Arxiv
18 İyun 2019, 18:38 | AKTUAL
Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrə şəhərində (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sessiyada çıxış edib.

 

Konfrans iştirakçılarını BƏT-in 100 illik yubileyi münasibətilə təbrik edən nazir təşkilatın irəli sürdüyü təşəbbüslərin dünyada sosial ədalət və sosial dialoqa nail olmaq üçün birgə tədbirlərin müəyyən edilməsində ümumi bir platformaya çevrildiyini qeyd edib. S.Babayev bildirib ki, Dördüncü Sənaye İnqilabı ərəfəsində rəqəmli texnologiyaların tətbiqi və süni intellektin yaranması dünyada misli görünməmiş iqtisadi artımlara, əmək və sosial əlaqələrin inkişafına, əmək bazarında yeni peşələrin yaranması prosesinin sürətlənməsinə və mövcud bacarıqların təkmilləşməsinə səbəb olur.

 

BƏT çağırışlarına uyğun olaraq Azərbaycanda sosial tərəfdaşlığın inkişafından bəhs edən nazir vurğulayıb ki, ölkədə innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu dövlət siyasətinin strateji məqsədidir. Ötən 15 il ərzində ölkəmizdə ÜDM-in artımı 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, orta əmək haqqı 7 dəfə, minimum əmək haqqı 15 dəfə artıb, işsizlik və yoxsulluq səviyyəsi 5 faizə enib. Təkcə bu il reallaşdırılan sosial paket minimum əmək haqqı və pensiyaların 40 faiz, sosial müavinətlərin və təqaüdlərin orta hesabla 100 faiz artması, digər əsas tədbirlər nəticəsində 3 milyon insanın rifahına ciddi dəstək olub.

 

S.Babayev Azərbaycanın 2019-2030-cu illər üçün Məşğulluq Strategiyasının, qəbul edilmiş digər sənədlərin aktiv əmək bazarı proqramlarının genişlənməsini və yüksək effektivliyini təmin etdiyini, ölkədə  məşğulluq xidmətlərinin yeni modelinin tətbiq edildiyini diqqətə çatdırıb. O, Azərbaycanın yeni DOST layihəsi, bu layihənin dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ yeniliklər, elektron pensiya təyinatı sistemi, yeni “e-sosial” reyestri, nazirliyin Mərkəzi Elektron İnformasiya Sistemindəki altsistemlər, həmçinin “Məşğulluq” altsistemi və s. barədə məlumat verib.

 

BƏT-lə birgə icra olunan 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının əhəmiyyətini vurğulayan S.Babayev bildirib ki, bu ilin may ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Sosial Təminat Forumuna ev sahibliyi edən Azərbaycanın 4 sosial layihəsi yaxşı təcrübə nümunəsi kimi BSTA-nın xüsusu mükafatına layiq görülüb. Bu və  həmçinin Azərbaycanın BƏT-in İdarəetmə Şurasında təmsil olunması ölkəmizin sosial-iqtisadi sahədə uğurlu islahatlarına beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.

Nazir vurğulayıb ki, bu gün həll edilməmiş silahlı münaqişələr və terror təhlükəsi təkcə ayrı-ayrı ölkələrdə və ya regionlarda deyil, bütün dünyada sosial inkişaf imkanlarını məhdudlaşdırır. Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğalı və xüsusi qayğıya, sosial müdafiəyə ehtiyac duyan milyondan artıq qaçqın və məcburi köçkünün olması bütün regionda sosial-iqtisadi nailiyyətlərin daha çox olması üçün ciddi maneə törədir. S.Babayev ona görə də bu gün BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və BƏT-in bir çox strateji məqsədlərinə nail olunmasına mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilmiş beynəlxalq səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

 

O, Azərbaycanın BƏT-in prinsiplərinə və BƏT-lə əməkdaşlıqdan irəli gələn öhdəliklərə sadiqliyini və müsbət təcrübələrin mübadiləsi da daxil olmaqla ölkəmizin geniş əməkdaşlığa daim hazır olduğunu vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27 “Qarabağ” “Neftçi”yə şans vermədi 15 Sentyabr 2019, 23:05 Əli Həsənov Nuru paşadan yazdı: “Bakısız qalmış Azərbaycan...” 15 Sentyabr 2019, 22:49 Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - FOTOLAR 15 Sentyabr 2019, 22:27 “Səbail” “Keşlə”ni məğlub etdi 15 Sentyabr 2019, 22:09 Tərtərdə gənc ananın 3 övladı dünyaya gəldi 15 Sentyabr 2019, 21:55 Suriya-Türkiyə sərhədində partlayış: 12 ölü 15 Sentyabr 2019, 21:34 Qatar 67 nəfərin olduğu avtobusa çırpıldı 15 Sentyabr 2019, 21:20 Bu ölkədə qadınlar da stadionda futbola baxa biləcəklər 15 Sentyabr 2019, 21:07 Türmə nəzarətçiləri Vidadi Zeynalovun başına necə OYUN AÇIBLAR... 15 Sentyabr 2019, 20:58 Hacı Nuran ATV-dən getdi 15 Sentyabr 2019, 20:37 Avropa İttifaqı komissarı yenidən Cənubi Qafqaza gəlir 15 Sentyabr 2019, 20:19 Türkiyənin Vitse-prezidenti Azərbaycana gəldi 15 Sentyabr 2019, 20:01 Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı 15 Sentyabr 2019, 17:59 Yanğını söndürməyə gedən FHN-nin maşını çayda batdı 15 Sentyabr 2019, 17:55 Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır 15 Sentyabr 2019, 17:50 Hindistanda səyahət gəmisi batdı: 11 ölü var 15 Sentyabr 2019, 17:40 Şagirdi məktəbdən çıxardılar - Artıq çəkisinə görə   15 Sentyabr 2019, 17:25 İcra başçısı şəhərdə yanmış ağacları rənglətdirdi - Açılışa görə  15 Sentyabr 2019, 17:06 Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca yola düşdü 15 Sentyabr 2019, 16:50 Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - VİDEO 15 Sentyabr 2019, 16:35 Sabahdan regionlarda lisey sinifləri fəaliyyətə başlayacaq 15 Sentyabr 2019, 16:19 UNEC rektoru Ədalət Muradov: Ali təhsil təsnifatlaşdırılmalıdır 15 Sentyabr 2019, 16:00 Üç güləşçimiz Dünya Çempionatıyla erkən vidalaşdı 15 Sentyabr 2019, 15:47 İranlı qadınlara sərbəstlik verildi - Bu məslədə 15 Sentyabr 2019, 15:30 Azərbaycanda bir ildə 915 qadın, 306 kişi məişət zorakılığına məruz qalıb 15 Sentyabr 2019, 15:15