Arxiv
24 İyun 2019, 20:03 | AKTUAL
80 dövlət əmlakı hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi hər kəsin prosesdə iştirakına şərait yaradır.

Komitədən Modern.az-a verilən məlumata görə, növbəti hərraclardan biri 23 iyul tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb. Hərracda investorlar 31 kiçik dövlət müəssisəsi və obyekti, 16 səhmdar cəmiyyəti, 29 nəqliyyat vasitəsi və 4 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Respublikanın müxtəlif regionlarında yerləşən kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 7.5 kv.m və 9.2 min kv.m arasındadır. Obyektlərin qiymət intervalı üzrə də fərqlənməsi hər bir potensial investor üçün uyğun seçim imkanları yaradır. Qəbələ rayonu, Çuxur Qəbələ kəndindəki Anbar binasının ümumi faydalı sahəsi 78 kv.m-dir. Bu dövlət əmlakını hazırki fəaliyyət sahəsi ilə yanaşı, digər istiqamətdə xidmət obyekti kimi istifadə etmək mümkündür.

Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakı, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən dövlət obyektlərindən biri Gəncə şəhərindədir. Ümumi faydalı sahəsi 47 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin hərrac qiyməti 7 min manatdır.

Budəfəki hərracda investorlar səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketləri üzrə seçim edə bilər. “Yevlax yun”, “Daşkəsən Aqrotexservis”, “Salyan Kəndkimya” kimi səhmdar cəmiyyətləri müxtəlif şəhər və rayonlarda yerləşir.

Avtomobil almaq arzusunda olan şəxslərə isə istehsal ili 1995-2008 olan nəqliyyat vasitələri təklif olunur. Bu növ dövlət əmlakları "Hyundai", "Chevrolet", "Daewoo" və digər markalara aiddir, ilkin hərrac qiymətləri isə 1000 manat ilə 6 min manat arasındadır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər, gürcü keşişlər ərazidən uzaqlaşdırıldı 24 İyul 2019, 13:28 Axtarışda olan 17 nəfər tutuldu 24 İyul 2019, 13:21 II ixtisas qrupu üzrə 600+ bal toplayanlar “UNEC-i tanı” layihəsində 24 İyul 2019, 12:57 FHN-ə yeni mətbuat katibi təyin olundu 24 İyul 2019, 12:54 Abid Şərifov: “Jurnalistin işdən çıxarılması məni maraqlandırmır” 24 İyul 2019, 12:45 Güclü külək sabah da davam edəcək - HAVA PROQNOZU 24 İyul 2019, 12:34 Gənclər Fondu qrant müsabiqəsi elan etdi 24 İyul 2019, 12:34 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İordaniya  ilə əlaqələri güclənir 24 İyul 2019, 12:23 Tarixdə iz qoyanlar: Ermənilərin didərgin saldığı, iflicdən ölən VƏTƏN ŞAİRİ 24 İyul 2019, 12:20 Deputatdan təcili tibbi yardımlarla bağlı TƏKLİF 24 İyul 2019, 12:04 Jurnalist Səbuhi Məmmədli imzasını dəyişdi 24 İyul 2019, 11:52 “Azercell-Lab” təcrübə proqramının qalibləri bilindi 24 İyul 2019, 11:42 Sahil Babayev 6 ayda 450 nəfəri qəbul etdi 24 İyul 2019, 11:35 Şəkidə asfalt iki elektrik dirəyinin arasından çəkilib? – Agentlikdən AÇIQLAMA 24 İyul 2019, 11:33 ABŞ Senatı Mark Esperin müdafiə naziri təyinatını təsdiqlədi   24 İyul 2019, 11:27 Qarabağda erməni hərbçi öldü 24 İyul 2019, 11:13 Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi AÇILACAQ 24 İyul 2019, 10:55 UNESKO-nun nümayəndəsi Bakıdan YAZDI 24 İyul 2019, 10:51 Cəbhədə monitorinq keçiriləcək   24 İyul 2019, 10:39 “Neftçi” Rusiyaya uça bilmir 24 İyul 2019, 10:27 Kapital Bank – 145 il sizinlə! 24 İyul 2019, 10:12 Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi 24 İyul 2019, 10:03 Bakıda qəza tıxaca səbəb oldu - FOTO 24 İyul 2019, 09:57 Ermənilər cəbhədə təxribatlara davam edir 24 İyul 2019, 09:44 4 rayon qazsız qalacaq 24 İyul 2019, 09:40 Manat və dollar bu gün neçəyə satılır? 24 İyul 2019, 09:33 Lalə Şövkət Leyla Yunusu təkzib edir 24 İyul 2019, 09:22 Ali məktəblərə ixtisas seçimi başlayır   24 İyul 2019, 09:15 Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib 24 İyul 2019, 09:06 Bakını cənginə alan küləklər: “...Metereoloji silahlardan istifadə edilir” - AÇIQLAMA 24 İyul 2019, 09:02 Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə etdi 24 İyul 2019, 08:55 "EYOF Bakı 2019": Bu gün keçiriləcək yarışlar - CƏDVƏL 24 İyul 2019, 08:52 “Oyuna tam konsentrasiya olmalıyıq” - Qurban Qurbanov 24 İyul 2019, 00:33 ABŞ çətin durumda qalacaq 24 İyul 2019, 00:16 Cəlilabadda azyaşlını avtomobil vurdu 23 İyul 2019, 23:59