞ-ın Kaliforniya ştatındakı Tesla Elektrik Avtomobilləri Zavodunda işləyir. Üçüncü övladı Məryəm xanım isə altıncı sinifdə oxuyur…

 

İctimai işlərdə böyük səriştəsi vardır. Azərbaycanla bağlı Kanadadakı cəmiyyətlərin tədbirlərində yaxından iştirak etməklə yanaşı, prezidenti olduğu “Kanada-Azərbaycan Əməkdaşlıq Asossasiyası”nın xətti ilə xeyli işlər görüb. Təşkilat dörd istiqamətdə- siyasi, iqtisadi, sosial və təhsil məsələləri üzrə fəaliyyət göstərir. İndiyədək Azərbaycandan əlli beş tələbənin Kanadada təhsil almasına vasitəçilik edib. Bundan əlavə o, 2012-ci ildə “Kanada Azərbaycan Araşdırmaları İnstitutu”nu yaradıb. Bu qurumun xətti ilə də bir sıra uğurlara imza atıb…

 

Deyir ki,- “İlk dəfə Amerikaya gələndə şahidi olduğum hadisələr, eləcə də hər yer mənə qeyri-adi görünürdü. Bu maraqla on il ötürdüm. Sonra hiss etdim ki, darıxıram. On il də darıxa-darıxa yaşadım. İyirmi ildən sonra isə özüm-özümə sual verməyə başladım- Axı sənin burada nə işin vardır? Artıq qəti qərarımdır, tezliklə öz doğma məmləkətimə qayıdacam. İstəyirəm ki, bilik və bacarıqlarımı, təcrübəmi öz vətənimdə xərcləyim”...

 

Ağayanə kişilərdəndir. Dərin zəkası, davranışı, əsl ağsaqqallara xas olan keyfiyyətləri ilə ictimai nüfuz qazanıb. İnsanlarla ünsiyyətdə çox diqqətlidir. Dinləməyi bacarır. Adamlara kömək etməyi, dəstək olmağı özünə mənəvi borc bilir. Klassik musiqi dinləməkdən zövq alır. Öz şəxsi avtomobili ilə ailəvi səyahət etməyi xoşlayır. Şimali Amerikanın çox yerlərində olub, indi də Azərbaycanın bölgələrini bir-bir gəzməyi planlaşdırır. Söyləyir ki- “Qəlbin bayaramı deyilən bir anlam vardır. Yad ölkədə nə qədər uğur qazansan da qəlbən sevinə bilmirsən. Elə bil, nəsə çatmır. Buna nakam xoşbəxtlik də demək olar. Məncə insan yalnız öz vətənində tam xoşbəxt ola bilər”...

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ cəbhəsində nisbi sakitlik – səbəbi nədir? 27 İyun 2019, 15:59 Tanınmış həkim isti günlərdə necə geyinməyi, nə yeyib-işməyi tövsiyə etdi 27 İyun 2019, 15:58 Ali məktəblərdən və kolleclərdən qovulan tələbələrin sayı açıqlanıb 27 İyun 2019, 15:54 Qənirə Paşayeva AŞPA-da azərbaycanlı uşaqların qətlindən danışdı 27 İyun 2019, 15:42 65 yaşlı Qulu Məhərrəmli 27 İyun 2019, 15:11 Laklı dırnaqla dəstəmaz almaq - İlahiyyatçının biri “HƏ”, o biri “YOX” deyir 27 İyun 2019, 14:37 Parlament sabah iclas keçirəsi olmadı 27 İyun 2019, 14:23 Lombardlara müddətsiz lisenziya veriləcək 27 İyun 2019, 14:16 “BOKT-lar zəifləyib” – Komitə sədri 27 İyun 2019, 14:14 İşə düzəlməklə bağlı DƏYİŞİKLİKLƏR 27 İyun 2019, 14:05 Milli Məclis kredit ittifaqları ilə bağlı qadağanı təsdiqlədi 27 İyun 2019, 13:55 Yol hərəkətinin nizamlanması üçün yeni nişanlar tətbiq olunacaq 27 İyun 2019, 13:50 Bakı ermənisi Kiyevin qubernatoru oldu 27 İyun 2019, 13:47 1 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi 27 İyun 2019, 13:44 Sabah yağış yağacaq - HAVA PROQNOZU 27 İyun 2019, 13:34 May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR 27 İyun 2019, 13:28 Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatlarla bağlı çağırış etdi 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54