Modern.az

Koçaryan Paşinyana qarşı məhkəmə iddiasını geri götürdü

Koçaryan Paşinyana qarşı məhkəmə iddiasını geri götürdü

13 İyun 2019, 17:39

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiasını geri götürür.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili Ayk Aulmyan açıqlama verib. Məhkəmə yekun qərarını iyunun 24-də elan edəcək.

 

Robert Koçaryan Paşinyanı ötən ilin sentyabrında məhkəmə vermişdi. Baş nazirin Koçaryan barədə “insanların qətlini təşkil edən şəxs toxunulmaz ola bilməz” ifadəsini o, şərəf və ləyaqətinin alçalması hesab edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi