Arxiv
13 İyun 2019, 09:08 | MƏDƏNİYYƏT
Nazir Şuşada erməni təbliğatına necə son qoymuşdu...

Şuşanın  havası, gözəl təbiəti və mənzərəsi, eləcə də əlverişli coğrafi məkanda yerləşməsi səbəbi ilə Sovet dövrü Azərbaycanın ən tanınmış turizm və istirahət mərkəzlərindən biri olmuş və onun inkişafına böyük məbləğdə vəsait ayrılmışdır. Bu şəhərin əhəmiyyətinin artırılmasının həm də siyasi səbəbləri olmuşdur. Məsələ burasındadır ki, Dağlıq Qarabağ ermənilərinin separatçı əyilimləri hələ o vaxtlar mövcud olmuşdur. Ona görə də bunun qarşısını almaq üçün orada əsasən azərbaycanlıların yaşadığı Şuşanın möhkəmləndirilməsi, genişləndirilməsi, əhalisinin çoxaldılması istiqamətində işlər gedirdi və o dövrün Azərbaycan hakimiyyəti bu məqsədlə böyük layihələr həyata keçirirdi. Onların bir çoxunun icraçısı Kommunal Təsərrüfatı Nazirliyi (KTN) idi.

 

1956-cı ildə “Azərdövlətlayihə” institutu tərəfindən Şuşada 100 nəfərlik uşaq (pioner) düşərgəsinin layihəsi tərtib olunmuş və KTN tərəfindən təsdiq edilmişdir.

 

Tikinti bir neçə il ərzində getmiş və 1960-cı ildə başa çatmışdır. Düşərgə (memarı L. D. Hüseynov idi) ilə birlikdə Şuşaya istirahətə gələn KTN işçiləri üçün 120 yerlik qonaq evi də tikilmişdir. Əvvəlcə bu obyektləri Kommunal Təsərrüfatı və Yerli Sənaye nazirliklərinin həmkarlar ittifaqları istismar etməli idilər. Ümumiyyətlə o zamanlar SSRİ-də Həmkarlar ittifaqları istirahət yerlərinin bir çoxuna nəzarət edirdilər. Ancaq 1961-ci ildə isə nazir Abutalıb Abdullayevin əmri ilə bu obyektlər KTN-in “Azqaz” trestinə verilmişdir. Həmin trest təmir-tikinti və istismar işlərini həyata keçirirdi, eləcə də onların mühafizəsini təmin edirdi. Həmçinin, KTN düşərgə və qonaq evini avadanlıq, mebel və məişət ləvazimatları ilə təmin edirdi.

 

1962-ci ilin may ayında nazir A. M. Abdullayev “Azqaz” rəhbərliyinə əmr etmişdir ki, onlar yay mövsümünə qədər təmir işlərini bitirsinlər və uşaqlar üçün düşərgədə bütün rahatlıqları yaratsınlar. Trest uşaqların daşınması üçün avtobuslar hazırlamalı, yolları təmir etməli, sanitar vəziyyəti normalara uyğunlaşdırmalı; düşərgəni qida məsulları və su ilə fasiləsiz təmin etməli idi. Bu əmrə ona görə ehtiyac yaranmışdır ki, 1961-ci ildə uşaqların daşınmasında problemlər yaranmış, iki avtobusun yerinə biri işlədilirdi.

 

Bundan başqa, KTN Şuşa şəhərində istirahət obyektlərinin layihələrini də hazırlayıb təsdiq edirdi. 1957-ci ildə “Azərmemarlayihə” institutu Şuşada 100 nəfərlik istirahət evinin (memarı S. İ. Datiyev idi) tikintisi üçün 4598500 manatlıq layihə hazırlanmışdır. Bu layihəni KTN təsdiq etmiş və dərhal tikintiyə başlanılmışdır.

 

Uşaq düşərgəsinin və istirahət evlərinin əhəmiyyəti o qədər yüksək idi ki, onların tikintisinə daim nəzarət edilirdi. Bu məqsədlə nazir Abdullayev tikintinin müəllif heyətini təyin etmişdir. Həmin heyət binaların memarı, baş mühəndisi, konstruktoru və mühəndisindən ibarət idi. Onların hər biri ardıcıllıqla Şuşaya gəlib ayda ümumi hesabla 24 saat ərzində tikintiyə nəzarət etməli idi və buna görə onlara maaş da kəsilmişdir.

 

1960-cı ildə isə “Azərdövlətlayihə” institutu tərəfindən daha bir 100 nəfərlik mehmanxana-pansionatın (layihə rəhbəri A.A. Əlizadə) tikilməsi üçün 4426990 manatlıq layihə hazırlanmış, nazirlik tərəfindən təsdiq edilmiş və işə başlanılmışdır. Öncəki layihədə olduğu kimi bu tikintiyə də 1960-1961-ci illərdə memar və konstruktordan ibarət müəllif heyəti təyin edilmişdir. Onların hərəsi hər rübdən bir 32 saat tikintiyə nəzarət etməli idi. Bundan başqa, yenə 1960-cı ildə Şuşada “Azərdövlətlayihə” tərəfindən 107 nəfərlik mehmanxana-pansionatın 2166870 manatlıq layihəsi tərtib edilib nazir tərəfindən təsdiq edilmişdir. Bütün obyektlərin tikintisi uğurla tamamlanıb istismara verilmiş və onlar erməni işğalına qədər fəaliyyət göstərmişdirlər.

 

Eyni zamanda, KTN tərəfindən Şuşa yaxınlığında yerləşən Şırlan müalicəvi mineral suyunun həmin istirahət evlərinə gətirilməsi üçün kəşfiyyat işləri aparılmışdır. 1962-ci ildə oradan Şuşaya kəmərin çəkilməsi qərara alınmışdır. Həmin ilin ərzində onun 431888 manatlıq layihəsi “Azərsənayelayihə” institutu tərəfindən tərtib edilib təsdiqlənmişdir. 1963-cü ildə isə həmin institut tərəfindən ikinci kəmərin 102700 manatlıq layihəsi hazırlanmışdır.

 

Bundan öncə isə 1959-cu ildə Şuşanın şəhər su şəbəkəsinin yenidən qurulması üçün “Azərsənayelayihə” institutu tərəfindən hazırlanmış 1543270 manatlıq layihə KTN tərəfindən təsdiq edilmiş və bu istiqamətdə işlərə başlanılmışdır. Beləliklə, Şuşanın su təchizatı problemi tamamilə həll edilmişdir.

 

Şuşanın istirahət mərkəzinə çevirmək üçün həm də şəhərdə abadlıq işləri aparılmalı idi. Şəhərdə çoxlu sayda qəza vəziyyətində olan tikililər var idi, onlar şəhərin mənzərəsini korlayırdı. Burada bir siyasi məqam da olmuşdur. Məsələ burasındadır ki 1920-ci ildə şəhərin bəzi məhəllələrində ermənilərlə gərgin döyüşlər getmiş, binalar dağıdılmışdır. Buna görə Qarabağ erməniləri həmin məhəllələrin sökülməsinin əleyhinə çıxış edirdilər, o yerləri tarixi abidə adı ilə qoruyurdular, gənclərini bu yerlərə gətirib azərbaycanlılara qarşı nifrəti aşılayırdılar. Buna görə də həmin dağıntıları aradan götürülməsi zəruri idi.

 

Beləliklə, Şuşanın yeni planının hazırlanması və qəza vəziyyətində olan tikililərin sökülməsi işi KTN tərəfindən həyata keçirilmişdir. 1960-cı ilin 30 aprel tarixində nazir Abutalıb Abdullayevin “Şuşada yeni şəhər planı üzrə qəza vəziyyətində olan evlərin sökülməsi haqqında” 178 №-li əmri yayımlanmışdır. Ancaq həmin qərara qarşı Dağlıq Qarabağın erməni rəhbərliyi çıxış etdiyinə görə işə başlamaq mümkün olmadı. Buna görə Kommunal Təsərrüfatı naziri Nazirlər Sovetinin tapşırığı ilə onlarla danışıqlara başlamış və onun məsləhəti ilə Azərbaycan hökuməti 1960-cı ildə işlərə başlamaq qərarını vermədi. Bir qədər sonra nazir A.M. Abdullayev ermənilərlə anlaşa bilmiş və KTN 1961-ci ildə işlərə başlaya bilmişdir. Şuşanın yeni planının qurulması işi surətlə getmiş, həmin ilin ərzində onun əsas hissəsi görülmüş, gələn il isə işlər tamamilə bitirilmişdir. Beləliklə, erməni millətçi təbliğatının tərkib hissəsi olan şəhərin köhnə məhəllələri dağıdılmış, onların yerində yeni binalar tikilmiş, bağlar salınmışdir. Layihəyə görə həmin işlərin görülməsinə ümumi hesabla 2477091 manat vəsait xərclənmişdir. Bunun nəticəsində Şuşada gələcək illərdə görülən işlər yeni plan üzrə aparılmışdır.


Təəssüflə qeyd edilməlidir ki, Şuşada həyata keçirilmiş iri miqyaslı layihələrin nəticəsində tikilən obyektlər bu gün işğalçı erməni qüvvələrinin əlinə keçmiş, dağıdılmış ya da yararsız hala düşmüşdür. Bununla da müstəqil Azərbaycanın turizm və istirahət sahəsini böyük ziyan vurulmuşdur. Qarabağ azad ediləndən sonra orada yenidən turizmin inkişaf etdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən quruculuq işləri aparılacaq və bunu edərkən XX əsrin ortalarında edilən işlərin də təcrübəsindən və layihələrindən yararlana bilər.

 

Aydın Əlizadə, 

Fəlsəfə üzrə elmlər doktoru

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclis kredit ittifaqları ilə bağlı qadağanı təsdiqlədi 27 İyun 2019, 13:55 Yol hərəkətinin nizamlanması üçün yeni nişanlar tətbiq olunacaq 27 İyun 2019, 13:50 Bakı ermənisi Kiyevin qubernatoru oldu 27 İyun 2019, 13:47 1 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi 27 İyun 2019, 13:44 Sabah yağış yağacaq - HAVA PROQNOZU 27 İyun 2019, 13:34 May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR 27 İyun 2019, 13:28 Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatlarla bağlı çağırış etdi 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib 27 İyun 2019, 11:49 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34 Fuad Abbasovun evini əlindən aldılar 27 İyun 2019, 11:31 AŞPA-ya yeni sədr seçildi 27 İyun 2019, 11:22 Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırıldı – ADLAR 27 İyun 2019, 11:22 DİM növbəti imtahanlar keçirəcək 27 İyun 2019, 11:20 Fazil Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA: Qastritdir... 27 İyun 2019, 11:16