Arxiv
18 İyun 2019, 17:22 | AKTUAL
Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi...

 

Dövlət Gömrük Komitəsi əməkdaşlarının daha bir əməliyyatı nəticəsində 128 kq 689 qram narkotik vasitə - heroin aşkar edilərək dövriyyədən çıxarılıb.

 

Bu haqda Komitədən Modern.az-a verilən məlumatda bildirilib.

 

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından ölkə ərazisinə daxil olacaq “İveco” markalı, B979SAL/B876SAL nömrə nişanlı yük nəqliyyat vasitəsində Azərbaycandan tranzit keçməklə Avropa ölkələrinə külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

 

Həmin məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana yüksüz daxil olan,  Türkiyə vətəndaşı Karataş İmdatın idarə etdiyi “İveco” markalı, B979SAL/B876SAL dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə “Maylo” ləqəbli kinoloji xidmət iti tətbiq edilib. Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının kabininə reaksiya verdiyindən yoxlama davam etdirilib və nəqliyyat vasitəsinə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib.

 

Baxış zamanı avtomobilin kabinində- sürücü oturacağının arxa alt hissəsində şübhəli cizgilər müşahidə olunub.  Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirib.

 

Lakin yoxlama zamanı avtomobilin kabinində- oturacaqların arxa hissəsindəki yataq yerinin altında zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda sonradan kustar üsulla metal lövhələrdən hazırlanan düzbucaqlı formalı çənin içərisindən  gömrük nəzarətindən gizlədilən,  üzərlərində  “GOLD 2018 TAK” yazısı olan cəmi 251 ədəd düzbucaqlı formalı,  qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 128 kq 689 qram təşkil edən bağlamalar aşkar olunub.  Baxış zamanı bağlamalarda spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistika fakültəsinin dekanı və professor “Şirməmməd Hüseynov mükafatı”nı ALQIŞLADILAR 22 İyul 2019, 15:28 Jurnalistikanı atan məşhur jurnalistlər… 22 İyul 2019, 15:23 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb   22 İyul 2019, 15:20 İlham Əliyev Çin nümayəndə heyətini qəbul etdi 22 İyul 2019, 15:18 Azərbaycan “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi 22 İyul 2019, 15:07 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB 22 İyul 2019, 15:01 “22 iyul varisi” olan media qurumları və jurnalistlərin adları - SİYAHI 22 İyul 2019, 14:30 SSRİ zamanında Azərbaycanda Mətbuat günü necə qeyd edilirdi? 22 İyul 2019, 14:19 Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir   22 İyul 2019, 14:13 Zərdabi niyə müəllim oldu?   22 İyul 2019, 14:05 Beş güləşçimiz Avropa Gənclərinin Olimpiya Festivalının FİNALINDA   22 İyul 2019, 13:59 Müəllim olmaq istəyənlər imtahan verir 22 İyul 2019, 13:52 Əli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar” 22 İyul 2019, 13:50 Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO/VİDEO 22 İyul 2019, 13:42 BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?    22 İyul 2019, 13:35 Hərbçilərimiz beynəlxalq yarışlara hazırlaşır - FOTOLAR 22 İyul 2019, 13:27 Deputat Eldar Quliyev təltif olundu 22 İyul 2019, 13:18 “Azərsu” sədri vətəndaşları qəbul etdi 22 İyul 2019, 13:14 Nazir Mirşahinə müsahibə verdi - VİDEO 22 İyul 2019, 13:09 “Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur” 22 İyul 2019, 13:02 Sabahın HAVASI: Güclü külək əsəcək 22 İyul 2019, 12:56 Prezident qəzetlərə 1 milyon manat ayırdı 22 İyul 2019, 12:46 Bakıda yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyuldu 22 İyul 2019, 12:26 Ölkə.az-da yeni baş redaktor 22 İyul 2019, 12:21 Əbülfəs Qarayevdən jurnalistlərə TƏBRİK 22 İyul 2019, 12:10 Təhsil naziri İctimai Şura yaratdı - hər kəs üzv ola bilər 22 İyul 2019, 12:00 Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi 22 İyul 2019, 11:54 Deputat:  “YAP gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır” 22 İyul 2019, 11:51 Cahangir Hacıyevin məhkəməsi təxirə düşdü 22 İyul 2019, 11:51 “Western Union” Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırdı 22 İyul 2019, 11:37 Sumqayıtda 55 yaşlı kişi 8 yaşlı qızı oğurladı 22 İyul 2019, 11:21 “Gülazar” limonadları da zay çıxdı - FOTOLAR 22 İyul 2019, 11:17 Binəqədidə narkotacir qadın tutuldu - FOTO   22 İyul 2019, 11:11 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır 22 İyul 2019, 11:09 Prezident Milli Mətbuat Günü münasibəti ilə paylaşım etdi 22 İyul 2019, 10:58