Arxiv
13 İyun 2019, 00:16 | DİASPOR
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyada - FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib.

 

Modern.az xəbər verir ki,  səfər çərçivəsində ilk olaraq Latviya parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Rihards Kols ilə görüş keçirilib. Görüşdə Komitə sədri Fuad Muradov və sədr müavini Faiq Quliyev iştirak ediblər.

 

Rihards Kols Latviya və Azərbaycan arasında siyasi, iqtisadi, təhlükəsizlik sahəsində münasibətlərin yüksək səviyyədə olduğundan məmnunluq ifadə edib. O, ölkənin diaspor siyasəti barədə məlumat verib və bu sahədə pərakəndə fəaliyyətin qarşısının alındığını diqqətə çatdırıb. R.Kols təxminən 400 minə yaxın Latviya vətəndaşının xaricdə yaşaması,  "Soydaş haqqında" qanun layihəsinin hazırlanması barədə də danışıb.

 

Azərbaycan dövlətinin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin  yaradılması, fəaliyyəti və qurumun hədəfləri barədə ətraflı məlumat verən Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, diasporla iş sahəsində də sürətli inkişafa nail olunduğunu bildirib.

 

O, qeyd edib ki, Baltikyanı ölkələrdə 5 min azərbaycanlı yaşayır və onların 2 mini Latviyada məskunlaşıb. Bölgədə ən böyük azərbaycanlı icmasının Latviyada fəaliyyət göstərdiyinə diqqəti çəkən sədr deyib ki Riqada Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək.

 

Danışıqlar zamanı Qarabağ məsələsinə də toxunulub. Komitə sədri Latviya hökumətinin və parlamentinin Qarabağ problemi, qondarma erməni soyqırımı ilə bağlı sərgilədiyi ədalətli mövqeyə görə minnətdarlığını bildirib.

 

Daha sonra Azərbaycan nümayəndə heyətini Latviya xarici işlər nazirinin müavini Zanda Kalnina-Lukashevica qəbul edib.

 

Komitə rəsmilərinin Azərbaycan icması ilə görüşü də baş tutub. Görüşdən  öncə Ümummilli lider Heydər Əliyevin Latviyadakı səfirliyimizin qarşısındakı abidəsi ziyarət olunub, abidə önünə əklil qoyulub.

Azərbaycan icması ilə görüşdə onların bu ölkədə fəaliyyətləri, qazandıqları uğurlar, təşkilatlanma və şəbəkələşmə imkanları barədə danışılıb, faydalı fikir mübadiləsi aparılıb.

 

Səfər şərçivəsində nümayəndə heyəti Latviya Dövlət Universitetinin nəzdindəki akademik kitabxananın İnformasiya Mərkəzinə də baş çəkib. Nümayəndə heyətinə kitabxananın yaradılması və fəaliyyəti barədə məlumat verilib. Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində müstəsna rol oynayan kitabxanaya əlavə tədris vəsaitləri bağışlaması barədə qərar qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vasim Məmmədəliyevlə vida mərasiminin yeri AÇIQLANDI 14 Oktyabr 2019, 10:36 ADU-da “Kitabi–Dədə Qorqud” dastanına həsr olunmuş dəyirmi masa keçirilib 14 Oktyabr 2019, 10:35 Nazir: “Azərbaycanda özünüməşğulluğun əhatə dairəsi 6 dəfədən çox artıb” 14 Oktyabr 2019, 10:22 MDB dövlətlərinin nazirləri Bakıya toplaşdı 14 Oktyabr 2019, 10:18 Mingəçevirdə evdən köhnə istilik sistemlərini oğurladılar 14 Oktyabr 2019, 10:17 Nədən doğma sözümüzü alınma söz kimi yazırıq? 14 Oktyabr 2019, 10:13 BMU-nun gənc müəllimi Keele Universitetində tədqiqat aparıb 14 Oktyabr 2019, 10:10 “Vasim Məmmədəliyevin vəfatı hamımız üçün çox böyük itkidir” - Mehriban Əliyeva  14 Oktyabr 2019, 10:08 Bakının bu rayonu qazsız qalacaq 14 Oktyabr 2019, 10:04 Qənirə Paşayeva: “Bu düşmənə də, dosta da bir mesajdır” 14 Oktyabr 2019, 10:01 Cıdır düzü payızda – SON FOTOLAR 14 Oktyabr 2019, 10:00 Suriya kürdləri Türkiyəyə qarşı Bəşər Əsədlə BİRLƏŞDİ 14 Oktyabr 2019, 09:52 Gədəbəy atəşə tutuldu 14 Oktyabr 2019, 09:51 İran-Azərbaycan sərhədində İNSİDENT: sərhədçimiz bıçaqlandı - FOTO 14 Oktyabr 2019, 09:44 Göyərçin cildli kərkəs - Türk qanı axıtmaqdan ləzzət alan Njdenin dəhşətli CİNAYƏTLƏRİ 14 Oktyabr 2019, 09:38 “Türkiyəni qınayanlar evlərində rahat yatırlar” 14 Oktyabr 2019, 09:32 Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır 14 Oktyabr 2019, 09:05 Şimali Kipr prezidenti rəsmi Ankaranı QƏZƏBLƏNDİRDİ 14 Oktyabr 2019, 08:57 Tənzilə Rüstəmxanlı: “Bizi biabır edən bu gənclər nə zaman yetişdi?” - MÜSAHİBƏ 14 Oktyabr 2019, 08:36 Dövlət Nəzarət Təhükəsizlik Departamenti... Adı vahimə yaradan, xüsusi geyim forması olan bu qurum nə işlər görür? - FOTOLAR 14 Oktyabr 2019, 08:13 Bu gün “Avro-2020”nin seçmə mərhələsində final kimi oyun: Fransa-Türkiyə - TƏQVİM 14 Oktyabr 2019, 08:11 “Avro-2020”nin seçmə mərhələsində daha 9 oyunun NƏTİCƏSİ 14 Oktyabr 2019, 08:01 Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu - VİDEO 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47