Arxiv
24 İyun 2019, 11:12 | HADİSƏ
Artur Rasizadə son nazir təyinatlarından DANIŞDI: “Bu şəxslər çoxdandır ki...” - EKSKLÜZİV

“Cənab Prezidentin son təyinatlarını çox yüksək qiymətləndirirəm. Çünki təyin olunan şəxslər həmişə işlərinin öhdəsindən layiqincə gəlməyi bacarıblar”.

Bunu Modern.az saytına açıqlamasında eks-Baş nazir Artur Rasizadə Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamlar və nazir təyinatları ilə bağlı danışarkən deyib.


Keçmiş Baş nazirin sözlərinə görə, nazir postlarına təyin olunan şəxslər öz sahələri üzrə çox peşəkardırlar:

“Əli Nağıyev çox professional zabitdir. Mədət Quliyev və Ramil Usubov  təhlükəsizlik sahəsində çox işlər görüblər. Hesab edirəm ki, bu təyinatlar düzgün atılan addımların nəticəsidir. Xaraktercə elə insanam ki, nəyi düşünürəmsə, onu da deyirəm. Təbii, təyinatlarla bağlı hər kəsin öz fikri var. Razı, ya da narazı fikirlər səsləndirənlər də ola bilər. Ancaq konkret olaraq bu təyinatlar sıradan deyil. Çünki müxtəlif qurumlara təyin olunan bu şəxslər çoxdandır ki, öz sahələrində peşəkar kimi tanınırlar. Hesab edirəm ki, cənab Prezident tərəfindən atılan bu addımlar sabitliyin davamıdır”.

Qeyd edək ki, iyunun 20-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla  bir neçə kadr dəyişikliyi həyata keçirilib.

Belə ki, general Ramil Usubov  daxili işlər naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Daxili işlər naziri postuna 1-ci müavinlikdən azad edilən general-leytenant  Vilayət Eyvazov gətirilib.


Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsilə vidalaşan Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib.

General Əli Nağıyev isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini postundan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Üzeyir Musiqi gününü qeyd edir 18 Sentyabr 2019, 09:30 Səhiyyə Nazirliyi: Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb 18 Sentyabr 2019, 09:16 Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək” 18 Sentyabr 2019, 08:56 Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib 17 Sentyabr 2019, 18:41 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11