Arxiv
20 İyun 2019, 16:00 | AKTUAL
Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi  

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti və İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzinin birgə inkubasiya proqramına birinci seçim başa çatıb.

 

Modern.az xəbər verir ki, daxil olmuş 20-dən çox müraciət arasından seçilən 5 ideyanın müəllifləri öz startap layihələrini Seçim Komitəsi qarşısında təqdim edib. Ətraflı qiymətləndirmədən sonra, ən yüksək bal toplamış 3 startap komandası INNOLAND və Bakcell şirkətinin birgə inkubasiya proqramında iştirak etmək hüququ qazanıb.

Seçimlərdən uğurla keçən “Face Ads”, “ToWaves” və “Bon.az” komandaları öz layihələrini reallaşdırmaq şansı əldə ediblər. “Face Ads” sosial media sahəsində icraçı və sifarişçi arasında əməkdaşlığı formalaşdırmaq üçün yaradılmış platformadır. “ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkədir. “Bon.az” isə istifadəçilərin onlayn alış-verişdən “cashback“ əldə etməsi üçün yaradılan sistemdir.

Layihədən asılı olaraq, növbəti 3-6 ay ərzində startap komandaları INNOLAND və Bakcell təqdim olunan pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər imkanlardan istifadə edə biləcəklər. Bu dəstək sayəsində gənclər öz layihələri üzərində daha effektiv şəkildə işləyərək startap ideyalarını uğurlu və innovativ biznesə çevirmək imkanına malik olacaqlar.

Seçilmiş komandalar inkubasiya müddəti ərzində həm INNOLAND həm də “Bakcell”in AppLab mərkəzinin imkanlarından yararlanacaqlar.

Xatırladaq ki, Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində Bakcell və INNOLAND yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. Bu əməkdaşlıq ölkənin bütün startap ekosisteminin inkişaf olunmasına böyük töhfə verməklə Azərbaycanda startap mədəniyyətinin formalaşdırılmasında strateji rol oynayir.

2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 28 May 2020, 10:51 Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib 28 May 2020, 10:45 Las Veqas, Honolulu və Monterey şəhərlərində “Azərbaycan Milli Günü” elan edilib 28 May 2020, 10:37 Ağdaşda bir tondan çox narkotik məhv edildi  28 May 2020, 10:28 Bakıda 40 yaşlı kişi ürəyindən bıçaqlandı 28 May 2020, 10:16 Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yeni korpusu açıldı - FOTOLAR 28 May 2020, 10:08 Mayk Pompeodan Azərbaycan xalqına Respublika günü TƏBRİKİ 28 May 2020, 09:59 Məhəmməd Əmin Rəsulzadədən yadigar qalan tar - Cümhuriyyətin yaşıdı... 28 May 2020, 09:46 28 may Respublika günüdür! 28 May 2020, 09:32 Atəşkəs 23 dəfə pozulub 28 May 2020, 09:23 Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti 28 May 2020, 09:12 ABŞ uyğur türkləri ilə bağlı QƏRAR VERDİ – Çinə sanksiyalar tətbiq olunacaq 28 May 2020, 09:09 Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT 28 May 2020, 09:06 Fransada silahlı şəxs 3 nəfəri öldürdü 28 May 2020, 08:57 Hollandiyanın Bakıdakı səfiri: “Azərbaycan islahatları davam etdirməlidir” - MÜSAHİBƏ 28 May 2020, 08:46 Sosial məsafəyə görə təyyarədə dava düşdü 28 May 2020, 00:53 Gürcüstandan daha 30 nəfər Azərbaycana təxliyə edildi 28 May 2020, 00:42 Türkiyəyə meteorit düşdü - VİDEO 28 May 2020, 00:27 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 00:12 Şərqin ilk demokratik respublikası: 102 il öncə verilən tarixi qərar 28 May 2020, 00:01 Abşeronda yanğın oldu 27 May 2020, 23:53 Bakıda qayın yeznəsini bıçaqladı 27 May 2020, 23:41 İstanbul rəmzləri Azərbaycan bayrağı rəngləri ilə işıqlandırıldı - FOTO 27 May 2020, 23:24 Cəlilabadda xəsarət alanların kimliyi bilindi 27 May 2020, 23:11 Koronavirus peyvəndi ilin sonunadək hazır olacaq - İDDİA 27 May 2020, 22:58 Karantin rejiminin müddəti iyunun 14-dək uzadıldı 27 May 2020, 22:44 İcra başçısı  Şəmkir  maşın kanalına baxış keçirdi - FOTO 27 May 2020, 22:32 Bakıda avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var 27 May 2020, 22:19 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 37 460-ya çatıb 27 May 2020, 22:01 Türkiyə İdlibdə şəhid verdi 27 May 2020, 21:48 Tovuzda gənc oğlanın bilək damarı kəsilib 27 May 2020, 21:40 Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artdı 27 May 2020, 21:27 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 27 May 2020, 21:14 “AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur” - Azay Quliyev 27 May 2020, 20:57 Tramp qoşunların Əfqanıstandan çıxarılmasını istəyir 27 May 2020, 20:41