Modern.az

Elmar Qasımov ipponla qazandı - 4-cü medal

Elmar Qasımov ipponla qazandı - 4-cü medal

Aktual

24 İyun 2019, 19:52

Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.

 

Modern.az xəbər verir ki, bu dəfə 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov bürünc medal qazanıb. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçə ipponla qalib gəlib.

 

Qeyd edək ki, daha öncə Rüstəm Orucov (73 kq) gümüş, Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!