Modern.az

İsveçin “Partilletidning” qəzeti azərbaycanlı futbolçudan yazıb

İsveçin “Partilletidning” qəzeti azərbaycanlı futbolçudan yazıb

Aktual

13 İyun 2019, 14:33

Bu gün İsveç Krallığının Partille və Harryda bələdiyyələrində 17 min tirajla çap olunan “Partilletidning” qəzetində Azərbaycan əsilli 16 yaşlı futbolçu Ayxan Cabbarovla müsahibə dərc olunub. Qeyd edək ki, hər iki bələdiyyədə 80 min insan yaşayır.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Ayxan Cabbarov Azərbaycanda anadan olub. Hal-hazırda İsveç Krallığının Partille bələdiyyəsində yaşayır. Futbol kariyerasını İsveçin məşhur futbol komandası olan “Göteborg if” klubunda davam etdirir.
Ayxanın bu il Azərbaycan gənclər üzrə milli komandasına rəsmi dəvət alması öz komandasında da xoş qarşılanıb. Ayxan müsahibəsində Türkiyənin “Beşiktaş” klubu tərəfindən onun oyununa baxış keçirilməsi üçün Türkiyəyə dəvət edildiyini bildirib.

Müsahibə ilə aşağıdakı linkdə tanış olmaq olar.


//www.partilletidning.se/2019/06/48471/?fbclid=IwAR1APr7DqWdFyLbQbTB6je6ZCKcLKtK-bNFcbhiXPew6vi7zpmunn8hC78w

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir